Cavid Qurbanov işinin öhdəsindən gəldimi? - ARAŞDIRMA
Təxminən bir il öncə, ötən ilin noyabrında “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov prezident İlham Əliyevin qəbulunda olarkən bu sahədəki “inqilabi işlərdən” danışmışdı. Dövlət başçısı da məmnunluğunu ifadə etmişdi. O, dəmir yolu infrastrukturuna böyük investisiyalar qoyulduğunu, bunun hesabına “böyük dərəcədə inkişaf” getdiyini demişdi: “Təsadüfi deyil ki, Davos Ümumdünya İqtisadi Forumunun son hesabatında dəmir yollarının səviyyəsinə və keyfiyyətinə görə Azərbaycan dünya miqyasında 34-cü yerdədir. Bu, kifayət qədər yüksək göstəricidir”.
Amma bu il avqustun 6-da dövlət başçısı QSC haqda başqa fikirlər səsləndirib. Onun tənqid etdiyi dövlət şirkətlərinin arasında “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti də olub. https://azertag.az/xeber/1554479
“Yeni xətlər çəkilir, yeni vaqonlar, yeni lokomotivlər alınır, yüz milyonlarla manat vəsait ayrılır. Bəs, bunun səmərəsi haradadır? Axı, səmərə ilə işləməlidir”, - prezident İlham Əliyev deyib.
Dövlət başçısı daha sonra deyib: “Bəs, dövlət şirkətləri tərəfindən ödənilən vergilər hansı səviyyədədir? Əgər onların vergilərini, dövlət tərəfindən onlara verilən subsidiyaları və birbaşa vəsaitin qoyuluşunu götürsək, görərik ki, nə qədər böyük fərq var. Yəni, bu, nəyi göstərir? Onu göstərir ki, dövlət şirkətləri bizim ölkəmizi, bizim iqtisadiyyatımızı aşağı aparır. Bunun başqa izahı ola bilməz”.
Dövlət şirkətlərinin sosialist iqtisadi modelində işlədiyini, bunun dözülməz olduğunu bəyan edən prezident həmin şirkətlərin işi “ciddi təftiş edilməlidir və yeni idarəetmə sistemi qurulmalıdır, bu nəzarətsizlik bundan sonra davam edə bilməz” söyləyib.
Prezident haqldırmı, rəqəmlər nə deyir?
Dövlət Statistika Komitəsinin məlumatına görə respublika üzrə yük daşınmasında ötən il dəmiryolu üçüncü yerdə qərarlaşıb, onun payı 6,5 faiz olub. İlk iki yerdə 66 faizlə avtomobil, 24 faizlə boru kəməri gəlir.
İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin hazırladığı araşdrımanın sonuclarına görə, 2019-cu ildə ölkədə təxminən 2 milyard sərnişin daşınıb, onun cəmi 3,85 milyonu (0,19 faizi) dəmiryolunun payına düşüb. Ümumiyyətlə, ölkədə sərnişin daşınmada dəmiryolunun payı 0,2 faizdən azdır.
Bir məqam da diqqət çəkir, ötən il 2018-ci illə müqayisədə dəmiryolu sahəsində sərnişin sayı təxminən 1000 nəfər artıq olub.
İTYM-in araşdırmasına görə dəmiryolunda yükdaşınmalarına görə 2017-ci ildə 279.2 milyon manat, 2018-də 270.8, 2019-cu ildd 299.8 gəlir götürülüb. Ancaq daşınmalara çəkilən xərclərsə 2017-ci ildə 460.4, 2018-ci ildə 323.4, 2019-cu ildə 340.7 manat olub. Yəni çəkilən xərclər gəlirdən daha çoxdur.
Araşdrımada ona da diqqət çəkilir ki, QSC-nin xarici borcu ildən-ilə artır. Maliyyə Nazirliyinə aid son 3 ilin rəqəmlərinə göz atmaq yetərlidir, “Azərbaycan Dəmir Yolları”nın xarici borcu 2016-cı ildə 545.3 mln., 2017-ci ildə 649.9 mln., 2018-ci ildəsə 838.0 mln dollar olub.
