"Araz Supermarket"in İdarə Heyətinin sədri məhkəmə qarşısında: Əmək qanunvericiliyi pozulub - FOTO



"Araz Supermarket" MMC-nin qanuni təmsilçisi, eyni adlı mağazalar şəbəkəsinin İdarə Heyətinin sədri Rəşad İbrahimova inzibati protokol yazılıb.
Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.4-ci (İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.
R.İbrahimov protokoldan şikayət verib. İş Nəsimi Rayon Məhkəməsinin hakimi Anar İbadzadənin icraatındadır.
Xatırlatma: 2024-cü ilin yayında isə protokol İnzibati Xətalar Məcəlləsinin 555.1-ci (İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edilmişdi.
Qeyd: "Araz Supermarket" MMC tanınmış işa adamı Aydın Talıbovun rəhbərlik etdiyi "Veysəloğlu Qrup"a daxildir (pravda.az). 

Tarix: 25-10-2024, 10:06
Xəbəri paylaş



Xəbər lenti