Masallıda məmurların qollarına qandal vuruldu - SİYAHI

Ölkəmizdə əhalinin sosial rifahına kölgə salan korrupsiya və rüşvətxorluq kimi neqativ amillərə, o cümlədən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edərək fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə zərər vuran vəzifəli şəxslərə qarşı mübarizə istiqamətində kompleks və ardıcıl tədbirlər davam etdirilir.
Baş Prokurorluqdan DİA.AZ-a verilən məlumata görə, belə tədbirlərdən biri kimi, Masallı rayon İcra Hakimiyyəti başçısının Qarğalıq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Subhan Zalıyevin və Masallı rayon, Qarğalıq kənd bələdiyyəsinin sədr müavini Əziz Ağayevin qanunsuz əməlləri barədə daxil olmuş məlumatlar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.
Həmin məlumatlar əsasında Baş İdarə tərəfindən müvafiq məhkəmə qərarı ilə təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilib, tikintiyə icazə verilməsi müqabilində vətəndaşdan pul tələb etmiş Subhan Zalıyevin tapşırığı əsasında Əziz Ağayev tələb edilən pulun bir hissəsini 01.07.2020-ci il tarixdə, qalan hissəsini isə 23.07.2020-ci il tarixdə nümayəndəliyin inzibati binasındakı xidməti otağında vətəndaşdan alarkən cinayət başında yaxalanıb.
Bundan əlavə, 23.07.2020-ci il tarixdə Subhan Zalıyev digər vətəndaşdan Masallı rayonu, Qarğalıq kəndində müvəqqəti qeydiyyata alınması müqabilində tələb etdiyi rüşvəti nümayəndəliyin baş mühasibi Bəhruz Musayevin vasitəsilə Masallı şəhəri ərazisində alarkən Subhan Zalıyev və Bəhruz Musayev cinayət başında yaxalanıb.
25 iyul 2020-ci il tarixdə Subhan Zalıyev Cinayət Məcəlləsinin 311.2 (rüşvət alma), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə) və 29, 178.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə dələduzluğa cəhd) maddələri, Əziz Ağayev isə həmin Məcəllənin 32.4, 312.2 və 29,178.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə intensiv əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.
Tarix: 27-07-2020, 20:49
-
Bu gün, 17:17
Səhiyyədə "tarix" yazan müəllim: Şəki xəstəxanasında qanunsuzluq iddiası VİDEO
-
Bu gün, 17:05
Dövlət xəstəxanalarından gileyləndi: “350-600 manata müayinə“
-
Bu gün, 16:55
Azərbaycanda boşanma çətinləşə bilər – Qaydalar sərtləşir, cərimələr gəlir?
-
Bu gün, 11:34
Azərbaycanın bu şəhəri 1990-cı illərdə qalıb-VİDEO
-
Bu gün, 10:11
MƏMUR YOXSA XULİQAN? — Dövlətin layihəsi vətəndaşın evini yağmalamaq, onu küçələrə atmaq deməkdir?!
-
Bu gün, 10:09
Deputata məxsus olduğu deyilən şirkət 35 milyonluq tenderi ...
-
Dünən, 23:31
Göygöldə Milli Yaylaq Festivalında səhnə uçub, yeddi nəfər xəsarət alıb - YENİLƏNDİ
-
Dünən, 23:20
Yəmən ABŞ-yə İrana müdaxilə zamanı dəstək verəcək ölkələrdən biri ola bilər- POLİTOLOQ
-
Dünən, 15:49
"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Mərkəzi Xəstəxanasından ŞOK İDDİA
-
Dünən, 15:42
Məqsəd kitabxanaçını qiymətləndirmək idi, yoxsa onu işdən çıxarmaq ?
-
Dünən, 13:27
QARABAĞ QAZİLƏRİNİN QAZİ JURNALİST VÜQAR MƏMMƏDOVU MÜDAFİƏ KOMİTƏSİNİN BƏYANATI
-
Dünən, 13:24
Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...
-
Dünən, 12:19
Zakir Quliyev də KOLXOZ yolunu seçib - İTTİHAM VAR...
-
Dünən, 12:17
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq - Milyonlar necə xərclənir?
-
Dünən, 12:17
Elnur Əliyev bütün təhsili nəzarətinə götürür - Narazı müəllim ordusu niyə yaradılır?
-
Dünən, 10:46
Satınalma mütəxəssisinin şirkəti "tenderlər kralı"na çevrilir - 3 milyonluq layihə
-
Dünən, 10:39
Masazırda torpaq qalmaqalı: “Anamın adına olan sahəni başqalarına satıblar“
-
Dünən, 10:31
Dövlət xəstəxanasında 2 MANATLIQ RÜSVAYÇILIQ: İcbari Tibbi Sığorta maklerlərin bazarına çevrildi!
-
Dünən, 10:18
Kamera sındıran "səhiyyə": Bioloji Təbabət Klinikasında baş verən bu özbaşınalığa kim dur deyəcək?
-
Dünən, 10:16
Yeni Azərbaycan Partiyası Tərtər Rayon Təşkilatının yaradılmasının 33-cü ildönümü qeyd olunub
-
24-07-2026, 23:17
"QoçƏt" biabırçılığı – İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!
-
24-07-2026, 23:06
“Dr. Gülü”nün daha bir əməliyyat görüntüsü yayıldı - VİDEO
-
24-07-2026, 23:02
49 mindən çox içkinin tarixinin dəyişdirildiyi aşkarlanıb - AQTA (FOTO)
-
24-07-2026, 22:51
Mədəniyyət Nazirliyi AYB-yə qarşı
-
24-07-2026, 22:49
Sığınacaqdakı peşə məktəbinin tikintisi dayandırıldı
-
24-07-2026, 22:39
Büdcə pullarına QƏNİM KƏSİLƏNLƏR - DƏLİXANADIR, VALLAH...
-
24-07-2026, 17:25
AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü (SİYAHI)
-
24-07-2026, 17:20
Açıq şəkildə görünür ki, dünya sürətlə böyük müharibəyə doğru gedir
-
24-07-2026, 17:17
Vəzifəli şəxslər həbs edildi - Məmməd Musayevlə əlbir olub 100 milyonu talayıblar
-
24-07-2026, 14:38
Alıcılara xəbərdarlıq: Bu kərə yağları SAXTADIR - ONA GÖRƏ DƏ...