SHXÇDX – də Nizami Vəliyevin “şəxsi iş” müəmması… – Və ya gücünü arvadlara göstərən fərari idarə müdiri

    


SHXÇDX – də Nizami Vəliyevin “şəxsi iş” müəmması… –
Səfərbərlik və Hərbi Xidmətə Çağırış űzrə Dővlət Xidmət tərəfindən aparılan araşdırmalar zamanı Nizami Vəliyevin hərbi xidmətdə olub – olmamasına dair “şəxsi iş”inin olmadığı műəyyən edilib.

Öncəliklə onu qeyd edək ki, Beyləqan rayon Yaşıllaşdırma İdarəsinin műdiri Nizami Vəliyev barəsində nöbəti tənqidi məqaləmiz işıq üz görəndən sonra “qəhrəmanımızın” dostları sosial şəbəkədə canfəşanlıqla onun müdafiəsinə qalxdılar. “Təəssübkeşləri” hətta onun haqqında yazılanları şər-böhtan adlandırırdılar. Əlbəttə, bu sadəlövh insanlar Nizami Vəliyevin siluetini yaşıl rəngdə görür, kimliyinin qaranlıq tərəfindən bixəbərdirlər.

Bu günlərdə RealMedia.az-ın redaksiyasına daxil olan məlumatlar əsasında apardığımız araşdırmalardan və rəsmi qurumlardan əldə etdiyimiz səhih məlumatlara görə, Nizami Vəliyev nəinki hərbu xidmətdə olub, hətta komissarlıqda qeydiyyata alınmaqdan da yayınıb. Fakt budur ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış űzrə Dővlət Xidmətindən verilən məlumata gőrə, Nizami Vəliyevin hərbi xidmətdə olub – olmamasına dair rəsmi műraciətimiz araşdırılarkən, onun “şəxsi iş”inin olmaması műəyyən edilib.

Bununla bağlı N.Vəliyev SHXÇDX-nin Beyləqan rayon şöbəsinə dəvət olunub və hərbi xidmətdə olub – olmaması ilə bağlı birgə araşdırmalar aparılıb. Əldə etdiymiz məlumatlarda qeyd olunur ki, Nizami Vəliyev sualları cavablandırarkən, necə deyərlər, nala – mıxa vurub. Gah deyib ki, o, 1990-cı ildə Gəncə Kənd Təsərrűfatı İnstituna qəbul olunduğunu və 95-ci ildə institutu bitirərkən ona zabit rűtbəsi verilib, o səbəbdən, hazırda ehtiyyatda olan zabitdir. Gah da deyib ki, institutu bitirdiyi il xəstə olduğundan, o, “zbor”a (toplantıya) qatıla bilməyib, bu üzdən ona leytenant rűtbəsi verilməyib.

Səfərbərlik və Hərbi Çağırış Xidməti űzrə Dóvlət Xidmətindən bildirilib ki, Nizami Vəliyevə zabit rűtbəsi verilməsə də, o, siravi əsgər kimi hərbi xidmətə getməyə borclu idi. Lakin o, institutu bitirdikdən sonra hərbi xidmətə getməyib. Həmçinin bildirilib ki, Nizami Vəliyev barəsində hərbi qeydiyyatdan yayındığına gőrə inzibati qaydada cərimə tətbiq edilməklə, barəsində geniş şəkildə araşdırılmalar aparılması űçün Baş Prokurorluğa műraciət olunacaq.

“Gücünü arvadlara göstərirsən, səni kişi bilirdim, kişilərin heyfini arvadlardan çıxmazlar”
Beləliklə, əsgərlik görməyən, “kişilik məktəbi”ndən keçməyən Nizami Vəliyev indi rəhərlik etdiyi qurumda gücünü arvadlara göstərir. Yaşıllaşdıma İdarəsinin kadrlar şőbəsinin müdirinin işdən çıxmasına nail olmaq ùçùn, ona zorla ərizə yazdırıb. Həmin xanım da gőzű yaşlı ərizəsini yazıb və işdən azad edilib.

Həmin xanımın atası da idarədə fəhləlik edir. Dolanlışıq sarıdan korluq çəkirlər. Nizami Vəliyevin təkbaşına belə bir qərar verməsi o deməkdir ki, həmin kişi ilə – fəhlə baba ilə də üz-üzə gəlməkdən utanmır. Utanmaq üçün adamda utanan üz lazımdır. Bu gűn Nizami Vəliyev xanımı işdən azad etməklə bir ailənin çőrəyinə bais oldu.



Qanun qarşısında vəzifələrinin (məsələn, hərbi mükəlləfiyyət) olduğunu bilməyən Nizami Vəliyev yəqin onu da bilmir ki, onun özünün hüquq və azadlıqları başqalarının hüquq və azadlığını pozduğu yerdə, özgələrinin mənafeyinə toxunduğu yerdə məhdudlaşır. Həmin xanımı işdən qanunsuz azad etməklə Əmək Məcəlləsinin tələblərini kobud şəkildə pozub. Əmək Məcəlləsinin tələbinə görə işdən çıxmaq üçün ərizə yazan işçi bu qərara necə gəldiyini əsaslandırmalıdır. Göstərdiyi arqument yetərli deyilsə, ona daha 1(bir) ay müddətində vaxt verilir. Problemi varsa, öyrənilir, həssas yanaşılır, həllinə çalışılır. Məsələn, ailə qurması, bu və digər səbəbdən yaşayış yerini dəyişməsi, başqa işə keçməsi tutarlı səbəbdir. Ancaq zorla yazdırılan “könüllü” ərizələrdə belə səbəblər gösərilmir. Nizami Vəliyev 23.07.2020-ci il tarixdə işçinin işdən çıxması barədə məcbur ərizəsini almış və həmin tarixdə də tələm-tələsik işdən azad etmişdir.

Mövzuya qayıdacağıq.
https://teref.az/manset/160494-shxcdx-de-nizami-veliyevin-sexsi-is-muemmasi-.html
Tarix: 25-07-2020, 22:37
Xəbəri paylaş



Xəbər lenti