Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun sədrliyi ilə keçirilən müşavirədə, YAP rayon təşkilatının sədri Eldar Əsədov, rayon icra hakimiyyəti başçısı aparatının əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri, İƏD üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak ediblər.
Müşavirədə “Konstitusiya və Suverenlik ili” ilə bağlı Tədbirlər Planının icrasının təmin edilməsi, vətəndaş müraciətlərinə müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq operativ surətdə baxılaraq vətəndaş məmnunluğunun təmin olunması, şəhid və qazi ailələrinin problem və sosial qayğılarının öyrənilib həlli istiqamətində müvafiq tədbirlərin görülməsi, DNİS üzrə tapşırıqlarin icra vəziyyəti, bələdiyyələr tərəfindən vergilərin yığılması, əhali arasında daşınmaz əmlaklarının sığortalanması üçün maariflənmə işlərinin aparılması, şöbələr üzrə verilmiş tapşırıqların icra vəziyyəti, yerlərdə səyyar qəbulların təşkili, rayon ərazisində aparılan tikinti işlərinin mövcud qanunvericiliyin və şəhərsalma-arxitektura tələblərinə uyğun təmin edilməsi, əkin sahələrinin suvarılmasında növbəlliyin təmin edilməsi, aqrar sahədə aparılan mövsümi işlər, pambığın suvarılmasının vəziyyəti və yığıma hazırlıq işlərinin aparılması, Tərtər şəhərində, o cümlədən bütün yaşayış məntəqələrində, yolkənarı ərazilərdə təmizlik-abadlıq işlərinin görülməsi, rayon ərazisində şəhidlərin xatirəsinə ucaldılmış abidələrinin, bulaqların və qəbiristanlıqlarda şəhid məzarların ətrafının təmizlənməsi, şəhid ailələrinin ziyarət olunması və onların sosial problemlərinin həllinə köməklik göstərilməsi, vətən müharibəsinin 5-ci ildönmü münasibətilə ağacəkmə aksiyalarının keçirilməsi və yas mərasimlərində ehsanın sadələşdirilməsi ilə bağlı vətəndaşlarla marifləndirici söhbətlərin aparılması məsələləri müzakirə olunub.
Müzakirə olunan məsələlər barədə başçının birinci müavini Elvin Umudov, YAP rayon təşkilatının sədri Eldar Əsədov, Tərtər RİH başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev, Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Murad Zeynalov, rayon təhsil sektorunun müdiri Oktay Sarıkişiyev, rayon Statistika İdarəsinin rəis əvəzi İradə Rəfiyeva, Qarabağ Regional Mədəniyyət İdarəsinin Tərtər rayonu üzrə nümayəndəsi Ceyhun İsmayılzadə çıxış ediblər.
Rayon rəhbəri tərəfindən müzakirə olunan məsələlər barədə aidiyyəti şəxslərə müvafiq tapşırıq və tövsiyələr verilib.