Babayan daha “Qarabağ qəhrəmanı” deyil - Cani general “fəxri ad”dan imtina etdi



Qarabağdakı xuntanın rəhbərlərindən biri, dinc azərbaycanlılara qarşı qətliamların fəal iştirakçısı, qondarma rejimin sabiq müdafiə naziri, general Samvel Babayan qondarma “Qarabağ qəhrəmanı” adından imtina etdiyini bildirib.
“AzPolitika.info” xəbər verir ki, Ermənistanın kapitulyasiyasını rəsmiləşdirən məlum razılaşmaya etiraz edən Babayan, eyni zamanda qondarma rejimin “təhlükəsizlik şurasının katibi” vəzifəsindən də istefa verdiyini bəyan edib.
Cani general deyib ki, bu razılaşma ilə ermənilərin qüruru və şərəfi təhqir olunub. Lakin izah etməyib ki, olmayan şeyi necə təhqir etmək olar...
Tarix: 10-11-2020, 14:33
Xəbəri paylaş



Xəbər lenti