"Reuters"-in verdiyi məlumata görə, ilə iki dəfə devalvasiya etmiş Azərbaycan Mərkəzi Bankı ilkin layihəsi 218 milyon avro (436 milyon manat) dəyərində özünə yeni dəbdəbəli inzibati bina tikmək istəyir.2021-ci il büdcə kəsirini doldurmaq üçün ölkə üzrə ən çox işlənən yanacaq növünün satış qiymətini qaldırıb belə lazımsız, gərəksiz və ikrah hissi yaradan layihələrin icrası kimə və nəyə lazımdır axı?
Neqativ.com xəbər verir ki, bunu
hüquqşünas Vüqar Dadaşov Mərkəzi Bankın özünə 218 milyon avro məbləğində yeni bina tikmək planlarına münasibət bildirərkən deyib. Vüqar Dadaşov qeyd edib:
“Bu il həmdə işğaldan azad etdiyimiz ərazilərdə quruculuq işlərinə 2,2 milyard vəsait ayrılıb hansı ki, həmin vəsait bərpa və yenidənqurma işləri üçün olduqca az məbləğdir...
Olmaz ki, Mərkəzi Bankın gərəksiz yeni inzibati binası üçün ayrılmış həmin 436 milyon manat işğaldan azad edilmiş ərazilərimizin bərpasına yönəldilsin?!
Bu kimi layihələrin icrası dövlət və xalq maraqlarına uyğun deyil və belə layihələrin icrası dayandırılmalıdır, həmin vəsait işğaldan azad edilmiş ərazilərin bərpasına cəmləşdirilib, böyük qayıdış planını həyata keçirməliyik. Müharibədən qalib çıxmış silahlı qüvvələrimizin maddi texniki bazasının təminatı, şəhid və qazi ailələrinin maddi və sosial həyat şəraitinin yaxşılaşdırılması vacibdir yoxsa yeni dəbdəbəli bina? Mərkəzi bank niyə ar eləmir ki, səriştəsiz idarəçiliyi ucbatından baş vermiş devalvasiya nəticəsində yüzlərlə vətəndaşımız yeganə yaşayış yerindən məhrum oldular, evsiz eşiksiz qaldılar. Yoxsa bu az qala yarım milyard manatlıq yeni dəbdəbəli binanı həmin evsiz eşiksiz qalmış ailələrə göz dağı tikirsiz, bəlkə SOKAR-la yarışa girmisiz?
Burdan Baş nazirimizə, Maliyə Nazirliyinə və Mərkəzi Bankın rəhbərliyinə müraciət edərək bir vətəndaş olaraq, bir qazi olaraq sözü gedən layihənin icrası dayandırmağı və ayrılmış vəsaitin işğaldan azad edilmiş ərazilərimizin bərpasına yönəldilməsini daha vacib olduğunu diqqətinizə çatdırmaq istəyirəm. Axı, Mərkəzi Bankın əsas funksiyası büdcənin formalaşması, ondan səmərəli istifadənin təşkili və maliyyə dövriyyəsinə nadzorluq, yəni nəzarətdir. Nəzarət isə özün istədiyin kimi xalqın, dövlətin pulun dağıtmaq demək deyil.
Sizin funksiyanız ölkə büdcəsinə ağırlığı azaltmaq, dövlətimizin və dövlət başçısının müəyyən etdiyi prioritet məsələlərin həyata keçməsinə kömək etməkdir, daha sizin kimi, əlavə və lazımsız layihələrlə büdcəni boşaltmaq yox, bu ölkəyə düşmənçilikdir”
Neqativ.com
Tarix: 14-01-2021, 20:11