Daha bir 3 milyonluq tender... - Vəsait hara xərclənəcək?

Elm və Təhsil Nazirliyi (ETN) növbəti tenderini yekunlaşdırıb. 

Bizimesr.com bildirir ki, azirliyin tabeliyində olan Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi İKT ekosisteminin davamlı texniki sağlamlığı və operativ müdaxilə xidmətlərinin satın alınmasını həyata keçirəcək.

Tenderin qalibi “AZEDUNET” MMC olub. Razılaşmaya əsasən, şirkətə sözügedən xidmətlərin icrasına görə 3 milyon 95 min 526 manat ödəniləcək.

Layihənin icra müddəti 5 ay üçün nəzərdə tutulub. Bu müddət ərzində İKT sistemlərinin texniki dəstəyi və operativ müdaxilə xidmətləri təmin ediləcək.

Tarix: 16-05-2026, 10:35
Xəbəri paylaş



Xəbər lenti