Doğrudur, QSC fəaliyyətinin səmərəliliyinin artırılması və idarə etmənin təkmilləşdirilməsi məqsədilə 2017-2022-ci illər üzrə biznes-plan da hazırlayıb. Amma arxada 3 il qalsa da rəqəmlər səmərəliliyin artmadığını göstərir.
Yeri düşmüşkən, QSC ölkədə bu sektor üzrə yeganə oyunçudur.
Tövsiyələr – “zərəryaratma həlqələri tapılmalıdır”
İqtisadi Təşəbbüslərə Yardım Mərkəzi bəzi tövsiyələrini də verib. Mərkəz hesab edir ki, ilk növbədə dəmir yolu sektorunda biznes xətti və funksional restrukturizasiya istiqamətlərində işlər həyata keçirilməli, sektorda yük və sərnişin daşımalarına özəl operatorlar cəlb edilməlidir. Bundan başqa QSC dövlət şirkəti olaraq özünün inkişaf və rəqabətlilik strategiyasını hazırlamalı, liberallaşma bu sektorda dövlət şirkəti ilə yanaşı özəl firmaların da inkişafını təmin etməlidir.
Tövsiyələrdən biri də budur ki, dərin təhlillər aparmaqla şirkətin əsas “zərəryaratma” həlqələri aşkarlanmalı və onların gəlirlə işləməsi üçün tədbir görülməli, sərnişin daşımalarında xərclərin strukturunun optimallaşdırılması, sərnişin daşımalarının zərərsizlik səviyyələri müəyyən edilməlidir.
“Azərbaycan Dəmir Yolları”nın cavabı
Yazı müəllifi QSC rəhbərliyinə bəzi suallar ünvanlayıb: qurum səmərililiyi artırmaq üçün nə edir? Prezidentin son tənqidindən sonra hansı tədbirlərin həyata keçirilməsi planlaşdırılır? Özəlləşdirmə gündəmdədirmi, dövlət müəssisəsi Səhmdar Cəmiyyətinə çevrilə bilərmi?
QSC-nin mətbuat katibi Natəvan Bayramova deyir ki, “Azərbaycan Dəmir Yolları” prezidentin tapşırığına, xüsusən də səmərəliliyin artırılması məsələsinə həssas yanaşır.
“Cənab prezidentin haqlı iradlarından irəli gələn bəzi məsələləri aradan qaldırmaq məqsədilə QSC bir neçə addım atmaqdadır. Bunlardan biri də dünyanın aparıcı şirkətlərindən McKinsey company ilə müqavilə imzalanmasıdır. Məqsəd səmərəliliyin artırılması və digər layihələrin icrasında “Azərbaycan Dəmir Yolları”na köməklik göstərilməsidir. Pandemiya şəraitində birbaşa görüşlər baş tutmasa da, onlayn qaydada bir neçə də iclaslarımız olub. Cənab sədrin iştirakıyla baş tutan həmin videokonfranslarda görüləcək işlər, o cümlədən səmərəliliyin artırılması müzakirə edilib. “Azərbaycan Dəmir Yolları”na qoyulan investisiyaların məqsədyönlü olması, əməliyyat xərclərinin optimallaşdırılması, xüsusi tranzit dəhlizlərdə gəlirliliyin artırılması vurğulanıb. Yəni bir sıra məsələlərlə bağlı müzakirələr və planlaşdırmalar aparılır”.
O ki qaldı “Azərbaycan Dəmir Yolları”nın səhmdar cəmiyyətə çevrilməsi və ya özəlləşdirilməsi haqda təkliflərə, N.Bayramova deyir: “Bilirsiniz ki, İnvestisiya Holdinqi yaradılıb. Yəni yuxarı dövlət qurumları bu məsələdə nə qərara gəlsələr QSC də o istiqamətdə fəaliyyətini quracaq. Bu, bizə ünvanlacaq sual deyil”.
