Bura xəstəxanadır, yoxsa BAZAR? - İTTİHAM
Ölkə səhiyyəsi nə gündədir hamıya məlumdur.
İkicə faktı qeyd etmək yetər ki, səhiyyəmizin bərbad durumu aydın olsun.
Birincisi, həkimin xəsətənin sağ ayağı əvəzinə sol ayağını kəsməsi dünyada görünməyən bir rüsvayçılıqdır.
İkincisi, 2-3 ay əvvəl Biləsuvar Mərkəzi Xəstəxanasında həkimin xəstənin kor bağırsağı əvəzinə nazik bağırsağını kəsməsinin yəqin ki, dünyada analoqu yoxdur.
Bütün bunlar ortada ola-ola təzə qurumlar yaradırıq.
Onlardan biri də TƏBİB-dir ( Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ).
TƏBİB deyən kimi adamın yadına klassik şairlərimizdən birinin misrası düşür...
TƏBİB-im gəl, edək çarə...
İndi görək, adına TƏBİB dediyimiz qurum nəyəsə yarayırmı ?
Məlumdur ki, 2 ay öncə TƏBİB-in sədri Ramin Bayramlı guya öz ərizəsi ilə tutduğu vəzifədən istefa verdi.
Bir soruşan olmadı ki, bu adam necə təyin olunmuşdu, niyə işləyə bilmədi, niyə istefa verdi..?
Və tələm-tələsik onun yerinə Vüqar Qurbanovu təyin etdilər.
Düzdür Ramin Bayramlı vəzifəsindən getsə də onun kadrları hələ də qalmaqda davam edir.
Onu da qeyd edək ki, Ramin Bayramlı TƏBİB-ə sədr təyin olunanda bəlkə də gündə 3-4 əmr verirdi, müxtəlif rayon xəstəxanalarının baş həkimini dəyişir, direktor təyin edir, sanki əlinə düşmüş fürsətdən istifadə edib dost-tanışı vəzifələrə doldururdu...
Onlardan biri də Salyan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Qasımov Ramin Əjdər oğludur.
Məlumatlı mənbənin dediyinə görə, görüşlərin birində Ramin Bayramlı adaşı Ramin Qasımova deyib ki, adaş, yaxın zamanda səhiyyə naziri olacam, get Salyanda 5-6 ay vaxtını keçir, qalanı mənlikdir...
Bəli, bu gənc kadrların əsas işi vaxt öldürmək və daha böyük vəzifələrə can atmaqdır..
Beləcə, Ramin Bayramlı vəzifəsindən getsə də onun kadrı Ramin Qasımov hələ də Salyan rayon Mərkəzi Xəstəxanasının baş həkimi kimi vaxtını öldürür.
Əslində Salyan Rayon Mərkəzi Xəstəxanasında vəziyyət kritik həddə çatıb.
Bu xəstəxana ilə bağlı sosial şəbəkələrdə yazılanlardan bəlli olur ki, xəstəxanada vəziyyət çox iyrəncdir, antisanitariya baş alıb gedir, həkimlər dilənçi kimi xəstələrin əlinə baxır. Hətta xəstəxanada liftlər pulladır. Bəli, yuxarı qalxıb, aşağı enmək istəyən hər kəs liftdə oturan şəxsə 30 qəpik lift pulu verməlidir.
İndi özünüz təsəvvür edin vəziyyəti.
Xəstəxananın həyətində xəstələrə süd, qatıq satmaq istəyənlər var. Başa düşmək olmur ki, bura xəstəxanadır, yoxsa bazar ?
Ümumiyyətlə, Salyan Mərkəzi Xəstəxanasında əlillik dərəcəsinin verilməsi ilə bağlı rüşvət halları son həddə çatıb. Kimin pulu varsa, verib özünə əlillik dərəcəsi alır.
Hətta bununla bağlı, yəni həkimlərin qanunsuz əməlləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Salyan Mərkəzi Xəstəxanasının əməkdaşları barəsində cinayət işi də açıb.
Məsələ, təkcə əlillik dərəcəsi ilə bitmir.
Salyan Mərkəzi xəstəxanasında satınalmalar, tenderlərlə bağlı ciddi qanun pozuntuları və mənimsəmələr var.
Təkcə tibbi avadanlıqların alınmasına 50 min manata yaxın pul köçürülüb.
Bütün bunlar onu göstərir ki, Ramin gedir, o biri Ramin gəlir, amma vəziyyət dəyişmir.
