Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə videokonfrans keçirib. Konfransda Milli Məclisin deputatı Sahib Alıyev, rayon polis şöbəsinin rəisi Elçin Qasımov, rayon prokuroru Şıxəli Alməmmədov, DTX-nin rayon şöbəsinin əməkdaşı İsmayıl Şahmərdanov, icra nümayəndələri, bələdiyyə sədrləri, xidmət təşkilatlarının rəhbərləri, ümumilikdə, 71 nəfər iştirak edib.
İcra başçısı əvvəlcə Ulu Öndər Heydər Əliyevin Azərbaycana ilk dəfə siyasi hakimiyyətə gəldiyi dönəmdən danışıb. Bildirib ki, 1969-cu ilin 14 iyulu əbədi olaraq Azərbaycan xalqının, Azərbaycan Respublikasının inkşafı tarixinə həkk olunub. Çünki Azərbaycan dövlətinin həqiqi inkişafı həmin gündən başlayıb. Azərbaycan xalqı xoşbəxtdir ki, Azərbaycan dövlətinə Heydər Əliyev kimi fenomen müdrik siyasi xadim rəhbərlik edib. Məhz bu dahi insanın səyi nəticəsində Azərbaycan müstəqilliyə, inkişafa, tərəqqiyə qədəm qoyub. O, bütün mənalı həyatını canından artıq sevdiyi doğma xalqına həsr edib.
Xalqını sonsuz məhəbbətlə sevən, azərbaycanlı olmağı ilə həmişə qürur duyan Heydər Əliyev bütün zamanların ən böyük azərbaycanlısı olmuşdur. Azərbaycançılıq onun qanında, ruhunda, mayasında idi. Hələ Sovet dönəmində Azərbaycanı bir respublika olaraq dünyaya tanıdılması da məhz ulu öndərin adı ilə sıx bağlıdır.
Sonra rayon rəhbəri iyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhəddində Tovuz rayonu istiqamətində ermənilərin törətdikləri təxribatdan söhbət açıb. Bildirib ki, Ermənistan tərəfinin sərhəddə atəşkəs rejimini kobud şəkildə pozması Ermənistan hakimiyyətinin pandemiyaya qarşı mübarizəsinin uğursuz olması səbəbilə daxili narazılığın artdığı dövrə təsadüf edir. Paşinyan hökuməti bununla müxalifləri susdurmağa çalışır, Azərbaycan ilə sərhəddə atəşkəsi pozaraq son zamanlarda ona qarşı revanş alan siyasi müxalifətin fəaliyyətini məhdudlaşdırmağa, Azərbaycanın düşmən obrazını qabardaraq erməni xalqını həmrəyliyə dəvət etməyə səy göstərir.
Ermənistan tərəfi dünya ictimaiyyətinin COVİD-19 pandemiyası dövrü bütün münaqişələrin dayandırılması çağırışına məhəl qoymayaraq beynəlxalq səviyyədə razılığı kobudcasına pozmuşdur.
Rayon rəhbəri bildirib ki, şəhidlərimizin dəfn olunduğu rayonlarda hərbçilərimizin nəşi yerli əhali tərəfindən böyük hörmət və sevgi ilə qarşılanmışdır. İnsanlar mənfur düşmənə qarşı intiqam, torpaqlarımızın azad olunması üçün hərbi əməliyyatlara tam dəstək ifadə edirlər. Ölkədə bu günlər əsl ordu-xalq vəhdəti nümayiş etdirilir.
Qeyd olundu ki, möhtərəm cənab Prezident İlham Əliyev cəbhə xəttindəki operativ məlumatla tanış olan kimi Təhlükəsizlik Şurasının iclasını keçirmişdir. Bununla Azərbaycan tərəfi nümayiş etdirir ki, torpaqların işğalı və hansı isə xarici hərbi qüvvənin öz ərazisində mövcudluğu ilə barışmayacaq.
Qardaş Türkiyə Cümhuriyyəti də Ermənistanın atəşkəsi pozmasını şiddətlə qınamış və hər zamankı kimi Azərbaycanın yanında yer aldığını bildirmişdir. Türkiyə xarici işlər nazirliyi təxribatdan dərhal sonra 12 iyulda 149 saylı bəyanatı ilə Ermənistan tərəfinin təxribatını kəskin pisləmişdir.
İran İslam Respublikası Xarici işlər nazirliyinin mətbuat katibi Seyyid Abbas Musəvi atəşkəsin pozulması zamanı Azərbaycan tərəfinin verdiyi itkilərlə bağlı təəssüfünü bildirmiş və Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasında İran tərəfinin vasitəçiliyə hazır olduğunu bir daha təkrarlamışdır.