İnvestisya Holdinqindən gözlənənlər
Prezident dövlət şirkətlərini tənqid etdikdən sonra İnvestisiya Holdinqinin yaradılması haqda fərman verdi. Məqsəd dövlət şirkətlərinin vahid prinsiplər əsasında idarə olunması, onların fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, rəqabət qabiliyyətinin artırılması, maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılmasıdır.
Aradan iki aya yaxın vaxt ötür. Qurum bu müddətdə bir dəfə toplantı keçirib.
ReAL partiyasının icra katibi, iqtisadçı Natiq Cəfərli də İnvestisiya Holdinqinin yol xəritəsinin bəlli olmadığına diqqət çəkir: “Yalnız bir dəfə iclas keçirildi. Orda da ümumi sözlər səsləndirildi, yəni dövlət aktivlərinin idarə olunmasının optimillaşdırılması, büdcə üzərində dövlət aktivlərinin yükünün azaldılması yönündə işlər görüləcəyi deyildi. Yəni Holdinqin rolu hələlik bilinmir”.
İqtisadçı hesab edir ki, İH ilk növbədə yol xəritəsi hazırlamalıdır və bunun üçün ilkin addımlar atılmalı, suallara cavab tapılmalıdır: “Məqsəd dövlət əmlakının özəlləşdirilməsidirsə buna yanaşma fərqli olmalıdır. Yox, məsələ dövlət aktivlərinin idarə edilməsidirsə o zaman Holdinqə daxil olacaq şirkətlərin idarəsi hansı yolla həyata keçiriləcək? Məsələn, SOCAR-ın, AZAL-ın, “Azərenerji”nin, “Azərbaycan Dəmir Yolları”nın idarə edilməsi hansı yolla həyata keçiriləcək? Onların səlahiyyəti necə olacaq, həmin qurumlar üzərində qərar vermək səlahiyyəti olacaqmı? Açığı bu suallar hələlik açqıdır. Yəni bunlar səhmdar cəmiyyətə çevriləcəkmi? Səhmləri buraxmaqla səhm bazarını canlandıracaqlar və ya uzunmüddətli icarə müqavilələrimi imzalanacaq?”.
Natiq Cəfərli iri dövlət müəssisələrinin çoxdan özəlləşməyə getməli olduğunu, Azərbaycanın gecikdiyini deyir. Onun qənaətincə, “ən pis menecer olan dövlət” iqtisadiyyatdan çəkilməlidir. “Dövlət ən yaxşı halda ya investor rolunu oynaya bilər, ya da startap. Bizdəsə dövlət birbaşa idarəetməni özü həyata keçrir. Özü də nəinki strateji sahələrdə, hətta xalça toxumada belə dövlətin həlledici üstünlüyü var. “Azərxalça” kimi dövlət qurumu yaradılıb və o da ziyanla işləyir. Yeri gəlmişkən, dövlət şirkətlərinin əksəriyyəti ziyanla işləyir, dövlət büdcəsindən ayrılan dotasiya sayəsində ayaqda qalırlar. Bu modeldən dövlətsizləşdirmə modelinə mütləq keçilməlidir”.
“Azərbaycan Dəmir Yolları” tam özəlləşdirilməyəcək”
Deputat Vahid Əhmədov “Azərbycan Dəmir Yolları” QSC-nin tam özəlləşdirilməyəcəyini, onun nəzdində olan xidmət və istehsal sahələrinin özlləşdirilə biləcəyini deyir.
“Strateji obyektlər olan neft, qaz, dəmiryolu tam özəlləşdirilə bilməz. Amma niyə 5 aviaşirkət olmasın, niyə bir dənə olsun? İnhisarçılar var, onları aradan götürmək, azad rəqabət üçün şərait yaratmaq lazımdır. Dövlətin marağı olan sahələr ixtiyarında olmalıdır. Ancaq istehsal, xidmət sahəsi sahibkarlara verilməlidir ki, işləsinlər, inkişaf etdirsinlər. Hesab edirəm ki, İnvestisya Holdinqi müəyyən mexanizm yaradacaq”.
