
Şəmkir Rayon İcra Hakimiyyəti 2025 ci ilin əvvəllərindən Tender elan edərək, rayonda təmir-tikinti işlərinə, abadlıq işlərinə, yolların təmirinə və s. işlərə maliyyə əldə edibdir.
Xatırladaq ki, Şəmkir Rayonunun sabiq Meri Təmir-tikinti, yolların asfaltlanmasına, rayonda abadlıq işlərinin görülməsi üçün ayrılan Tenderi mənimsəyərəq, Dövlət qulluğu mövqeyindən istifadə, çirkli pulların yuyulması, təkrar rüşvər əldə etməkdə təqsirli bilinərək, Baş Prokurorluğun Korrupsiya İdarəsi rayonda əməliyyat aparmışdı.
Belə ki, o zamanlarda rayona ayrılan Tenderin maliyyəsini əldə edərək, Dövlət pulunu mənimsəmədə, təksirli bilinən mer, rayonda üç küçənin asfaltlanmasının, təmir-tikinti işlərinin , asfalt örtüyünə ayrılan Tenderləri, maliyyəni, çirkli pulların yuyulmasında əsas rol oynamışdı.
Bu gün rayonda heç nə elə bil dəyişməyibdir. Rayona yeni mer təyin olunan da, güman etdik ki, rayonda abadlıq işləri, təmir-tikinti işləri, asfalt örtüyünə ayrılan Tenderlər öz əksini tapacaqdır. Milyonlar ayrılan Şəmkir Rayonuna baxanda quru baxış, soyuq görünüş, sakit sükut öz davamındadır.
Hər il rayona ayrılan Tenderlər, maliyyə əldə olunsada, fakt hansı işlərə xərclənməsi sual doğurur.
Axı hər il yol çəkilişinə, abadlıq işlərinə, rayonda təmir-tikinti işlərinə maliyyə ayrılacaq, amma ilin sonunda hesabat olmayacaq ki, görülən işlər budur.
Hesablama Palatası, Maliyyə Nazirliyi və aidiyyəti orqanlara müraciət edərək, Şəmkir Rayonuna son bir ildə Tenderlərin maliyyəsi yoxlanılsın. Mövzuya qayıdacayıq. Şəmkir Rayonun 2025 ci ildə əldə etdiyi Tenderləri təqdim edirik.
ŞƏMKİR KOMMUNAL MÜƏSSiSƏSi KOMBİNATI
“APO RM GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti
Yaşıllaşdırma sahələri üçün maşın və avadanlıqların satın alınması
Məbləğ: 124.844 AZN
ŞƏMKİR RAYON İCRA HAKİMİYYƏTİ
“İNTERMAK GROUP” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
Kommunal təyinatli texnikanın satın alınması
Məbləğ:102.000 AZN
ŞƏMKİR KOMMUNAL MÜƏSSİSƏSİ KOMBİNATI
“LEADS GROUP SUPPLY” Məhdud Məsuliyyətli Cəmiyyəti
Abadlaşdırma işləri ilə əlaqədar mal- materialların satın alınması
Məbləğ:142.000,02 AZN
ŞƏMKİR KOMMUNAL MÜƏsSiSƏSi KOMBİNATI
“İNTERMAK GROUP” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
Avtomobil nəqliyyat vasitələrinin satın alınmasi
Məbləğ:77.000 AZN
ŞƏMKİR RAYONU İCRA HAKİMİYYƏTİBAŞÇISININ
ŞƏMKİR ŞƏHƏR İNZİBATİ ƏRAZİ DAiRƏSİ ÜZRƏ NÜMAYƏNDƏLİYİ
“AZFEN-TTQ” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
Şəmkir şəhərindən abadliq işlərinin satın alınmasI
Məbləğ:996.155,17 AZN
SƏMKİR RAYONU İCRA HAKiMİYYƏT BAŞÇISININ
ŞƏMKİR ŞƏHƏR İNZİBATİ ƏRAzi DAÏRƏSİ ÜZRƏ NÜMAYƏNDƏLİYİ
“LİDER-LİNE” MƏHDUD MƏSULİYYƏTLİ CƏMiYYƏTi
Şəmkir Mənzil istismar Kontorunun balansında olan, Şəmkir rayonu Təzəkənd kəndində yerləşən binaların dam örtüklərinin əsasll təmiri işlərinin satın alınması
Məbləğ:54.039,28 AZN
ŞƏMKİR KOMMUNAL MÜƏssisəsi KOMBİNATI
“XTREME DETAILING” Məhdud Məsuliyyətli Cəmiyyəti
Nəqliyyat vasitələrinin cari təmiri və sürtkü materiallarının satınalınması
Məbləğ:27.691,94 AZN
ŞƏMKİR RAYON iCRA HAKİMİYYƏTİ
“ADMEDiA.AZ” MƏHDUD MƏSULİYYƏTLi CƏMİYYƏTİ
Şəmkir rayonunda dövlət bayramları VƏ digər əlamətdar günlərlə bağlı tədbirlərin keçirilməsi üçün zəruri olan malların satın alınmasi
Məbləğ:149.934,93 AZN
Gəncə Azər
