Kəmaləddin Qafarovun biznes imperiyası: Deputatın hansı şirkətləri var?




Azərbaycan qanunvericiliyi deputatın biznes fəaliyyəti ilə məşğul olmasını qadağan edir. Lakin buna baxmayaraq, bəzi deputatlar bunu görməzdən gəlir.  

Qaynarinfo xəbər verir ki, belə deputatlardan biri də Kəmaləddin Qafarovdur.

Kəmaləddin Qafarov artıq üç çağırışdır ki, deputatdır. O, birinci dəfə 2015-ci ildə deputat seçilib. Parlamentdə 9 saylı Binəqədi ikinci seçki dairəsini təmsil edir.

O, deputat seçilməzdən əvvəl Milli Onkologiya Mərkəzinin (MOM) baş direktor müavini vəzifəsində çalışıb. Paralel olaraq biznes fəaliyyəti ilə məşğul olub.

Mediada gedən məlumatlardan aydın olur ki, Kəmaləddin Qafarovun biznes imperiyası əczaçılıqdan tutumuş tikinti sahəsinə qədər əksər gəlirli sektorları əhatə edir. Deputatın əsas biznes subyektlərindən biri "Azəru Med" Qapalı Səhmdar Cəmiyyətidir (QSC). Bu şirkət adına əsasən dövlət satınalmalarında rast gəlinir. Tibbi ləvazimatlar və avandanlıqlarını satışını həyata keçirən "Azəri Med" QSC əsasən MOM-un tenderlərini qazanır. Şirkətin qazandığı tenderlər üzrə satınalma müqavilələrinin maliyyə dəyəri adətən milyonlarla manat olur.


Bundan başqa, "Azeri Med" "Tibbi Market"i ləvazimatlar və avadanlıqlarla təzhiz edir. Deputat indiyədək bu iddiaları təkzib etməyib.

Bakıda fəaliyyət göstərən "Versal Palace" şadlıq sarayının da deputata məxsus olduğu bildirilir. Şadlıq sarayı "Versal Palace" MMC kimi vergidə qeydiyyatdadır. Bu MMC-nin qanuni təmsilçisi Qafarov Cəlaləddin Nəsrəddin oğludur. Bu şəxs Kəmaləddin Qafarovun qardaşıdır.

Depuata aid edilən başqa şirkətlər də var. Bunlar "Versal Palace" MTK, "Kanon" MMC,"Shafran" MMC, "Avestafarm" MMC, "Mega Pharmacy" MMC, "Naturalist" Fərdi Firması, "Helios Paharma" MMC və "Salidont LTD"-dir. Son iki şirkət Azərbaycandan kənarda yaradılıb.

Sentyabr ayında keçirilən parlament seçkiləri ərəfəsində oliqarx deputatların, o cümlədən Kəmaləddin Qafarovun seçkiyə buraxılmayacağı barədə məlumatlar yayılmışdı. Bu məlumatlar özüün doğrultmasa da, bunun biznesmen deputatlar üçün son seçki olduğu deyilir.

Tarix: 16-10-2024, 21:58
Xəbəri paylaş



Xəbər lenti