Qəzənfər Ağayev də islahata belə ayaq uydurur... - Elin yolunu satıb...

“Yaşadığım evə gedən yolu satıblar. Torpağı alan adam gəlib ki, buranı hasar edirəm. Deyirəm ki, bəs mən nə edim? Deyir ki, evinə getmək üçün helekopter al". DİA.AZ bildirir ki, bunu Astara rayon Ojəkəran kənd sakini Validə Gülməmmədova deyir. O daha sonra da istifadə etdiyi yolu göstərib bunları əlavə edir: “Eni 7 metr, uzunluğu isə 25 metrdir. Biz həmişə bu yoldan istifadə etmişik. Keçən ilə qədər bizi narahat edən olmayıb. Keçən ilin mayında bizi məhkəməyə çağırıb dedilər ki, bu yol sizin deyil. Hazırlıq iclasında olduq. Kəndin sonunda yaşayan bir vətəndaş, haradansa sənəd əldə edib, bizi məhkəməyə verib ki, bu yol mənimdir. Deyir istəyirsiz satıram. Baha satır. Biz kasıb ailəyik. Haradan pulu gətirim?...”
Gülməmmədovlar ailəsinin yaşadığı ev 1961-ci ildə tikilib, damı dağılmaq üzrədir. Döşəməsi isə yerlə birdir. Ora vaxtı ilə fəaliyyət göstərən sovxozun dəfnə yarpağı qurudan sexi olub. Sovxoz ləğv olunandan sonra, sexə əl gəzdiriblər, kənddə evi olmayanlara paylayıblar. Yaşayış yerinə çevrilmiş sexdə indi 4 ailə yaşayır. Gülməmmədovlar ailəsinə isə 36 kvadrat yer düşüb. Onlar 5 nəfərdən ibarətdir. Ailə 1997-ci ildən orada yaşasa da Astara rayon İcra Hakimiyyəti mənzilə orderi 2012-ci ildə verib. Sexdə yaşayan hər ailənin də öz yolu var. Validə Gülməmmədova qeyd edir ki, ona deyilənə görə, 1998-ci ildə torpaq islahatı gedərkən bu yol həyətyanı sahə kimi kiməsə verilib: “Biz 1997-ci ildən burda yaşayırıq. Mən tibb bacısıyam, öyrənmişəm ki, yollar aqrar islahata düşmür. Axı aqrar islahat komissiyasının torpağı satmaq hüququ olmayıb. Yalnız vətəndaşın istifadəsində olan yeri, həyətyanı sahə kimi verirdilər. Bu adam heç vaxt burda olmayıb, kəndin sonunda yaşayır. Necə olub ki, ona veriblər? Məhkəmə olanda uşaq xəstə olub, Bakıda olmuşuq. İnanmırdıq ki, yolu bağlamaq haqqında qərar çıxartsınlar. Axı bu həyət deyil, yoldur.”
Əlləri ilə üzünü örtərək ağlayır: “Özbaşınalıqdır. Evdə olmamışıq, icarçı, bir dəstə adamla gəlib...Ölçüblər, biçiblər. Bu insanlar daşdırlar nədirlər? Görümürlər ki, bu yoldur. O vaxtdan 23 il keçir, oğlumun da 23 yaşı var. Bu illərdə harda idilər? Hara yazıram, baxan yoxdur.”
Validə Gülməmmədovanın qonşuları da yolla bağlı narahatçılıqlarını bildirdilər. Onlar deyirlər ki, yolu tutsalar gərək Gülməmmədovlar ailəsi burdan getsin. Dəfələrlə cəhd etsək də yerin sahibi Xanlar Şəkərovla danışmaq mümkün olmadı. Bununla belə məsələ ilə bağlı X. Şəkərovun da mövqeyini təqdim etməyə hazırıq. Amma Astara Rayon Məhkəməsi 2019-cu ilin mayın 27-də həmin şəxsin xeyrinə qərar çıxarıb. Məhkəmə ilə də danışmaq cəhdlərimiz nəticə vermədi.
