Dövlət Dəniz və Liman Agentliyi 150 minlik pencək, şalvar, yubka, köynək, palto, qalstuk, şlyapa alır




“Dövlət Dəniz və Liman Agentliyi” publik hüquqi şəxsi xüsusi geyim formaları alır.

 

Pravda.az-ın xəbərinə görə, Agentlik bu məqsədlə 149 523 AZN xərcləyəcək.

 

Qurum “Baku Textile Company” MMC ilə müqavilə bağlayıb.

 

Alınacaq geyim formalarına pencək, şalvar, yubka, köynək, palto, qalstuk, şlyapa, ayaqqabılar və s. daxildir.


Tarix: 17-03-2025, 10:46
Xəbəri paylaş



Xəbər lenti