Saxta əlillik dərəcələrinin və pensiyaların təyin olunması ölkə boyunca müşahidə olunan ciddi problemdir. Keçmiş rəhbərliyin yaratdığı korrupsioner sistem problemi daha da aktuallaşdırıb. Sözügedən məsələ Quba rayonu üçün də xarakterikdir. Quba rayonundan cumhuriyyet.az-a göndərilmiş şikayətdə iddia olunur ki, rayon xəstəxanasında əlillik dərəcələri və müavinətlər üçün saxta tibbi göndərişlər hazırlanıb və bu məsələ araşdırılarsa ortaya çox ciddi qanunsuzluqlar çıxar.
Şikayətçi yazır: “Quba Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin və komandasının qurduğu oyun nəticəsində rayonda kifayət qədər saxta müavinətlər təyin olunub. Pensiya təyin edilməsi üçün həkim tibbi komissiyasının verdiyi müəmmalı tibbi rəylər. Quba Mərkəzi Rayon Xəstəxanasının həkim tibbi komissiyası pensiya təyinatı üçün lazım olan göndərişləri rüşvət müqavilində həyata keçirir.Xəstəliyi olsa da olmasa həkimlərin tələb etdiyi pulu verməsən gərəkli tibbi rəy almaq qeyri mümkündür.Həkimlərin o rəyləri olmadıqda isə adiyyatı dövlət strukturları vətəndaşa pensiya təyin etmir”.
Baş verənlərlə bağlı cumhuriyyet.az-a verilən məlumata görə Quba MRX da tibbi rəylərin alınması üçün paytaxtda olan səhiyyə ocaqlarına lazım olan göndərişlərin qiyməti 200-500 manat arasında dəyişir. Bu göndərişləri xəstəxanadan təyin edən şəxs isə Xuraman Əlibəyli adındakı göz həkimidir. Başına gələnləri ifadə edən şikayətçi yazır: “Mənim bir gözüm qəti görmür. Xəstəxanaya müraciət etdim. Tibb müəssisəsinin göz həkimi Xuraman Əlibəyli məni müainə etdi. Sonra məni öz otağına çağırıb dedi ki, sənə ele epikres verəcəyik ki, o rəyə əsasən ƏƏSM nazirliyi bir başa olaraq 2-ci qrup pensiya təyin edəcək. Amma bunun xərci var. 3500 manat pul verməlisənki bu işləri görə bilək. Bu pul tək mənə çatmır. Burda baş həkimin də payı var, Bakınında. Məınə ordan 500 manat pul qalır”.
Quba Mərkəzi Rayon Xəstəxanasında rüşvətlə göndəriş verilən şəxslərin adları da cumhuriyyet.az-a təqdim edilib: Quba rayon sakinləri Balaqadaşova Rəfiqə Şirinbaş qızı, Əlimirzeyava Bənövşə Şəmsəddin qızı ,Yaqubova Sədaqət, Paşayev Dəyanət,Quliyeva Nuray Əhliman qızı və Dadaşov Vüsal Eyyub oğlu. Bu şəxslər həkim Xuraman Əlibəylinin tibbi rəy verdiyi şəxslərdəndir. Komisiyyanın həmin şəxslərə verdiyi epikres, tibbi rəylərin də məs həmin maxenasiyalarla verdildiyi bildirilir. Bundan başqa onlarla sağlam şəxsə heç bir xəstəliyi olmamasına baxmayaraq pul müqavilində tibbi rəy alıb pensiya təyin edilib. Əlillik dərəcəsi üçün pul müqabilində göndəriş verilən şəxslərlə həkimin telefon danışıqlarının audio yazısı da cumhuriyyet.az-a təqdim edilib. Verilən rüşvətin miqdarından, kimə nə qədər çatacağına qədər məqamların əks olunduğu səs yazısı haqda növbəti yazımızda.
Tarix: 10-03-2021, 21:38