İqtisadçıdan Səfər Mehdiyevə cavab: “Bildikləri cib “qırxmaqdır”, məmurlara dəstək olmaqdır”




“Gömrük Komitəsinin rəhbəri guya bizə cavab verir, deyir ki, “bizim ekspertlərin fikrinə ehtiyacımız yoxdur”. Düz deyir də, onların ekspertlərin fikrinə nə ehtiyacı olacaq?! Nə başa düşürlər ki, elm nədir, iqtisadiyyat nədir, bildikləri cib “qırxmaqdır”, oliqarxlara, məmurlara, inhisarçılara dəstək olmaqdır”.
 
Pravda.az-ın xəbərinə görə, bunu iqtisadçı Natiq Cəfərli deyib.
 
“Görün DGK rəsmi açıqlamasında nə deyir, sitat: “Birmənalı vurğulamaq istərdik ki, bu qərar məhz bəzi inhisarçı qruplarının əməllərinin qarşısını almağa yönəlib. Onların sosial şəbəkələrdə yaratdığı narazılıq başa düşüləndir”. Gedin özünüzü dolayın, bu qədər də olmaz axı, deməli, 1000 dollarlıq mal gətirən inhisarçılar idi? İndi 300 dollara saldınız ki, inhisarçılara zərbə vurasız?! Adamda bir az abr-həya olar da, fiziki şəxs ayda 1 dəfə cəmi 1000 dollarlıq mal gətirirdisə, bu necə inhisarçı ola bilər?! İqtisadiyyatı, terminləri necə “bildiyiniz” elə bu açıqlamadan üzə çıxır...” – N.Cəfərli qeyd edib.

Siam.az
Tarix: 27-08-2020, 07:36
Xəbəri paylaş



Xəbər lenti