Tarix: 24-08-2020, 09:23
-
Bu gün, 17:17
Səhiyyədə "tarix" yazan müəllim: Şəki xəstəxanasında qanunsuzluq iddiası VİDEO
-
Bu gün, 17:05
Dövlət xəstəxanalarından gileyləndi: “350-600 manata müayinə“
-
Bu gün, 16:55
Azərbaycanda boşanma çətinləşə bilər – Qaydalar sərtləşir, cərimələr gəlir?
-
Bu gün, 11:34
Azərbaycanın bu şəhəri 1990-cı illərdə qalıb-VİDEO
-
Bu gün, 10:11
MƏMUR YOXSA XULİQAN? — Dövlətin layihəsi vətəndaşın evini yağmalamaq, onu küçələrə atmaq deməkdir?!
-
Bu gün, 10:09
Deputata məxsus olduğu deyilən şirkət 35 milyonluq tenderi ...
-
Dünən, 23:31
Göygöldə Milli Yaylaq Festivalında səhnə uçub, yeddi nəfər xəsarət alıb - YENİLƏNDİ
-
Dünən, 23:20
Yəmən ABŞ-yə İrana müdaxilə zamanı dəstək verəcək ölkələrdən biri ola bilər- POLİTOLOQ
-
Dünən, 15:49
"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Mərkəzi Xəstəxanasından ŞOK İDDİA
-
Dünən, 15:42
Məqsəd kitabxanaçını qiymətləndirmək idi, yoxsa onu işdən çıxarmaq ?
-
Dünən, 13:27
QARABAĞ QAZİLƏRİNİN QAZİ JURNALİST VÜQAR MƏMMƏDOVU MÜDAFİƏ KOMİTƏSİNİN BƏYANATI
-
Dünən, 13:24
Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...
-
Dünən, 12:19
Zakir Quliyev də KOLXOZ yolunu seçib - İTTİHAM VAR...
-
Dünən, 12:17
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq - Milyonlar necə xərclənir?
-
Dünən, 12:17
Elnur Əliyev bütün təhsili nəzarətinə götürür - Narazı müəllim ordusu niyə yaradılır?
-
Dünən, 10:46
Satınalma mütəxəssisinin şirkəti "tenderlər kralı"na çevrilir - 3 milyonluq layihə
-
Dünən, 10:39
Masazırda torpaq qalmaqalı: “Anamın adına olan sahəni başqalarına satıblar“
-
Dünən, 10:31
Dövlət xəstəxanasında 2 MANATLIQ RÜSVAYÇILIQ: İcbari Tibbi Sığorta maklerlərin bazarına çevrildi!
-
Dünən, 10:18
Kamera sındıran "səhiyyə": Bioloji Təbabət Klinikasında baş verən bu özbaşınalığa kim dur deyəcək?
-
Dünən, 10:16
Yeni Azərbaycan Partiyası Tərtər Rayon Təşkilatının yaradılmasının 33-cü ildönümü qeyd olunub
-
24-07-2026, 23:17
"QoçƏt" biabırçılığı – İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!
-
24-07-2026, 23:06
“Dr. Gülü”nün daha bir əməliyyat görüntüsü yayıldı - VİDEO
-
24-07-2026, 23:02
49 mindən çox içkinin tarixinin dəyişdirildiyi aşkarlanıb - AQTA (FOTO)
-
24-07-2026, 22:51
Mədəniyyət Nazirliyi AYB-yə qarşı
-
24-07-2026, 22:49
Sığınacaqdakı peşə məktəbinin tikintisi dayandırıldı
-
24-07-2026, 22:39
Büdcə pullarına QƏNİM KƏSİLƏNLƏR - DƏLİXANADIR, VALLAH...
-
24-07-2026, 17:25
AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü (SİYAHI)
-
24-07-2026, 17:20
Açıq şəkildə görünür ki, dünya sürətlə böyük müharibəyə doğru gedir
-
24-07-2026, 17:17
Vəzifəli şəxslər həbs edildi - Məmməd Musayevlə əlbir olub 100 milyonu talayıblar
-
24-07-2026, 14:38
Alıcılara xəbərdarlıq: Bu kərə yağları SAXTADIR - ONA GÖRƏ DƏ...