"Cəlilabad Müalicə Diaqnostika Mərkəzi" lift xidməti üzrə keçdirdiyi kotirovka sorğusunun nəticəsini açıqlayıb. Siam.az MediaPost-a istinadən xəbər verir ki, 5400 manatlıq müqavilənin qalibi "Harmony İndustrial Construstion and Engineering Group” MMC olub. Şirkətlə müqavilə avqustun 22-də bağlanıb və xidmət ilin sonuna qədər göstəriləcək.
Qeyd edək ki, MMC-nin böyük həcmdə vergi borcu yaranıb. Dövlət Vergi Xidmətindən "MediaPost”a bildirilib ki, şirkətin ümumi vergi öhdəliyinin həcmi 597 min 589 manatdır.
Tarix: 25-08-2020, 08:24