Göyçay peşə liseyində nə baş verir? – rüşvətxor qrupun direktorluq iddiası hansı məqsədlərə xidmət edir!

Hefteaz.com saytı  aylardı Göyçay peşə liseyində baş verən olaylarla bağlı araşdırma apararkən məlum olub ki, peşə liseyin keçmiş rəhbərliyi ilə əlbir olan bir qrup liseyin rəhbərliyinə aid şəxslər liseyin direktor vəzifəsini icra edən G. Əhmədovaya qarşı şər-böhtan kampaniyası aparırlar. Hətta vəziyyət o həddə çatıb ki, bu şantajçı qrup direktor əvəzi G. Əhmədovanın məzuniyyətdə olmasından sui-istifadə edərək  kollektivin bəzi əmkdaşları ilə birgə peşə liseyinin həmkarlar ittifaqı adından toplantı keçirərək saxta akt tərtib etmişlər.
Məlum hadisələrlə bağlı Həmkarlar ittifaqlarının keçirdiyi saxta iclasda cəmi 6 nəfər ərizəçi-şikayətçi qadın müəllimə olub. Saytımızın apardığı araşdırmadan belə məlum olur ki, bu toplantı şousunu həyata keçirən şantajçı qrupun gücü cəmi həmin günahsız, heç nədən xəbəri olmayan 6 xanım işçiyə çatıb ki, onlarıda 
müxtəlif yollarla ya ailəsini çağırmaqla, ya işdən çıxarmaqla təhdid və şantaj edərək, hədələyərək, həmin ərizələri, izahatları yazdıraraq, iclasın protokolu yalan və saxta məlumatlarla doldurularaq tərtib ediblər.


Sual olunur: O xanımların günahı nə idi?
Xanım direktora olan hörmət və ehtiramları idi sizə batan?
Bu necə vicdansızlıqdır? Hefteaz.com saytı peşə liseyində baş verən bu cür böhtançı oyunlarla bağlı kollektivin müəllim və tələbə kollektivi arasında rəy sorğusu keçirmiş və məlum olmuşdur ki,


İllərdir çürük diş kimi Göyçay Peşə Liseyində qalan 1-2 savadsız, əsassız şər-böhtanla, vicdansızlıqla məşğul olan 1-2 kadr vardır ki, bu gün Peşə Təhsili üzrə Dövlət Agentliyinin tələblərinə uyğun olaraq, liseyin inkişafına öz töhfələrini vermək istəyən, yeniliklərə açıq olan, liseydəki təhsilin keyfiyyətinin artırılmasına xidmət edən, liseyin əsaslı təmirinə çalışan, “Açıq qapı”, “Liseyin 90 illik yubileyi” və digər tədbirlərdə can qoyan Peşə Təhsili üzrə Dövlət Agentliyinin keçirdiyi işə qəbul müsabiqə və müsahibəsindən uğurla keçərək 3 ildir şəffaf şəkildə fəaliyyət göstərən savadlı xanım direktora şər-böhtan, iftira atmaqdan yorulmayıblar!
Ona görə də rəy sorğusunda iştirak edən müəllim və tələbələr saytımız vasitəsilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi, sizdən xahiş edir ki, peşə təhsilinə bir əsgər kimi öz xidmətlərini göstərən bu savadlı xanım direktoru ləkələyərək işindən çıxarılmasına icazə verilməməsini xahiş etməklə yanaşı, şər-böhtan kompaniyası quran bir qrup lisey əməkdaşlarının cəzalandırılmasını tələb edirlər.
Acınacaqlısı budur ki, bu azğınlaşmış insanlar o qədər irəli gediblər ki, ən son variant olaraq, xanım direktoru liseydən qovmaqla, sağlamlığına zərər yetirməklə hədələyirlər.

Mövzu diqqətimizdədir

 Hefteaz.com
Tarix: 8-05-2024, 21:51
Xəbəri paylaş



Xəbər lenti