Tərtərdə “Bakı–Xankəndi” Azərbaycan velosiped yarışının keçiriləcəyi marşrut üzrə abadlıq işləri davam etdirilir


Tərtər rayon İcra Hakimiyyətinin və rayon Polis şöbəsinin birgə təşkilatçılığı ilə Ümumilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Bakı–Xankəndi” Azərbaycan beynəlxalq velosiped yarışının 14 may 2026-cı il tarixdə Tərtər şəhərindən start götürəcək 5-ci mərhələsinin keçəcəyi Tərtər-Ağdam avtomobil yolunun Düyərli kəndi ərazisində vətəndaşlar tərəfindən yol kənarlarına yığılmış dəmir tullantılar daşınıb, ərazidə abadlıq işləri aparılıb. 

Yolboyu infrastrukturun müasirləşdirilməsi ilə yanaşı, estetik görünüşün yaxşılaşdırılması məqsədilə kompleks tədbirlər görülür.  

Həyata keçirilən tədbirlər rayonun simasının daha da gözəlləşdirilməsinə, vətəndaşlar üçün rahat mühitin yaradılmasına və estetik zövqün formalaşdırılmasına xidmət edir.

 

Tarix: Dünən, 22:22
Xəbəri paylaş



Xəbər lenti