Ramiz Zeynalovun DYP əməkdaşının biznes şəbəkəsindən xəbəri varmı?




 
Bir neçə gün əvvəl Aktualinfo.org Oğuz rayonun Bucaq kənd sakini Cabbarzadə Mikayıl Hikmət oğlu tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər naziri Vilayət Eyvazova ünvanlanmış müraciətini olduğu kimi oxuculara təqdim eymişdi.

Xatırladaq ki, şikayətdə əsas məsələ kimi M.H.Cabbarzadə qeyd edirdi ki, yenicə kreditlə alıb rayona gətirdiyi “İnfiniti Fx35” markalı, 99 DJ 447  dövlət nömrə nişanlı avtomobilini həmişə olduğu kimi, qayda pozmasa da belə yolda Oğuz rayonun DYP işçiləri saxlamış və adət üzrə polis çavuşu Cavadov Rəşad Abbas oğluna 5 manat pul verdikdən sonra evinə gəlmişdir. Lakin az keçməmiş polis çavuşu xidməti avtomobili ilə onun evinə gəlmiş və 5 manatın az olduğunu bildirmiş, avtomobilin içinə zorakılıqla soxularaq avtomobilin texniki pasportunu sürücünün əlindən alaraq aparmış və bildirmişdir ki, bu rəisin tapşırığıdır. Gəlib şöbəyə bizi görməsən avtomobili idarə edə bilməzssən!”. Əslən Qəbələ rayonundan olan yol polisinin bu qanunsuz hərəkətindən M.Cabbarzadə şikayət yazmağa məcbur olmuşdur. M.Cabbarzadənin məlumatına görə saytlarda şikayəti dərc etdikdən sonra 6 mart, səhər saatlarında Oğuz rayon Polis Şöbəsinin DYP rəisi, polis kapitanı Tahiq Qarayev, Polis Şöbəsinin rəis müavinləri və digər DYP əməkdaşları yaşadığım Bucaq kəndindəki evimizə gələrək and aman etməyə başlamışlar ki, bəs dünən, hadisə baş verən gün mən Tahir Qarayev rayonda olmamışam, çavuş Rəşad özbaşına mənim adımdan istifadə edərək polis işçisinə yaraşmayan formada sizə qarşı kobudluq etmiş, pul istəmiş və heç bir səbəb olmadan avtomobilin sənədini götürüb şöbəyə gətirmişdir. Əvvəlcə onlar rəisin dediklərinə inanmasalar da, Tahir müəllim yanımızdaca Rəşada zəng edərək ən ağır sözlərlə işçisinə yaraşan ifadələr işlətmiş, dişinin dibindən çıxan və Rəşadın şəxsiyyətinə uyğun gələn bütün sözləri demişdir. Sonda T.Qarayaev xahiş etmişdir ki, həqiqətən o rayonda olmayıbmış və telefonları da işləməyibmiş. Onun bu özbaşnalıqda heç bir günahı olmadığı üçün onun adının yazılan məqalədən çıxarasını xahiş etmişdir. Evimin qapısının ağzında 1 saat xahiş-minnətdən sonra söz verdik ki, işçiniz bir də belə özbaşnalıq etməsin, onun polis işçisinə yaraşmayan davranışları və özbaşnalıqları barədə tədbir görün. Razılaşdıq. Sənədimi də qaytarmağa söz verdilər. Amma aradan 4 gün vaxt keçməsinə baxmayaraq sənəd gəlib çıxmayıb.
Oğuz rayonunda çoxsaylı oxucularımızın marağına səbəb olan bu hadisədən sonra bizə Oğuz DYP əməkdaşı olan Rəşad Cavadov haqqında maraqlı məlumatlar verilməyə başladı. Əslən Qəbələ rayonundan olan Rəşad DYP sistemində işlədiyi bir neçə ildə özünə Oğuzda yaşayış evi tikdirmiş, 25000 manata yeni avtoyuma məntəqəsi almış, son 3 ildə isə Qəbələdə 70000 manata aldığı böyük taxta-kötük sexində də intensiv biznes işləri görməklə məşğuldur. Belə ki, Oğuz və Qəbələ meşələrində öz sexi üçün sifarişlə kəsdirdiyi palıd, fıstıq ağaclarının daşınmasına kimsənin mane olmaması üçün öz xidməti avtomobili ilə müşayət edərək qiymətli ağac materiallarıilə yüklənmiş URAL markalı avtomobili Qəbələdəki taxta sexinə sürdürür və burada emal etdirərək yarımfabrikant halında Bakı şəhərindəki parket sexlərinə göndərir. Məlumatlara görə o, bu biznesdən külli-miqdarda qanunsuz gəlir əldə edir. Doğrudur, onun sahib olduğu taxta sexi işlətdiyi enerji sərfiyyatına görə ayda ən azı 