Tərtər Rayon İcra Hakimiyyətinin başçısı 2 fevral – Azərbaycan Gənclər Günü münasibətilə rayonda keçirilən rəsm sərgisi və əl işi müsabiqəsində fərqlənən məktəblilərlə görüş keçirib


Görüşdə Tərtər rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin “Bacarıqlı əllər” dərnəyinin üzvləri Abbaslı Ayan Sərdar qızı, Allahverdiyeva Mahirə Tural qızı, Teymurlu Sevgi Teymur qızı, Tərtər şəhəri Rafiq Nuriyev adına 6 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Məmmədli Yusif Elgün oğlu və Tərtər rayon Poladlı kənd Ələddin Qəribov adına ümumi orta məktəbin şagirdi Hacızadə Yağmur Ceyhun qızı, eləcə də onların müəllimləri iştirak ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı çıxış edərək bildirib ki, məktəblilərin bilikli, vətənpərvər və yaradıcı ruhda formalaşması dövlətin əsas prioritetlərindəndir. Qeyd olunub ki, şagirdlərin incəsənət və yaradıcılıq sahəsində qazandıqları nailiyyətlər onların istedad və zəhmətinin nəticəsidir. İcra başçısı vurğulayıb ki, bu cür müsabiqələr məktəblilərin bacarıqlarının üzə çıxarılmasında, asudə vaxtlarının səmərəli təşkilində və gələcəkdə peşə seçiminə düzgün istiqamətlənmələrində mühüm rol oynayır. O, şagirdlərə dərslərində daha yüksək nəticələr əldə etməyi, daim öz üzərlərində çalışmağı və əldə etdikləri uğurlarla rayonumuzu layiqincə təmsil etməyi tövsiyə edib.

Görüş zamanı məktəblilər və müəllimlər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnnətdarlıqlarını bildiriblər.

Sonda müsabiqədə fərqlənən məktəblilərə Tərtər Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı təqdim olunub.


Tarix: 10-02-2026, 21:24
Xəbəri paylaş



Xəbər lenti