Deməli, səhiyyə sahəsində ciddi islahatlara ehtiyac var. //gundelik-baku.com//
Tarix: 3-11-2021, 21:40
-
Bu gün, 23:02
Xəstələr dərmanları pulsuz nə vaxt alacaqlar?
-
Bu gün, 21:19
ŞOK İDDİA: "Atlant" İstirahət Mərkəzində istirahət kabusa çevrildi?
-
Bu gün, 20:38
Masallıda zibil poliqonundakı yanğın taxıl sahələrinə keçdi
-
Bu gün, 20:31
“İllərlə yaratdığım biznesi əlimdən aldılar” – Köhnə şəhərdə təzə oyunlar
-
Bu gün, 20:24
Maliyyə Nazirliyi Qarabağda Bərpa və Tikinti xidmətində yoxlamaya başladı
-
Bu gün, 17:16
“Arpa işi”ndə icra başçısı sakinlərə uduzdu
-
Bu gün, 17:12
Cəllabada QAZİLƏRİN dərmanlarını vermirlər... - "...bilərək ZÜLM EDİRLİR" VİDEO
-
Bu gün, 17:09
Zaur Mikayılovun ABSURD su idarəçiliyi SİSTEMİ - NARAZILIQ
-
Bu gün, 11:30
Tıxac, basabas olub, amma "get gips al" olmayıb - Buna da şükür...
-
Bu gün, 11:20
Azərbaycan Mərkəzi Asiyanın qərar masasındadır – Çolpon-Atada tarixi gün
-
Bu gün, 09:22
MƏTBUAT QAYĞISI, YOXSA AĞIZSUSPAYI? – İSMÂYILLIDA JURNALİSTLƏRƏ OLUNAN "JEST"İN PƏRDƏARXASI!
-
Bu gün, 09:13
34 Milyonluq Villa Satılmır: Unibank rəhbərinin Fransadakı dəbdəbəli mülkünə bir ildən çoxdur alıcı tapılmır
-
Dünən, 18:01
“Araz”ın 15 illiyinə həsr olunan rəsm müsabiqəsinin qalibləri mükafatlandırıldı
-
Dünən, 15:52
Nigara görə həkimlərə bu cəza verildi
-
Dünən, 15:38
İRANA CASUSLUQDA ŞÜBHƏLİ BİLİNƏN BRİTANİYA VƏTƏNDAŞI - Rəşad Sultanov saxlanılıb + FOTO
-
Dünən, 15:17
“İnsan həyatı üçün ciddi təhlükə var” -“Vital Hospital” bağlandı
-
Dünən, 15:10
“Nar”ın dəstəyi ilə inklüzivliyə dair real həyat hekayələri təqdim edilir
-
Dünən, 10:33
Ekspert: “Sərhədlərin bağlı qalması turist sayına mənfi təsir göstərir”
-
Dünən, 10:30
Məhkəmələr mediadan yazı sildirməyə başlayıb: yeni hüquqi praktika nə vəd edir?
-
Dünən, 10:20
Obyektləri qıfıllanan sahibkarların narahatlığı: Sənədlər təftiş olunur - VİDEO
-
Dünən, 10:16
Notarius həbs edildi - Külli miqdarda dövlət vəsaitini mənimsəyib
-
Dünən, 10:06
Gigiyena və Epidemiologiya Mərkəzi "SİNAM" MMC ilə "zerkalnı" müqavilə bağladı - Millionluq borcu var
-
Dünən, 10:04
Şəki xəstəxanasındakı 70 minlik xaos Prokurorluqda! – Kadr rəisi Tural Səfərovun işi araşdırılır
-
30-07-2026, 23:16
“Azercell” gizli şəkildə qiymətləri qaldırdı - SİYAHI
-
30-07-2026, 21:53
Yol istismar idarəsinin hesabına həbs qoyuldu - Direktoru Əliheybət Şirinovun oğludur
-
30-07-2026, 21:50
Ölkədə 2026-cı ilin ilk yarısında turizm sektorunda geriləmə, bəlkə də çökmə baş verib
-
30-07-2026, 21:47
Əmrullayevin kantoru nə etmək istəyir? - HƏQİQƏTƏN DƏ...
-
30-07-2026, 21:45
Ölkədə nikbin desək, iqtisadi durğunluq var, neft-qazın baha olması bizi hələ ki, vəziyyətdən çıxarır
-
30-07-2026, 13:57
Carlsberg Azerbaijan PepsiCo-nun Azərbaycanda bottleri olacaq
-
30-07-2026, 10:51
Azərbaycanda 90-a yaxın çimərlik var, cəmi yeddisi ödənişsizdir - Paytaxt sakinlərindən ŞİKAYƏT - VİDEO