Astarada icra hakimiyyətinin çətiri altında YAŞIL TERROR - İş araşdırılır, amma...



"Astaranın Ojakəran kəndi yaxınlığındakı 2 hektarlıq meşəlik ərazidə bir sahibkar feyxoa bağı salmaq adı ilə fürsət düşdükcə meşə ağaclarını kəsir. Ərazidə əkilmiş feyxoa ağacları başqa yerə köçürülməlidir, çünki ora feyxoa bağı yeri deyil, meşə fondu ərazisidir..." "DİA-AZ" xəbər verir ki, bu barədə yerli sakinlər həyəcan təbili çalır.Onlar daha sonra bildirirlər: "Buradan aidiyyəti qurumlara müraciət edirik: Sözügedən qanunsuz fəaliyyətə yol verən həmin sahibkarı cəzalandırın, feyxoa ağaclarının ərazidən çıxarılaraq başqa yerə köçürülməsini təmin edin. Əks halda, onları özümüz kökündən çıxarmağa məcbur olacağıq. Bu barbarlığa dərhal və birdəfəlik son qoymaq lazımdır.Unutmayaq ki, sözügedən ərazi UNESCO-nun təbii irs siyahısına daxil edilmiş Hirkan meşələrinin bir hissəsidir. Artıq neçə ildir ki, həmin sahibkar burada meşə ağaclarını məhv edərək feyxoa bağı genişləndirməyə çalışır. Palıd və digər ağacların budaqları kəsilir ki, feyxoa bağına gün düşsün və inkişaf etsin.Bir neçə il əvvəl bu məsələ ilə bağlı kampaniya apararaq əlavə ağacların qırılmasının qarşısını ala bilmişdik. Təəssüf ki, proses bir neçə gün əvvəl yenidən başlayıb.Ağacların gövdəsini deşib içinə kimyəvi maddə tökən, qabığını soyaraq onları qəsdən məhv edən sahibkar barədə ciddi tədbirlər görməyin vaxtıdır...""DİA-AZ"bildirir ki, artıq baş verən olayla bağlı müvafiq qurumların hərəkətə keçdiyi bildirilsə də, bu da yetərli deyil.

Bununla bağlı sakinlərin məsələyə reaksiyasında qeyd olunur ki, Astaranın Ojakəran kəndində baş verən ekoloji cinayəti yenidən ört-basdır etməyə çalışırlar.Sakinlərin müraciətində deyilir: "Astara Rayon İcra Hakimiyyəti əvvəlki paylaşımımıza şərh edərək məlumatı qərəzli adlandırıb və hətta şəhid anasının adından belə sui-istifadə edib (yuxarıdakı şəklə baxın). Bu, açıq-aşkar hörmətsizlik və ləyaqətsizlikdir.Bildirək ki, həmin meşəlik ərazini zəbt edib feyxoa bağı salan sahibkarın ailə üzvləri uzun illərdir icra hakimiyyətində yüksək vəzifələrdə çalışırlar. Elə icra hakimiyyətinin paylaşımından da aydın görünür ki, bu insanlar qurumu şəxsi maraqlarına alət ediblər.Qeyd edək ki, Daxili İşlər Nazirliyinin əməkdaşlarından biri şərhlərdə bildirmişdi ki, məsələ ilə bağlı cinayət işi açılıb. Lakin icra hakimiyyətinin paylaşımı məsələnin əksinə, ört-basdır edilməsinə işarə edir.Ekologiya və Təbii Sərvətlər Nazirliyi – axırıncı paylaşımımızdan sonra əməkdaşlarınız əraziyə baxış keçirdi və yeni kəsilmiş 9 iri diametrli ağac aşkar etdi. O ağacların aqibəti necə oldu?"
Tarix: Dünən, 09:46
Xəbəri paylaş



Xəbər lenti