Deputatın maaşını necə xərcləməsinin heç kimə dəxli yoxdur –İLQAR MƏMMƏDOV QƏZƏBLƏNDİ

Deputatın maaşını necə xərcləməsinin heç kimə dəxli yoxdur –
REAL Partiyasından olan deputat Erkin Qədirli özünün maaşı ilə bağlı hesabat xarakterli qeydləri sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.
Deputatın bu addımını təqdir edənlərlə yanaşı, onu qınayanlar da var.
Bu arada isə REAL sədri İlqar Məmmədov məsələyə öz fikirlərini açıqlayıb.
Gununsesi.info həmin qeydləri təqdim edir :
Erkin Qədirlinin üstünə kimlərsə səviyyəsizcə gedəndə ki, qayda qanun çərçivəsində, özü də ki, tənqid etdiyin qayda-qanun çərçivəsində qazandığın 549 manatın hesabatını ver, Qədirli çıxarıb 20 minin hesabatını ortaya qoydu. Düzgün eləmədi, amma yaxşı elədi. Düzgün eləmədi, çünki sənin qanun çərçivəsində olan qazancın necə xərclənir – bunun heç kimə HEÇ BİR dəxli yoxdur. Nəyə görə yaxşı elədiyini isə yazmayacam, kobud çıxar.
Tarix: 1-08-2020, 15:07
Xəbəri paylaş



Xəbər lenti