Teref.az yazır ki, Günel Kərəmli adında vətəndaş sosial şəbəkəlrəd ürək ağrısı ilə yazır:
ŞİKAYƏTİM işini görməyən bələdiyyə,Ekologiya və Təbii Sərvətlər Nazirliyi -dəndir. Bu Müraciət Qəbələ Vəndam qəsəbəsi haqqındadır.
Lakin əminəm ki, ölkəmizin bir çox rayonlarında,kəndlərində oxşar vəziyyətdir. Vəndamda zibil qutuları yox səviyyəsində olduğundan,turist axını da çox olduğu üçün turistlər və yerli camaat bütün məişət zibillərini çaylara tökür.
Çaylarda vəziyyət çox pisdir,qoxu hər yerə yayılıb. Gəlib evlərdən zibilləri götürən maşınlar da yoxdur. Bunlara nəzarət edən də. Şəkil atacam. Bu Qara çaya aid olanlardır.
Vəndam çayı da eyni bu vəziyyətdədir. Həyətlərdə curxana(arx) deyilən yerlər zibillə dolu. Təbii olaraq bələdiyyə işçiləri də bu kəndin sakinləridir,bunlara da göz yumurlar. Heç bir icraat yoxdur.Əhalinin də günahı az deyil. Tələb etməyi bacarmalıdırlar. Bu mənzərələri görəndə dəhşətə gəlirəm. Necə çayları,meşələri bu vəziyyətə salmaq olar?!
Çoxmu çətindir zibilləri yığışdırmaq üçün gündəlik bir maşın ayırmaq?! O sudan heyvanlar içir,balıqlar yaşayır orda,hətta insanlar sudan istifadə edir.Xəstəlik yuvasına dönüb hər yer.
Rəsmi olaraq Ekologiya naziliyinə email göndərmişəm. Ümidim olmasa da bəlkə nəsə etməyə çalışarlar deyə düşünürəm.
Teref.az olaraq adları çəkilən qurumların mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az
Tarix: 5-08-2020, 12:36