Pandemiya büdcəmizə kəskin zərbə vurmasa da, payızda dəyişiklik gözlənilir


Büdcə, bank, kredit, ofis

Payızda büdəcyə dəyişiklik edilə bilər.

Bizimyol.info-nun məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Adminstrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.
Şahmar Mövsümov Şahmar Mövsümov
“Cənab prezidentin sədliyi ilə keçirilən ilin 6 aylığ yekunlarına dair müşavirədə bildirildi ki, 2,5 faiz azalma müşahidə olunub. Bu ürəkaçan olmasa da o qədər pis göstərici deyil. Pandemiyanı başa vurduqdan sonra biz itirilən imkanı bərpa edəcəyik.
Büdcəyə dəyişikliklə bağlı müzakirələr gedir. Büdcə icrasında hər hansı çətinlik yoxdur. Büdcənin gəlir hissəsi profisitlə icra edilib. Ona görə kəskin dəyişiklik edilməsinə ehtiyac yoxdur”.
Tarix: 20-07-2020, 21:25
Xəbəri paylaş



Xəbər lenti