Rövnəq Abdullayevin daha bir “xidməti”: Dayıoğlu və bibioğlu arasında neft sazişi


“SOCAR-la bağlı son yazılar və çıxışlardan sonra davamlı trol hücumlarına məruz qalıram. “Facebook”da məskən salan trolların bir qismi artıq dünəndən “BİZ YouTube” kanalına da ezamiyyə olunublar. Hər iki virtual məkanda fəallaşan trollar nədənsə yalnız Rövnəq Abdullayevi yaxşı oğlan kimi təqdim edir və onun xidmətlərini o səviyyədə qabardırlar, elə bil ki, SOCAR prezidenti dövlət başçısından da çox iş görür, ölkədə yaxşı nə varsa onun adına yazırlar”.

“SAVAŞ” xəbər verir ki, bunu iqtisadçı alim Qubad İbadoğlu “Facebook” hesabında yazıb.
Q.İbadoğlu paylaşımında qeyd edib ki, SOCAR-ın pezidenti Rövnəq Abdullayevin daha bir “xidməti” də var:
“Deməli, “Azərtac”ın yaydığı rəsmi məlumata görə, 2010-cu il iyunun 3-də SOCAR-ın baş ofisində ARDNŞ və Almaniyanın “UGE-LANSER-RTİ. LTD” şirkəti arasında Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanıb. Sazişi ARDNŞ-in prezidenti Rövnəq Abdullayev və “UGE-LANSER-RTİ. LTD” şirkətinin baş meneceri Lother Tauşke imzalayıb.
“Azərtac” yazır: Rövnəq Abdullayev çıxış edərək bildirib ki, ümumi sahəsi 16,14 kvadratkilometr təşkil edən Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında ARDNŞ və Almaniyanın “UGE-LANSER-RTİ. LTD” şirkəti arasında imzalanmış sazişdə “UGE-LANSER-RTİ. LTD” şirkətinin iştirak payı 75 faiz, ARDNŞ-in Ortaq Neft Şirkətinin payı isə 25 faiz müəyyən edilib.
“UGE-LANSER-RTİ. LTD” şirkətinin baş meneceri Lother Tauşke təmsil etdiyi qurumun artıq 5 ildir ki, ARDNŞ ilə birgə ekolmühəndislik xidməti sahəsində layihələr həyata keçirdiyini diqqətə çatdırıb.Mənbə: https://azertag.az/xeber/481525
Bu sazişi təftiş edərkən aşağıdakılar məlum olur:
1) “UGE-LANSER-RTİ. LTD” şirkəti Alman şirkəti deyil, Sinqapurda qeydiyyatdan keçib.Mənbə: https://sgpgrid.com/company-details/ugelancer-pte-ltd
2) “UGE-LANSER-RTİ. LTD” şirkəti saziş imzalanandan 533 gün əvvəl – 2008-ci ildə yaradılıb. Halbuki, bu şirkətin baş meneceri Lother Tauşke çıxışında deyib ki, onlar ARDNŞ ilə birgə ekolmühəndislik xidməti sahəsində 5 illik layihələr həyata keçirmək təcrübəsinə malikdirlər.Mənbə: https://azertag.az/xeber/4815253) “UGE-LANSER-RTİ. LTD” şirkəti Rövnəq Abdullayevin dayısı oğlu Anar Əliyevə məxsusdur.Mənbə: https://cdn.globalwitness.org/…/azerbaijan_anonymous_lr…
Beləliklə də nefts sazişi dayıoğlu və bibioğlu arasında imzalanıb, Azərbaycan Respublikasının Milli Məclisi də həmin sazişi qanun kimi qəbul edib və həmin qanunu prezident İlham Əliyev də imzalayıb.Mənbə: http://www.e-qanun.az/framework/21689
Tarix: 26-01-2021, 11:35
Xəbəri paylaş



Xəbər lenti