Türkiyə mətbuatı Azərbaycan Ordusunun Şuşadan sonrakı hədəfi ilə bağlı yazıb.KONKRET.az xəbər verir ki, Yeni Şafak qəzetində dərc edilən yazıda Ordumuzun hədəfinin Xocalı üzərindən Xankəndi şəhəri, qərbdə isə Laçın dəhlizi olduğu bildirilib:
“Əməliyyatlar zamanı ilk Xocalı işğaldan azad ediləcək. Çünki Xocalı Azərbaycan üçün mənəvi əhəmiyyət daşıyır. Ordunun bir hissəsi Xocalıdan Xankəndiyə, digər hissəsi isə Laçın dəhlizi istiqamətində irəliləyəcək. Laçın dəhlizi təkcə şərqdən deyil, cənubdan da mühasirəyə alınacaq”.
Tarix: 9-11-2020, 16:45