Rusiya dollardan imtina etməyə başladı: bu mümkün olacaqmı?






Rusiya Çinlə ixracat hesablaşmalarında artıq dollara deyil, avroya üstünlük verir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, ölkə iqtisadiyyatında “dollarsızlaşdırma”ya yönəlik qurulan strategiyaya uyğun olaraq, habelə sanksiyalardan qaçmaq üçün Kreml bununla bağlı müvafiq qərar qəbul edib.

“Bloomberg” agentliyinin xəbərinə görə, Çin bu ilin birinci rübündə Rusiyadan aldığı əmtəələrin 50%-nin hesabını avro üzərindən həyata keçirib. Qeyd etmək lazımdır ki, yanacaq və ağac məhsulları Rusiyanın Çinə ixracatının əsas məhsulları sayılır.

Rusiya Federasiyasının Avropa Birliyinə ixracatında da avronun payı 38%-dən 43%-ə yüksəlib.

Lakin “Fitch Ratings Inc.” şirkətinin analitiki Dmitri Marinçenkonun fikrincə dollarla hesablaşma avroya nisbətən daha rahat olduğu üçün heç kim bununla bağlı radikal addımlar atacaq dərəcədə riskə getməz.

Rusiyanın bu istiqamətdə yürütdüyü siyasət ABŞ valyutasının dünyanın maliyyə sistemindəki dominant mövqeyini azaltmayıb.

Əksinə, valyuta ticarətində dolların payı 2016-cı ildəki 87,6%-dən, 2019-cu ilə qədər 88,3%-ə qədər yüksəlib.

Rusiya və Çin arasında ticarət dövriyyəsi isə ümumilikdə 109 milyard dollara, qlobal ticarətin həcmi isə 19 trilyon dollara bərabərdir.
Tarix: 13-08-2020, 19:41
Xəbəri paylaş



Xəbər lenti