Qazax İcra başçısının "sevimli" küçələri var - Qazaxda eyni yollar 2 il sonra yenə təmir olunur

Qazax Rayon İcra Hakimiyyəti tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.


Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, müsabiqənin qalibi “Azərtranss” MMC (VÖEN – 4200338081) olub.


Qeyd edək ki, İcra Hakimiyyəti Qazax şəhərində Bakı və Əliağa Şıxlinski küçələrində yolların əsaslı təmiri işləri üçün “Azərtranss” MMC-yə 674 min 949 manat 5 qəpik ödəyəcək.


Qazax İcra başçısının "sevimli" küçələri var - Qazaxda eyni yollar 2 il sonra yenə təmir olunur

Tender müsabiqəsində diqqət çəkən məqam odur ki, Qazax şəhərində təmir olunması nəzərdə tutulan Bakı və Əliağa Şıxlinski küçələrində cəmi 2 il əvvəl təmir işləri həyata keçirilib.


Xatırladaq ki, 2023-cü ilin 11 iyul tarixində Qazax rayon İcra Hakimiyyətinin açıqladığı məlumatda adı keçən küçələrdə təmir işlərinin həyata keçirildiyi göstərilib.

Tarix: Dünən, 22:51
Xəbəri paylaş



Xəbər lenti