SOCAR-da yoxlamalar: Rövnəq Abdullayev və komandasının başı dərddə

SOCAR-da yoxlamalar: Rövnəq Abdullayev və komandasının başı dərddə



SOCAR-da yoxlamalar başlayıb. Belə ki, busaat.az-ın xəbərinə görə, yoxlamalara iki gün öncə start verilib. Qeyd edək ki, ayın 4-də ölkə başçısı dövlət şirkətlərinin təftiş olunmasının vacibliyini vurğulamışdı. Görünür, yoxlamalar da bu tapşırıq əsasında aparılır. Yoxlamaların şənbə günü iş saatından sonra başlaması tədbirin təcililiyindən və təxirəsalınmazlığından xəbər verir.
Onu da bildirək ki, SOCAR-ın adı bu zamanadək ən müxtəlif korrupsiya qalmaqallarında hallanıb. Bunlardan biri də Maltanın energetika naziri Konrad Mizzi ilə bağlıdır. Bununla bağlı cumhuriyyet.az “Independent”in məlumatına əsasən bildirir ki, ““Enemalta” şirkəti ilə korrupsiyaya qurşanmış SOCAR arasında neft, benzin və dizel yanacağı alınmasına dair müqavilə olub. Halbuki, bundan daha əlverişli şərtlərləmüqavilə bağlamaq imkanı vardı. Baş auditorun apardığı araşdırma nəticəsində bu müqavilənin əlverişsiz olduğu üzə çıxıb və bu pislənilib”. Məqalədə bildirilir ki, Mizzinin rol oynadığı bu və ya digər müqavilələrin xalqdan və parlamentdən gizli bağlanması ciddi narazılıq doğurub.
Mizzi Maltanın baş naziri Cozef Muskat Çinlə bağlanmış iki müqaviləyə görə də ittiham olunur. Maltanın başqa bir mətbu orqanı “Malta Today” də bu qalmaqalla bağlı material yayımlayıb. “Mizzi korrupsioner şirkət kimi tanınmış SOCAR-la 18 illik əlverişsiz qaz müqaviləsinin imzalanmasına görə məsuliyyət daşıyır”, – deyə Beppe Feneç Adami “Malta Today”ə bildirib.
SOCAR-la bağlı digər bir qalmaqal isə Anar Əlizadə adı ilə bağlıdır.  Kimdir Anar Əlizadə?
Əliyev Anar Nüsrət oğlu: 21 sentyabr 1978-ci ildə Naxçıvanda dünyaya gəlib. 1996-2000-ci illərdə Naxçıvan Dövlət Universitetində təhsil alıb. Özünün iddiasına görə, tələbəlik illərindən biznes həyatına atılıb. Türkiyə ilə Naxçıvan arasında kiçik ticarətlə işə başlayan Anar Əliyev adlı adamın varlığı 2013-cü ilə qədər bilinməyib. İlk dəfə onun adı həmin il Global Witness təşkilatı tərəfindən hazırlanan “Anonim Azərbaycan” hesabatı yayınlanandan sonra duyulmağa başlayıb. Həmin ilə qədər Əliyev soyadı daşıyan Anar “Anonim Azərbaycan” hesabatının açıqlanmasından sonra birdən-birə dönüb olub Əlizadə, bəzən isə Alizadə.
Maraqlıdır ki, SOCAR-ın bu “qara qutusu” barədə məlumat həmin vaxta qədər şirkətin əksər rəhbər şəxslərinə də bəlli deyilmiş. Hər halda bunu SOCAR-ın mətbuat katibi Nizaməddin Quliyev BBC-yə verdiyi açıqlamasında deyib. Mətbuat katibinin dediyinə görə, o, bu zamana qədər Anar Əliyev adını eşitməyib. Halbuki, “Anonim Azərbaycan” hesabatına görə, Anar Əlizadə həmin dövrə qədər SOCAR-ın 50-ə qədər xarici əməliyyatını həyata keçirmişdi. Görünür, bunların hamısı “qara əməliyyatlar” olduğundan Nizami Quliyevin diqqətindən yayınıb.
Global Witness-in “Anonim Azərbaycan” hesabatı daha geniş mövzu olduğundan bu barədə ayrıntıları sonrakı yazılarımıza saxlayırıq. Hələlik isə onun SOCAR-dakı dayaqları barədə bir neçə söz deməyə çalışacağıq.

