Xaçmazda “yaşıl soyqırımı” davam edir: İcra başçısının gözü “yaşıl”da, yoxsa “yaşılda”? - FOTO


Xaçmazda “yaşıl soyqırımı” davam edir: İcra başçısının gözü “yaşıl”da, yoxsa “yaşılda”? - FOTO
"DogruXeber.az" bildirir ki, Xaçmaz şəhərinin mərkəzi küçələrindən biri – Nərimanov küçəsi hazırda sözün əsl mənasında “yaşıl terrorun” qurbanına çevrilməkdədir. Hər gün “yaşıl enerji”, “ekoloji layihələr”, “ağacəkmə aksiyaları” barədə pafoslu bəyanatlar verən yerli məmurlar özləri tam əksi ilə məşğuldurlar – yəni “yaşıl məhv etmə aksiyası”...

Şəkildə gördüyünüz bu ağac – bəli, düz görürsünüz – artıq “planlı şəkildə qurban seçilmiş” növbəti ağacdır. Sakinlərin verdiyi məlumata görə, bu kimi ağacların dibinə aylarla sabunlu, köpüklü su tökülür ki, tədricən qurusun. Qanunsuz ağac kəsimini "qanuni mülkiyyətə çevirməyin" ən sadə yolu da budur: əvvəl qurut, sonra de ki, "zərərverici idi", sonra da o sahəni obyekt tikmək adıyla sat.

Bütün bunlar isə sözsüz ki, Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və onun “sakit və səssiz komandası”nın nəzarəti altında baş verir. Hər dəfə mətbuat sorğularına "məlumatımız yoxdur", "araşdırılır", "bizi yalanla ittiham etməyin" cavabını verən məmurlar, bu ağacların kökündəki "köpük izi"ni niyə görmürlər?

“Kəsilmiş ağacların yerində yeni biznes cücərir...”

Ağaclar quruyandan sonra yerində peyda olan obyektlər isə təsadüfən yaranmır. Obyektlərin sahibi kim olur? Bunu soruşan jurnalistə cavab verilmir. Amma Xaçmaz küçələrində yeni yaranan obyektlərin çoxunun ya başçının qohumuna, ya da yaxınlarına aid olması "məchul sual" kimi görünmür."

Bu prosesdə həm də vətəndaşların hüquqları, ekoloji mühitin qorunması, şəhərin abadlığı və ya estetik görüntüsü tamamilə heçə sayılır. Sakinlərin şikayəti ilə deyil, yalnız “obyekt planlaması” ilə idarə olunan şəhər modeli artıq Xaçmazda normaya çevrilib.
Elnur Rzayevin rəhbərlik etdiyi yerli icra strukturu, sanki əkoloji cinayətlər üçün bir "əlverişli iqlim zonası" yaradıb. Bu gün ağac kəsən sabah orman da doğrayar – deyirlər. Amma görünür, bu gün ağac doğrayan, sabah yerini doğmalarına "hədiyyə" edir.

Əgər ekologiya və ətraf mühitin mühafizəsi Prezidentin xüsusi diqqətindədirsə, bəs görəsən Elnur Rzayev və komandası hansı “toxunulmazlıq silahına” güvənərək şəhəri daş-beton bloklara çevirir? Suallara cavab verən yoxdur, amma cavab tələb edənlər getdikcə çoxalır...

"DogruXeber.az" xəbər verir ki, məsələ ilə bağlı aidiyyəti qurumlara – Ekologiya Nazirliyi, Baş Prokurorluq və Kənd Təsərrüfatı Nazirliyinə rəsmi sorğular hazırlanmaqdadır.

Biz izləyirik. Ağacları qurutmaq asandır, amma haqqı boğmaq mümkün deyil.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Xaçmazda “yaşıl soyqırımı” davam edir: İcra başçısının gözü “yaşıl”da, yoxsa “yaşılda”? - FOTO

Xaçmazda “yaşıl soyqırımı” davam edir: İcra başçısının gözü “yaşıl”da, yoxsa “yaşılda”? - FOTO

Xaçmazda “yaşıl soyqırımı” davam edir: İcra başçısının gözü “yaşıl”da, yoxsa “yaşılda”? - FOTO

Xaçmazda “yaşıl soyqırımı” davam edir: İcra başçısının gözü “yaşıl”da, yoxsa “yaşılda”? - FOTO

Xaçmazda “yaşıl soyqırımı” davam edir: İcra başçısının gözü “yaşıl”da, yoxsa “yaşılda”? - FOTO

Xaçmazda “yaşıl soyqırımı” davam edir: İcra başçısının gözü “yaşıl”da, yoxsa “yaşılda”? - FOTO



Tarix: 16-07-2025, 11:43
Xəbəri paylaş



Xəbər lenti