İqtisadçı Rəşad Həsənov “Azərbaycan Dəmiryolları”nda infrastrukturun dövlətin balansında qalmaq şərtiylə idarəetmənin özəl şirkətlərə təhvil verilməsindən danışır: “Şirkətlərə təhvil verildikdən sonra burda bəzi çətinliklər çıxa bilər. Amma bununla belə dövlət büdcəsindən əlavə maliyyə yükünün formalaşmasının qarşısı alına bilər. Zərər adı altında korrupsiya predmetinə çevrilən gəlirlərin sonradan dövlət büdcəsindən subsidiyalaşdırılması kimi uzun illərdir oturuşmuş sistemin əsaslarını artıq sarsıtmaq olar. Eyni zamnda daha effektiv, daha çevik idarəetmə, bazar prinsiplərini əsaslanan marşrutlar, qrafiklərin müəyyənləşdirilməsi, daha keyfiyyətli xidmətlərin təklif edilməsi üçün mühit yaranmış olar”.
İqtisadçı şəffaflıq məsələsinə də toxunur, korporativ idarəetmənin tətbiqi, ictimai hesabatlılıqla bağlı tələblərin sərtləşdirilməli olduğunu vurğulayır. İqtisadçı QSC-nin saytında yerləşdirilən maliyyə hesabatlarında onunla bağlı çox az məlumat verildiyini deyir: “İki-üç makro göstəricilərdən ibarət, maliyyə axınlarının istiqamətini analiz etməyə imkan verməyən, yuvarlaqlaşdırılmış göstəriciləri ictimailəşdirir”.
R.Həsənov bu yöndə İnvestisya Holdinqinə səlahiyyətlər verildiyini desə də, hesab edir kli, siyasi baxışlar, yanaşma dəyişməlidir: “Tutalım, belə bir yanaşma var, AZAL-ın rəhbəri Cahangir Əsgərova toxunmayaq, Cahangirdi də. Bu cür subyektiv yanaşma olmasa, ortaya siyasi iradə qoyulsa problem həll oluna bilər. İlk növbədə idarəetmə təkmilləşdirilməli, rəhbər şəxslərin səlahiyyətləri azaldılmalıdır. Bu mümkün olacaqmı? Cavabsız suallardır. Ona görə nəinkli qısa, orta müddətə də İnvestisya Holdinqindən ciddi nəsə gözləmirəm”.
Deputat Vahid Əhmədov iqtisadçılar qədətr ümidsiz deyil. O, yeni yaradılan İnvestisya Holdunqində işlərin getdiyini bildirir: “Müəyyən struktur dəyişiklikləri olmalıdır. Təqdim olunan sahələrdə özəlləşdirməyə getmək lazımdır. Digər tərəfdən onlar dövlət zəmanəti ilə kifayət qədər kreditlər götürüblər. Onları qaytarmaq imklanlarına baxmaq lazımdır. Problem çoxdur, dövlət səviyyəsində bunun üzərində işlər aparılır”. //istiqlal.az//
Tarix: 1-10-2020, 08:21
-
Dünən, 21:39
Sumqayıtı "yaşıllaşdıran" Nuranə Zeynalova kimdir? - Əli Həsənovun qardaşı ilə Fərəcovun "yaşıllıq siyasəti"
-
Dünən, 21:38
Səfər Mehdiyevlə bağlı pensiya qalmaqalı böyüyür – Daha üç keçmiş gömrükçü məhkəməyə üz tutdu
-
Dünən, 21:35
Nurlan Həsənovun Sloveniya macərası - ŞOK İDDİA
-
29-10-2024, 08:39
Sabirabadda əvvəllər də ana ölümü qeydə alınıb, AMMA .. - NARAZILIQ VAR...
-
28-10-2024, 13:18
Aqil Babayevə qarşı saxta ittihamlar ifşa olunur: Şübhəli İttihamlar və Sübutların Yoxluğu
-
27-10-2024, 18:49
Sabirabad xəstəxanasında rəzalət - 24 yaşlı ana səhiyyə qurbanı oldu VİDEO
-
26-10-2024, 17:15
Masazırda zibilliklərin üstündə tikilən evlər - Abşeron RİH maklerlə necə “anlaşıb“?
