Rüstəmovun milyonluq təhlükəsizliyi – Mərkəzi Bankın iriməbləğli tenderlərini udan şirkət kimindir?




Mərkəzi Bank “Smartit” MMC ilə satınalma müqaviləsi imzalayıb.

HİT.Az xəbər verir ki, maliyyə dəyəri 854 075.74 AZN olan müqavilədə Mərkəzi Bankda informasiya təhlükəsizliyi üzrə lisenziyaların satın alınması nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Smartit” MMC 25 dekabr 2015-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, İnqilab İsmayılov küçəsi, ev 6, mənzil 6-da yerləşir. MMC-nin qanuni təmsilçisi Zeynalov Qurban Zeynalabdin oğludur.

Açıq mənbələrdə “Smartit” MMC barəsində məlumatlar məhduddur. Baxmayaraq ki, şirkət artıq 6 ildir fəaliyət göstərir. MMC-nin qanuni təmsilçisi Qurban Zeynalov haqqında da hər hansı məlumata rast gəlinmir.

Bununla belə, Mərkəzi Bank “Smartit” MMC-yə tez-tez müraciət edir. Ötən il bu şirkətlə maliyyə dəyəri 952 968 AZN təşkil edən müqavilə imzalayıb. Müqavilədə informasiya və kiber təhlükəsizliyinin gücləndirilməsi məqsədi ilə avadanlıqların alınması və quraşdırılaraq fəaliyyətdə olan informasiya sistemlərinə inteqrasiyası işlərinin aparılması nəzərdə tutulur.

Tarix: 8-05-2021, 13:04
Xəbəri paylaş



Xəbər lenti