Abşeron Rayon İcra Hakimiyyəti “Kaspina Standart” MMC ilə yolların əsaslı təmiri ilə bağlı müqavilə imzalyıb. Reportyor.info xəbər verir ki, müqavilənin maliyyə dəyəri 410 053.19 AZN təşkil edir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında “Kaspian Standart” MMC-nin 17 mart 2008-ci ildə qeydiyyata alındığı göstərilir. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, akademik Şamil Əzizbəov küçəsi, ev 95-də yerləşir. MMC-nin qanuni təmsilçisi isə Əmirov Elnur Nəriman oğludur.
“Kaspian Standart” MMC 12 ildir ki, fəaliyyət göstərməsinə baxmayaraq açıq mənbələrdə barəsində hər hansı məlumat yoxdur. Deyəsən, onun qanuni təmsilçisi Elnur Əmirov da üzdə olmağı sevmir. Çünki təxminən yarım milyonluq tenderin qalibi olan Elnur Əmirov haqqında da açıq mənbələrdə hər hansı qeydə rats gəlinmir.
Adətən bu tip şirkətlər şübhəli tender əməliyyatlarında istifadə olunmaq təsis edilir. MMC-nin nizamnamə kapitalının 10 AZN olması da şirkətin hansısa qaranlıq məqsədlər üçün yarandığını göstərir.
Abşeron Rayon İcra Hakimiyyətinin isə 10 manatlıq şirkətlə müqavilə bağlaması bu tenderin şəffaflığına şübhələri artırır.Bu da təmir işlərinin qaydasında aparılmadığını deməyə əsas verir.
Əlbəttə bu cür layihələr 10 manatlıq şirkətlərə həvalə ediləndə nəticə ürəkaçan olmayacaq.
Tarix: 18-12-2020, 11:46