Rövnəq Abdullayevin ailə təsərrüfatı
Biznes fəaliyyətinə, türklər demişkən, “bavul ticarəti” ilə başlayan Anar Əlizadə necə olur ki, birdən birə SOCAR-ın ən mühüm tərəfdaşına çevrilir? Axı o, 2000-ci ildə Naxçıvan Dövlət Universitetini bitirib. Məzun olduqdan cəmi 13 il sonra sorağı isə Global Witness-in hesabatlarından gəlib.
Dünyanın bəlkə də ən şanslı iş adamlarını belə heyrətə düşürəcək bu qeyri-adi yüksəlişin bir səbəbi var – Anar Əlizadə SOCAR prezidenti Rövnəq Abdullayevin dayısı oğludur. Azərbaycanın ən böyük dövlət şirkəti olan SOCAR isə Rövnəq Abdullayevin ailə təsərrüfatıdır. Və bu ailə təsərrüfatında Anar Əlizadənin çox böyük dayaqları var. Gəlin, onların bəziləri ilə tanış olaq:
1. Bədəl Əliyev: Anar Əlizadənin qardaşlarından biri. SOCAR İnformasiya Texnologiyaları Departamentində (rəis Inayət müəllim, təchizat üzrə müavini Rövnəq Abdullayevin sinif yoldaşı Azər müəllim ) satınalmalar üzrə menecer vəzifəsində çalışır.
2. Nihad Əliyev: Anar Əliyevin digər qardaşı. SOCAR-da satış direktorudur.
3. Nüsrət Əliyev: Anar Əliyevin atası. Rövnəq Abdullayevin dayısıdır. Öz oğluna ölkənin senzoru olmadığını indiyədək başa sala bilməyən bu ata Neft Emalı zavodunda Qaz sektorunun müdiri işləyir.
4. Anar Əliyevin əmisi Azad (Rövnəq Abdullayevin digər dayısı ) Neft Emalı zavodunda Kislorod sektorunun müdiridir.
5. Anar Əliyevin xalası oğlanları “Suraxanı OIL” Əməliyyat Şirkətinin və “Balaxanıneft”in rəhbərləridir.
6. Anarın əmi nəvəsi Ramil Əliyev “EKOL”un rəisidir.
7. Anarın digər əmi nəvəsi Nail Əliyev – Neft-Yağ Emalı zavodunun rəisidir.
8. Anarın yaxın dostu Vasif müəllim Neft Kəmərləri İdarəsinin rəisidir.
SOCAR-ın aktopodu
Göründüyü kimi, Vasif müəllimi saymasaq, Anar Əlizadənin ən azı 8 yaxın qohumu SOCAR-ın ən müxtəlif idarələrinə rəhbərlik edir. Bu durum dənizlərin ən qorxunc başıayaqlılarından sayılan aktopodu yada salır. Aktopodun da səkkiz ayağı var və məhz buna görə, bəzən adına səkkizayaq da deyilir. Bu ayaqlar aktopoda ovladığı qurbanı tamamilə çevrələmək fürsəti verir və ovun qurtuluşunu mümkünsüzləşdirir. Aktopod da yumşaqbədənlidir və istədiyi an istədiyi şəklə düşə bilir; Əliyevin bəzən Əlizadəyə, bəzən Alizadəyə çevrildiyi kimi. Bütün bu özəllikləri ilə Anar Əlizadəni SOCAR-ın aktopodu adlandıra bilərik.
Növbəti sual ortaya çıxır: Anar Əlizadənin ən azı 8 qohumunun SOCAR-da yüksək vəzifə daşımasında nə var ki, biz bunun sözünü edirik?
Məsələ burasındadır ki, hər hansı bir iri məmurun işlədiyi idarəni qohumlar klubuna çevirməsi inhisarçılığın əsas səbəblərindən biridir və Azərbaycan qanunvericiliyi bunu qadağan edir.
DOSYE.ORG
Tarix: 28-08-2020, 07:29
Xəbəri paylaş



Xəbər lenti