300-400 manat elektrik pulu versə də vergidən yayınır. Yəni bu adamın qanunsuz biznesinin dövlətə heç bir faydası yoxdur. Məlumata görə Rəşad həm də çox bacarıqlı biznesmendir. Digər məlumata əsasən Rəşadın taxta sexinin gecə gündüz işləməsi üçün onun materalla təmin edilməsini ETSN səlahiyyətlisi olan Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin müdiri Alim Əlizadə ilə gizli sövdələşməsi nəticəsində baş tutur. Doğrudur, son məlumata görə cənab Əlizadə meşələrdə Rəşad kimilər üçün qanunsuz kəsintiləri təşkil etdiyinə görə başlanmış yoxlamaları yola salmaq üçün müdir postuna keçdiyi 9 ay ərzində və yenicə aldığı, dəyəri 90000 manat olan, 99-211 dövlət nömrə nişanlı TAYOTA “Rang Rover” markalı ağ rəngli avtomobilini və dəyəri 120 000 manat olan, 2 qapılı son model “Pajero” markalı avtomobilini satışa çıxarmış, özü isə xidməti avtomobildən istifadə etmək zorunda qalmışdır. Ona görə də o, Rəşada və digər işbazlara məsləhət bilmişdir ki, hələlik taxta sexlərinin fəaliyyətinə bir az ara versinlər. Rəşad isə həm xidməti işində, həm də biznes fəaliyyətində demək olar ki, gecələr belə yatmır və daima hərəkətdədir. Son məlumata görə Rəşad DİN-nin BDYP-də işləyən maklerlərin köməkliyilə 1-2 aydan sonra iş yerini dəyişərək Xırdalan dairəsi yaxınlığındakı BDYPİ-nin “Ekologiya” postunda mühüm vəzifəyə təyinat alacaqdır. O bu vəzifəyə gəlmək üçün müəyyən vəsaitindən də keçib. Onu yaxından tanıyanlar isə bildirilər ki, Rəşadın dədəsi elə də imkanlı adam olmayıb. Amma bu polis çavuşunun yerli sakinlərin gözləri qarşısında dövlətdən aldığı 600 manat əməkhaqqı ilə sürətlə varlanmasının və mülklərə sahiblənməsinin sirrini kimsə hələlik bilmir. Lakin verilən məlumatdan aydın olur ki, “polis çavuşu Rəşad törətdiyi ciddi qanunpozuntusuna görə heç də narahat olmadığını bildirmiş və qeyd etmişdir ki, “bu günə qədər qayda pozan hansı DYP işçisini vəzifəsindən azad ediblər ki, məni də azad etsinlər. Mən kiməm ki?, sadəcə əmr yerinə yetirirəm. Vəssəlam.” demişdir.
Bugünki məlumata görə DYP əməkdaşı Rəşad Cavadov iki ayağını bir başmağa dirəyib deyir ki, “mən zorakılıqla aldığım texpasportu qaytaran deyiləm.”
Məlumatlı mənbə onu da bildirdi ki, Rəşad dədəsindən belə keçən adam deyil. Belə ki, o hətta rayon rəhbərliyinə yaxın olan bir sürücünü Kərimli kəndi yaxınlığında saxlamış, lakin ona yuxarıdan olan zənglərə əhəmiyyət vermədən sürücünü “cəzalandırmışdır”. Digər oxucumuz isə bildirir ki, Rəşad hər dəfə gəlib qonşuluqda olan ət dükanından 5 kq ət alıb aparsa da pulunu vermir. Qəssabın dəftərinə nisyə yazdırır. Budur, onun borcu 95 manat olsa da guya pulu yoxmuş kimi yediyi ətin pulunu vermək fikrində deyildir. Yəni adam belə milyoner olub. İnanırıq ki, pandemiyanın indiki dövründə dolanacaq vəziyyətləri onsuz da pisləşmiş və əsəbləri tarıma çəkilmiş Oğuz camaatının heysiyyatıilə oynamağa Rəşad kimilərinin özbaşnalıqlarına nəhayət son qoyulacaqdır.
Məlumatlardan da göründüyu kimi adi bir DYP işçisi Oğuz-Qəbələdə özünə geniş bir biznes şəbəkəsi yaradıb.Bunu sözügedən rayonda kiçik məvaciblə hamı yarada bilərmi? Biz hələ o qədər də böyük vəzifəsi olmayan bir DYP işçisinin Bakıda işə düzəlmək üçün çəkdiyi xərci açıqlamırıq. Maraqlıdır hansı maaşla və yaxud hansı gəlirlə.Bunlardan Baş Dövlət Yol Polisi İdarəsinin rəisi,general-mayor Ramiz Zeynalovun xəbəri varmı?
 
Aktualinfo.org
 
Tarix: 10-03-2021, 22:44
Xəbəri paylaş



Xəbər lenti