
Ermənistan xarici işlər naziri Zoqrab Mnatsakanyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Baş katibi Stanislav Zasa zəng edib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, rəsmi Yerevan təmas xəttində baş verən silahlı toqquşmalarla bağlı hərbi blokun Baş katibinə qərəzli məlumatlar verib.
“Zoqrab Mnatsakanyan KTMT-a üzv ölkəyə qarşı bu cür hərəkətlərin yolverilməz olduğunu vurğulayıb. Hazırda KTMT Baş katibi ilə daimi əlaqə saxlanılır”-deyə məlumatda deyilir.
Tarix: 13-07-2020, 10:55