Elman Nəsirov və qardaşı Şuradan 46 min manat alıblar – SİYAHI


Elman Nəsirov və qardaşı Şuradan 46 min manat alıblar – SİYAHI


68 saylı Cəlilabad kənd seçki dairəsindən deputat seçilən Nəsirov Elman Xudam oğlunun sədri olduğu “Paradiqma” İctimai-Siyasi Tədqiqatlar İctimai Birliyi QHT-lərə Dövlət Dəstəyi Şurasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə keçirdiyi qrant müsabiqəsinin qalibi ola bilməyib. 

Yeniavaz.com xəbər verir ki, son 6 ildə “Paradiqma” İctimai-Siyasi Tədqiqatlar İctimai Birliyinə ilk dəfə qrant ayrılmayıb. Məlumat üçün bildirək ki, daha əvvəl “Paradiqma” İctimai-Siyasi Tədqiqatlar İctimai Birliyi tərəfindən təqdim olunan bütün layihələrə QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən maliyyə ayrılıb.

2015, 2016 və 2018-ci illərdə “Paradiqma” İctimai-Siyasi Tədqiqatlar İctimai Birliyinin layihəsini Elman Nəsirov, 2017 və 2019-cu illərdə isə millət vəkilinin qardaşı Ruslan Nəsirov təqdim edib.

Elman Nəsirov və qardaşı son 6 ildə təqdim etdikləri layihələr üçün  ümumilikdə 46 min manat qrant alıblar. Son 6 ildə millət vəkili Elman Nəsirov və qardaşı tərəfindən təqfim olunan layihələr və aldıqları vəsaitin siyahısını təqdim edirik:
İllərTəşkilat sədriLayihənin adıMəbləğ
2015Nəsirov Elman XudamErmənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində informasiya təhlükəsizliyi təminatının
gücləndirilməsi
10 000 azn
2016Nəsirov Elman XudamDini radikallığa və ekstremizmə qarşı mübarizə sahəsində maarifləndirmə və təşviqat işinin gücləndirilməsi12 000 azn
2017Nəsirov Ruslan
Xudam
 
Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində yaranmış regional təhlükəsizlik barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması təşəbbüslərinə dəstək9 000 azn
2018Nəsirov Elman Xudam
 
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində informasiya təhlükəsizliyi təminatının gücləndirilməsi təşəbbüslərinə dəstək8 000 azn
2019Nəsirov Ruslan
Xudam
Gənclərin internet informasiya resurslarında, o cümlədən sosial şəbəkələrdə milli maraqların müdafiəsinə cəlb edilməsi7 000 azn
2020Nəsirov Elman Xudam
 
Diaspor fəaliyyətinin təkmilləşdirilməsində Azərbaycanın könüllü gənclərinin maarifləndirilməsi işi və onun əhəmiyyəti-
 
Tarix: 28-08-2020, 14:34
Xəbəri paylaş



Xəbər lenti