Əl öpmək hara, şəhid haqqını yemək hara?!
»Şəmkirin icra başçısı Alimpaşa Məmmədov sabiq Vergilər naziri Fazil Məmmədovla əlbir olub «Salyan-Masallı MMC» nin mərmər fabrikinə 700 min manat atıb».
Ovqat.com xəbər verir ki, bu iddianı araşdırmaçı-jurnalist Bəhlul Orucoğlu irəli sürür.
Onun iddiasına görə, Şəmkirdəki Şəhidlər Xiyabanı məhz bu fırıldağın hesabına salınıb. İcra başçısının xiyabandakı baş daşları üçün rayon büdcəsindən nə qədər pul sildiyi bilinmir, amma Şəmkir İcra Hakimiyyəti ilə «Salyan-Masallı MMC» arasında razılaşdırılan məbləğ indiyədək mərmər zavoduna ödənilməyib. Jurnalist iddia edir ki, hazırda bu fırıldağın məhkəmə prosesi gedir və ədalətin bərqərar olması Bakı hakimlərinin insafına qalıb.
Ciddi ittihamların yer aldığı məqaləni olduğu kimi dərc edir və qarşı tərəfin də cavabını gözləyirik.
Şəmkir İcra Hakimiyyətini başçısı şəhidlərin qəbir daşının pulunu yeyib.
Alimpaşa Məmmədovun qeyri-qanuni əməllərinin və özbaşınalığının sayı-hesabı yoxdur.
Ölkə həqiqətlərini gizlətmək üçün hakimiyyəti zəbt etmiş bir qrup mafioz dəstənin uzun illər ərzində iqtisadi inkişafdan, vətəndaşların həyat səviyyəsinin yüksəldilməsindən, ixrac-idxaldakı uğurlardan danışıb və yalançı vədlərlə, rəqəmlərlə öz vətəndaşını aldatması, çaşdırması faktları mətbuatda dəfələrlə işıqlandırılıb. Prezident Aparatına gedən şikayətlərə görə Alimpaşa Məmmədovun sayəsində rayonlar üzrə Şəmkir birinciliyi əldən vermir.
Rayon İcra Hakimiyyəti başçısının qeyri-qanuni əməllərindən özbaşınalığından mətbuatda çox işıqlandırılıb və yenə də yazılır.
Bilgili şəxsin məlumatına əsasən nəzərinizə çatdırım ki, Şəmkirin hər yerinə pul kisəsi kimi baxan A.Məmmədov rayonun Şəhidlər Xiyanabında dəfn olunmuş şəhidlərin üst (sinə) daşlarını «Səlyan-Masallı MMC» nin mərmər fabrikinə sifariş edib, düzəltdirib. Ancaq həmin fabrikə 700 min manat borclu qalıb (pul atıb). Həmin daşların 2013-cü ildə sifarişini verənlər Məmmədov Alimpaşa Adil oğlu, sabiq vergilər naziri Fazil Məmmədov və Nazirin sabiq müşaviri Qüdrət Seyfullayev olub. Bu işlə əlaqədar Bakıda məhkəmə araşdırması (proses) gedir. Ölülərdən pay uman Alimpaşa müəllim bir vampir kimi dirilərin qanını sormağa hazırdır. Çünki o, Şəmkir sakinlərinə sağmal inək kimi baxır. Artıq süd yox, qan gəlir.
A.Məmmədova müraciət edib deyirəm: Alimpaşa müəllim 7 aydır İcra Hakimiyyəti başçısı olmağınıza baxmayaraq sizdən «Paralel» qəzetinin redaksiyasına Şəmkir sakinlərindən bir-neçə şikayət məktubları gəlib. Mən sizin qəbulunuza gəlmişəm. Bu şikayətlərlə əlaqədar fikrinizi öyrənmək istəmişəm, ancaq Siz məni qəbul etməmisiniz. Sizin nümayəndəniz isə dedi: «Ağsaqqal bura yeri deyil, qəbul günü gələrsiniz «. İcra başçısı qəbul günündə yenə də məni qəbul etmədi. O zaman mən «Paralel» qəzetinin qərb bölgəsi üzrə müxbir idim. Alimpaşa Məmmədov Şəmkiri çökdürmə işinə yeni başlamışdır.
Şəkildə: Jurnalistin redaksiyamıza göndərdiyi yazı
Dəyərli oxucular Alimpaşa Məmmədovun bir-neçə qeyri-qanuni əməllərin də (preymlarını) Sizə xatırladım.
İcra başçısının yaxınları 2015-ci ildə yeni iş yerləri açdırmaq adı altında «Atabank» Açıq Səhmdar Cəmiyyətindən güzəştli qayda ilə uzun müddətə yəni on illiyə kreditlərlər götürüblər, Amma nu zamanadək onları nə fəaliyyətləri var, nə də milyonlarla pul vəsaitin taleyi bəllidir.
Şəmkir bələdiyyəsinin təsisçiliyi ilə yaradılmış «Abad Şəmkir» Məhdud Məsuliyyətli Cəmiyyət «Natural» su zavodu tikib, işləməsi üçün Atabankdan 700.000 (yeddi yüz min) manat pul götürüb. Zavod istismar müddəti başa çatmış, şəhərin futbol meydançasından sökülən tikinti, materialları, şifer-dam örtükləri, dəmir armaturlar və s. hesabına tikilib, lakin heç 2 ay işləməmiş işçilərin əmək haqqları ödənmədən su zavodu bağlanıb. Bunun səbəblərindən biri pulun mənimsənilməsi üçün köhnə, işlənmiş su xətti avadanlıqlarının alınması olmuşdur. İşçilər bu günədək əmək haqqlarını ala bilməyiblər.
Şəmkir bələdiyyəsinin təsisçiliyi ilə yaradılmış «Ceyrançöl-1» MMC yenə 10 illiyinə 4 milyon 502 min manat kredit götürüb, dövlətə vaxtlı-vaxtında hesabat verməyib, bu külli miqdarda pulun əvəzinə Ceyrançölündə kələm, pomidor, brokoli əkdirərək yüz min manatlarla zərər edib, sonra şəkər çuğunduru əkib, həkimləri, müəllimləri, tibb işçilərini, uşaq bağçası və s. idarə təşkilatları pulsuz işlədərək onların zəhmətindən faydalanıb, krediti mənimsəyib. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Fonduna, «Atabank"a borclar ödənməyib.
Şəmkir bələdiyyəsinin təsisçiliyi ilə yaradılmış «Morul-Tikinti» MMC-yə 1 milyon 200 min manat kredit götürülüb, bu gün heç bir fəaliyyət və mənfəət yoxdur. Kölgəli iqtisadiyyatla məşğul olunub. Bu vəsaitləri bələdiyyənin məktubu ilə «Atabank"dan ayrılmışdır.
Atalar deyib: «Su səhəngi suda sınar».
Son söz məhkəmənindir».
Bəhlul Orucoğlu
Araşdırmaçı-jurnalist,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü,
Qarabağ Müharibəsi Veteranı,
Ehtiyatda olan ədliyyə mayoru,
Şair-publisist
Tarix: 3-08-2020, 21:57