Sonra icra başçısı sosial şəbəkələrdə “sapı özümüzdən olan baltaların” düşmən dəyirmanına su tökən çxışlarından da danışıb, əhalini ayıq-sayıq olmağa, belələrinə qarşı barışmaz mövqe tutmağa, düşmən təxribatlarına uymamağa, əhali arasında maarifləndirmə işlərini gücləndirməyə çağırıb.
İcra başçısı videokonfransda koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin gördüyü qabaqlayıcı tədbirlərdən, koronavirusa yoluxmanın qarşısının alınması istiqamətində rayonumuzda Azərbaycan Respublikası Nazirlər Kabinetini yanında Operativ Qərargahın, Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının qərarlarının, tapşırıq və tövsiyyələrinin həyata keçirilməsi istiqamətində görülən işlərdən də danışıb.
Qeyd olunub ki, yaşayış məntəqələrində koronavirus infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin davam etdirilməsi, xüsusi rejimlə bağlı tələblərin, o cümlədən sanitar-epidemioloji tədbirlərin icrasına nəzarəti, karantin rejimi dövründə maddi yardıma ehtiyacı olan ailələrə, xüsusilə də yaşı 65-dən yuxarı şəxslərə dəstək göstərilməsi, sakinlərin şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində, bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində, fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində, açıq sahəli ofislərdə və istehsalat yerlərində, tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə, ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə, insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunması, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə etmələri, yas, ad günü və sair adı altında keçirilən mərasimlərdə iştirak etməmələri, ev şəraitində karantində olan insanları ziyarət etməmələri, kənd təsərrüfatı işlərinə cəlv olunan insanların siyahısı dəqiqləşdirilməli, kənd təsərrüfatı işləri adı altında vətəndaşların qeyri-qanuni olaraq bir yerdən başqa yerə getməmələri, Operativ Qərargahın qərarından irəli gələn tələblərə riayyət etmələri və sair barədə tapşırıqlar verilib. Bildirilib ki, karantin rejimi yumşaldılsa da, profilaktik tədbirlər davam etdirilməli, gündəlik gigiyenik qaydalara əməl olunmalı, sosial məsafə gözlənilməli, əhali arasında maarifləndirmə tədbirləri aparılmalıdır.
Milli Məclisin deputatı Sahib Alıyev əvvəlcə konfrans iştirakçılarını salamlayaraq Ümummilli liderin lik dəfə hakimiyyətə gəlişindən onun Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkəmizin uğurlu inkşafından, məhz onun hakimiyyəti illərində 1978-ci ildə Azərbaycan SSRİ konstitusiyasında Azərbaycan dilinin ilk dəfə dövlət dili kimi hüquqi qüvvəsini tapdığından, Ulu Öndərin fəaliyyətinin bütün tarixi mərhələlərindən, 2-ci dəfə hakimiyyətə gəlişi ilə ölkəni xaosdan, vətəndaş müharibəsindən xilas etməsindən, Milli Ordumuzun formalaşdırılmasından, daim xalqına arxalanan, xalq üçün quran, yaradan bir insan olmasından danışıb.
Sonra millət vəkili Ermənistanın Azərbaycan Ermənistan dövlət sərhəddinin Tovuz rayonu istiqamətində törətdiyi təxribatla bağlı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin iyulun 13-də təcili Təhlükəsizlik Şurasının iclasını keçirdiyindən, çıxışında Ali
Baş Komandanın təxribatla bağlı bütün məsuliyyətin Ermənistan rəhbərliyinin üzərinə düşdüyünü bildirməsindən, düşmənə Azərbaycan ordusu tərəfindən layiqi cavablar verilməsindən, şəhidlərimizin qisasının alındığından danışıb, Azərbaycanın qüdrətli, güclü Ordusunun olduğunu vurğulayıb. Millət vəkili cəbhə bölgəsində yaşayan tərtərliləri ayıq-sayıq olmağa, düşmən təxribatına uymamağa çağırıb. Qeyd olunub ki, 2016-cı ilin aprel hadisələrində olduğu kimi yenə də ordu-xalq birliyi möhkəmdir, insanlar qələbə əhval-ruhiyyəsinə kökləniblər.
Sahib Alıyev çıxışında sosial şəbəkələrdə informasiya təhlükəsizliyi təminatının qorunması, mənbəyi olmayan xəbərləri sosial şəbəkələrdə müzakirə etməklə düşmənlərə həmin məlumatlardan bizə qarşı istifadə etməyə şərait yaradılmasından da danışıb. Hər kəsi vətənpərvərliyə, milli birliyə səsləyib.
