Deməli, bu məmurlar ölkə iqtisadiyyatını inkişaf etdirmək əvəzinə öz şəxsi iqtisadiyyatlarını çiçəkləndirirlər

Deməli, bu məmurlar ölkə iqtisadiyyatını inkişaf etdirmək əvəzinə öz şəxsi iqtisadiyyatlarını çiçəkləndirirlər.
2 gün əvvəl iqtisadiyyatımızı indiki acınacaqlı günə qoymuş 6 vəzifəli haqda giriş statusu yazdım və onların fəaliyyətini işıqlandırmağa səslədim (https://www.facebook.com/story.php?story_fbid=10239510899367207&id=1130710918&rdid=FOfqlcvH7bfitHkb#). Budur, artıq bu gün mətbuat (https://qafqazinfo.az/.../eli-esedovun-biznes-ve-tikinti...) onlardan biri – baş nazir Əli Əsədovun biznes imperiyası haqda yazdı (mənim siyahımda o, 4-cü idi, yəqin aprel ayı 4-cü olduğu üçün ondan başlanıldı). Yeri gəlmişkən, baş nazirə iradlarımdan biri o idi ki, 7 ildir ki, qanuna zidd olaraq məmurların gəlir bəyannəməsi formasını təsdiq etmir və bununla da korrupsiyaya rəvac verir. 4 il əvvəl ona məktub da yazaraq həmin formanın layihəsini göndərmişdim ki, korrupsiya ilə mübarizə aparırsansa təsdiqlə (https://musavat.com/.../memur-beyan-etmir-vetendasdan...). Amma mənə heç cavab da vermədi (buna görə də 2024-cü ilin sonunda onu “İlin korrupsiya düşməni” elan etmişdim: https://www.facebook.com/share/p/1AsBnRMe5q/?). İndi məlumdur niyə. Özünün bu qədər əmlakı ola-ola elə formanı necə təsdiqləsin axı?! Deməli, bu məmurlar ölkə iqtisadiyyatını inkişaf etdirmək əvəzinə öz şəxsi iqtisadiyyatlarını çiçəkləndirirlər. Bunun özü də işıq ucudur: gəlin hamısının əmlakını dövlət nəfinə alaq və bununla da büdcəmizi dolduraq. Gələcəkdə hətta paket şəklində aldıqlarından da məhrum etmək olar. Məbləğlər zatən bəllidir. Neçə milyard pul edəcək...
Əkrəm Həsənov
TEREF
Tarix: Bu gün, 21:42
Xəbəri paylaş



Xəbər lenti