-
25-10-2024, 10:08
QARABAĞ QAZİSİ DƏRMANLARINI ALA BİLMİR... - “Atamı qanunsuz olaraq işdən çıxardılar..." / FOTO
-
25-10-2024, 10:06
"Araz Supermarket"in İdarə Heyətinin sədri məhkəmə qarşısında: Əmək qanunvericiliyi pozulub - FOTO
-
21-10-2024, 20:41
ŞOK MAXİNASİYA! “İDF” tikinti şirkəti MMC, MTK-ya necə çevrildi? - Masazırdakı “Yeni Bakı” yaşayış kompleksində bir qəbz, bir müqavilə, 4 sənəd
-
21-10-2024, 20:12
“İnvestAZ”: Dələduzluğun bir növü, YOXSA?.. - GÜVƏNMƏK OLMAZ!!!
-
21-10-2024, 20:10
Maksim Cavadovun rəhbərlik etdiyi zavod barəsində protokol tərtib edildi – Ölkədən vəsait çıxarılıb
-
21-10-2024, 20:09
"Respublikanski"də doğuşdan sonra komaya salınan ana - Bir qazinin məhv edilən ailəsi
-
21-10-2024, 20:08
Nazirin nəzərindən yayınanlar... - Ümid edək ki yayınıblar...
-
21-10-2024, 20:07
“Araz” harda, cərimə orda!” – Cərimələr, şikayətlər monopolist şirkəti “yolundan” döndərə bilmir
-
19-10-2024, 09:17
QARABAĞ QAZİSİ KÜÇƏLƏRDƏ GECƏLƏYİR – “Öz səhvim ucbatından “bomj” həyatı yaşayıram” / Video
-
19-10-2024, 09:14
“Araz” harda, cərimə orda!” – Cərimələr, şikayətlər monopolist şirkəti “yolundan” döndərə bilmir
-
18-10-2024, 09:29
Vüqar Zeynalov Bərdədəki əməllərini indi də Gəncədə davam etdirir...
-
17-10-2024, 14:36
Ağdam İH bir şirkətə iki tender verdi — 400 minlik
-
17-10-2024, 14:29
Ölkədən çıxarılan pulun mübahisəsi - KATV1-in sahibinə yazılan protokola bu tarixdə baxılacaq
-
16-10-2024, 22:07
AQTA Rusiyaya meyvə aparanlara “hücuma keçib”: Yüzlərlə maşın Kürdəmirdə saxlanılır
-
16-10-2024, 22:06
Xəzər rayonunda nə baş verir? – Elşən Salahovun qohumları ilə bağlı ilginc iddialar
-
16-10-2024, 22:05
Neft borusu üstündə bazar: Vətəndaşlar narahatdır, SOCAR isə yox
-
16-10-2024, 22:04
Əmrullayev Azərbaycan təhsilinin ANASINI NECƏ AĞLAR GÜNƏ QOYDU...
-
16-10-2024, 22:03
TƏBİB deputatın oğluna məxsus obyekti 1,17 milyon manata icarəyə götürdü - Başqa nə cür olmalı idi ki...
-
16-10-2024, 22:02
AQTA Mərkəzi Aran Regional bölməsi narazılıq yaradır - NARAZILIQ
-
16-10-2024, 22:01
İnternet azadlığına görə Azərbaycan Belarus, İraq və Zimbabve ilə bir yerdədir
-
16-10-2024, 22:00
Dövlət Su Ehtiyatları Agentliyində müəmmalı “kadr islahatı“ – Asəf Quliyev necə idarə rəisi oldu?
-
16-10-2024, 21:59
DSX-dakı maliyyə maxinasiyaları haqda növbəti faktlar – “YANACAQ XƏRCİ”, “ÖLÜM FONDU” ADI ALTINDA MƏNİMSƏNİLƏN VƏSAİTLƏR…
-
16-10-2024, 21:58
Kəmaləddin Qafarovun biznes imperiyası: Deputatın hansı şirkətləri var?