Trofimçuk: “Demişdim ki, azərbaycanlılar heç vaxt Şuşanı unutmayacaqlar”



Trofimçuk: “Demişdim ki, azərbaycanlılar heç vaxt Şuşanı unutmayacaqlar”Qriqori Trofimçuk
“Şuşa öz-özlüyündə qeyd-şərtsiz simvoldur, elə bu qalanın Azərbaycanın əlinə keçməsi faktı kimi. Məsələnin düşmən üçün pisə doğru dəyişən sırf hərbi, strateji tərəfindən heç danışmıram da. Bu səbəbdən də onlar bu mövzuda bu qədər informasiya səyləri göstərir”.
Bunu “Report”un Rusiya bürosuna müsahibəsində rusiyalı politoloq Qriqori Trofimçuk deyib.

“Ümumiyyətlə, erməni birləşmələri Azərbaycan əsgərlərinin alınmaz qayaya çıxmasına necə icazə veriblər? Qarşı tərəfdə əvvəllər haqqında bəh-bəhlə danışılan ordu varmı? Bir də Ermənistanın baş naziri, bir vaxtlar Sarqsyanın dostlarının konservləri satdığı kimi, hərbi texnikanı, o cümlədən təyyarələri satıbmı? Axı onun səpələnmiş dəstələri praktiki olaraq “əli yalın” vuruşmaq məcburiyyətində qalır”, - politoloq rotirik sullara müraciət edib.
Onun sözlərinə görə, münaqişə tərəflərinin döyüş ruhu kimi vacib parametri, daha doğrusu, bütün Azərbaycan cəmiyyətinin ən yüksək səviyyədə olan motivasiyasını da qeyd etmək lazımdır: “Əslində Azərbaycan tərəfdən ruh yüksəkliyi həmişə ən üst, qarşı tərəfin mənəvi-psixoloji vəziyyəti ilə müqayisəolunmaz səviyyədə olub. Çünki qarşı tərəfin uğrunda mübarizə aparacağı heç bir şey yoxdur. Hamı azərbaycanlıların hətta ən kiçik, otuz ilə yaxındır görmədikləri, adını dilə gətirmədikləri kəndin işğaldan azad olunmasına necə sevindiyini görür. Mən hələ “Şuşa” adından danışmıram”.
Q.Trofimçuk həmçinin Azərbaycan haqqında 2006-cı ildə nəşr olunan kitabında yalnız Qarabağa deyil, həm də konkret olaraq Şuşaya xüsusi diqqət yetirdiyini, azərbaycanlıların bu “fayl”ı heç vaxt unutmayacaqlarını və bu məsələnin gec-tez həllini tapacağının dediyini xatırladıb.
“Digər tərəfdən Ermənistan təslim olmaq fikrində deyil, əksinə, münqişəni daha da alovlandırır. Ancaq eyni zamanda konkret olaraq nə etməli olduğunu bilmir. Qarabağ münaqişəsinin yeni inkişafının başlanğıcında demişdim və bir daha təsdiqləməyə hazıram: müharibə zamanı Ermənistan nə qədər çox itki verərsə, dünyadakı erməni diasporunun Azərbaycana qarşı informasiya-siyasi kampaniyası bir o qədər çox səs-küylü olacaq. Xüsusən də ABŞ-dakı əsas seçkidən sonra. Ermənistanın baş naziri Paşinyan artıq ora təcili “teleqramlar” göndərməyə başlayıb”, - deyə ekspert fikrini tamamlayıb.
Tarix: 9-11-2020, 21:36
Xəbəri paylaş



Xəbər lenti