Deputat özünün də koronavirusa yoluxduğunu, müalicə olunaraq hazırda səhhətində heç bir problem olmadığını bildirib, insanları bu xəstəlikdən qorunmaq üçün Azərbaycan Respublikası Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargahln qərar və göstərişlərinə əməl etməyə çağırıb.
Videokonfransda Tərtər Rayon Polis Şöbəsinin rəisi Elçin Qasımov, rayon prokuroru Şıxəli Alməmmədov, DTX Tərtər rayon şöbəsinin əməkdaşı İsmayıl Şahmərdanov, YAP rayon təşkilatının sədri Ramiz Şabanov çıxış edərək, Ulu Öndərin hakimiyyəti dövründə Azərbaycanın inkşafı və tərəqqisindən danışaraq, iyulun 12-də Azərbaycan Ermənistan dövləti sərhəddinin Tovuz rayonu istiqamətində ermənilərin törətdiyi təxribatdan, Azərbaycan ordusunun layiqli cavabı ilə düşmənin geriyə çəkilməsindən də söhbət açdılar. Qeyd olundu ki, Dövlət Təhlükəsizlik Şurasının iclasında Ali Baş Komandan cənab İlham Əliyevin dediyi kimi Azərbaycan öz dövlət sərhədlərini qorudu və Ermənistan əsgərləri 1 santımetr Azərbaycanın torpağına keçə bilmədilər.
Bu gün sərhəddə gərginlik davam edir, vəziyyət sabitləşməyib. Məğlub olan düşmən cəbhə bölgəsində yerləşən rayonlarımızla sərhədlərlərdə təxribata əl atırlar Bunun üçün hər kəsdən maksimum dərəcədə ayıq-sayıq olmaq, informasiya təhlükəsizliyi təminatına əməl etmək, sosial şəbəkələrdə əsası olmayan məlumatları yayanlara qarşı barışmaz mövqey tutmaq, əhali arasında marifləndirmə tədbirlərini gücləndirmək tövsiyyə olunur. Çıxış edənlər əhalini koronavirus pademiyasına qarşı mübarizə tədbirlərinə düzgün riyayət etməyə, gigiyenik və qoruyu vasitələrdən istifadə etməyə, sosial məsafə saxlamaqla virusdan qorunmağa çağırıblar.
Tərtər Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsi-direktor Yaşar Hüseynov koronavirusla bağlı rayonumuzda indiyənə qədər 2021 nəfərdən yaxma götürüldüyü, 53 nəfərdə virus aşkar edildiyi, 33 nəfərin sağaldığını, 12 nəfərin ev şəraitində karantinə alındığını, 7 nəfərin xəstəxana şəraitində müalicə olunması barədə məlumat verdi.
İcra başçısı Tərtər Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsi-direktor Yaşar Hüseynova xidmət təşkilatlarında çalışan səhhətlərində narahatçılığı olan (temperatur, quru öskürək, dad və iybilmə qabiliyyətinin itməsi) şəxslərdən yaxma götürlməsini tapşırdı.
Videokonfransda kənd təsərüffatı ilə bağlı məsələlər də müzakirə olundu. Müzakirələrdə rayon Subartezian Quyuları İstismarı idarəsinin rəisi Əli Əliyev, Suvarma Sistemləri İdarəsinin rəisi Zahid İbrahimov, Su Kanal İdarəsinin rəisi Elnur Abbasov, Tərtər Qaz İstismarı İdarəsinin rəisi Müxlis Əmirov, Tərtər Elektrik Şəbəkəsinin rəisi Vilayət Qafarov, Qarağacı kənd İƏD-i üzrə nümayəndə Lətif Həmidov, Dəmirçilər İƏD-i üzrə nümayəndə Sədiqə Əhmədova, Azad Qaraqoyunlu kənd İƏD-i üzrə nümayəndə Nazim Xəlilov iştirak ediblər.
Azad Qaraqoyunlu İƏD üzrə nümayəndə Nazim Xəlilov Azad Qaraqoyunlu və Evoğlu kəndlərini birləşdirən avtomobil yolunun uzun müddətdən sonra yol yatağının hamarlanaraq genişləndirildiyi üçün kənd sakinləri adından rayon rəhbərinə minnətdarlığını bildirib.
Videokonfransi yekunlaşdıran icra başçısı əlaqədar təşkilatlara verilən tapşırıq və tövsiyyələri ciddi nəzarətə götürməyi, əhali arasında maarifləndirmə işlərini və informasiya təhlükəsizliyinə nəzarəti gücləndirməyi, Bələdiyyələrə vəsaitlərin toplanmasında fəal olmağı tapşırdı.
Tarix: 14-07-2020, 21:28