"Konstitusiya və suverenlik ili -2025": Mülkü şəhid Həsən Məmmədovun ailəsi ziyarət olunub


“Konstitusiya və Suverenlik İli” çərçivəsində  Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatı Anar Məmmədov, Neft-Kimya Prosesləri İnistitutunun direktoru, akademik Vaqif Abbasov və YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə Qaynaq kəndində Vətən müharibəsinin mülki şəhidi Məmmədov Həsən Asif oğlunun ailəsində olub, ailənin qayğıları ilə maraqlanıblar.

Görüşdə onlar şəhid və qazilərin qəhrəmanlıqlarından söhbət  açıb və bildirib ki, bu gün onların qanı-canı bahasına torpaqlarımız işğaldan azad olub, suverenliyimiz bərpa edilib.

Qeyd edək ki, mülki şəhid Həsən Məmmədov 1981-ci ilin fevral ayının 1-də Tərtər rayonunun  Qaynaq kəndində anadan olub. Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Tərtər şəhərində yerləşən mülki yaşayış məntəqələrini, döyüş sahəsindən uzaqdakı mülki obyektləri ağır silahlardan atəşə tutması nəticəsində  6 oktyabr tarixində Azad Qaraqoyunlu kəndinin yaxınlığına düşən artilleriya mərmisi nəticəsində şəhid olub. Tərtərdə rayonunun Qaynaq kəndində dəfn olunub.

Ailəli idi. 3 övladı yadigar qalıb, hər üçü də tələbədirlər.

Ailənin böyük qızı Arzu və bacısı Pərizad Xəzər Univertsitetində təhsil alırlar. Zamiq isə  bu il ıx sinfi bitirdikdən sonra Ağdam Dövlət Sosial İqtisadi Kollecinə daxil olub.

Pərizad hazırda Akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda təcrübə keçir. İnstitutun direktoru, akademik Vaqif Abbasov Pərizada institutun “Üzvü birləşmələrin və neft məhsullarının spectral üsullarla tədqiqi” labaratoriyasında aparılan elmi-tədqiqat işlərində fəal iştirakına və yüksək akademik göstəricilərinə görə 01.10.2025-ci il tarixdən 30.09.2026-cı il tarixə kimi akademik Y.H.Məmmədəliyev adına təqaüd sertifikatını təqdim edib.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.


Tarix: Bu gün, 09:29
Xəbəri paylaş



Xəbər lenti