Ölkədən çıxarılan pulun mübahisəsi - KATV1-in sahibinə yazılan protokola bu tarixdə baxılacaq

KATV1 kabel televiziyası operatorunun sahibi kimi tanınan “AG Telecom” MMC-yə yazılan inzibati protokola baxılacaq tarix açıqlanıb.

 

Pravda.az-ın xəbərinə görə, sənədə Yasamal Rayon Məhkəməsinin hakimi Rauf Daşdəmirovun sədrliyi ilə oktyabrın 29-da baxılacaq.

 

Xatırlatma: Mərkəzi Bank protokolu İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.

 

Qeyd: “AG Telecom” 2005-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 20 manatdır və qanuni təmsilçisi Samir Qurbanovdur.

Tarix: 17-10-2024, 14:29
Xəbəri paylaş



Xəbər lenti