Tovuzda nələr baş verir? - İTTİHAM

"Azərbayan Respublikasının Prezidenti cənab İ.Əliyev icra başçılarına, icra aparatında işləyən məmurlara çox ciddi tapşırıqlar və tövsiyələr verərək, sahibkarları incitməmələrini, vətəndaşlarla yaxşı rəftar etmələrini, rüşvət almamalarını, qanunsuz heç bir iş görməmələrini, həmişə haqqlını müdafiə etmələrini tapşırmışdır. Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri tərəfindən vətəndaşların hüquqlarına, dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, dövlət orqanlarının fəaliyyətinə kölgə salan qanunsuz əməllərə yol verilməsinə dair məlumatlar əsasında kompleks araşdırma tədbirləri həyata keçirilməkdədir". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: "Bəzi KİV-lərdə gedən xəbərlərə görə, bir neçə rayonun icra hakimiyyətlərində yoxlamalar aparıldığı və bəzi yoxlamaların həbslərlə nəticələnəcəyi iddia olunur. Məlumdur ki, icra hakimiyyətləri cəmiyyətdə ən çox şikayət olunan qurumlar kimi tanınır. İllərdir mətbuatda icra başçıları “kiçik padşahlar” kimi təqdim olunur. Lakin son zamanlar Azərbaycan rəhbərliyi tərəfindən həyata keçirilən uğurlu islahatların, kadr və struktur dəyişikliklərinin mühüm tərkib hissəsi kimi rüşvətə bulaşmış bir sıra dövlət məmurlarının, icra başçılarının da təmizlənməsi prosesi həyata keçirilir. Prosesə Ağstafadan start verildi, Yevlax və Neftçala ilə davam etdi. Rayon sakinlərinin şikayətləri əsasında yəqin ki, növbə Tovuzun olar. Azərbaycanda ilk dəfə olaraq icra başçısı iş başında həbs olundu. Hətta əməliyyatın görüntüləri də ictimailəşdirildi. Məlumdur ki, Prezident son aylar ərzində həyata keçirdiyi yeni icra hakimiyyəti təyinatlarında rüşvət və korrupsiya faktlarına xüsusi olaraq toxunmuş, bu cür qanunsuz əməllərlə məşğul olan məmurların sərt şəkildə cəzalandırılacağını bildirmişdi.
Tovuz RİH-də “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının məsələsi üzrə komissiyanın uşaqlarla iş üzrə baş mütəxəsis” vəzifəsində çalışan, icra başçısının sağ əli "pul yığanı" “şillə vuranı” Əsgərov Sahib Cahangir oğlu "yuxarıların" tapşırıq və tövsiyələrini heçə sayaraq öz bildiyi kimi hərəkətlər edir. İcra hakimiyətində baş mütəxəsis vəzifəsini daşımasına baxmayaraq Tovuz rayonu ərazizində sahibkarlıqla məşğul olmaq istəyən, şəxsi ev və obyekt sahibləri mütləq onun "qəbulunda" olmalı və onun haqqını ödəməlidirlər. Şəxsən mən Sahib Əsgərovun dalınca 1 ay gedib-gəlmişəm. Bir yaxın yoldaşın qohumu rəhmətə getmişdi. Rəhmətə gedən qadının kimsəsi olmadığından əmlakı vərəsəliklə qardaşının adına keçəcəkdi. Onlarda çox gedib-gəldikdən, aylarla Sahib tərəfindən süründürüldükdən sonra mənə müraciət edib kömək istədilər. Mən də dəfələrlə Sahib Əsgərovla görüşdüm. Müsbət cavab ala bilmədim. Buradan belə bir sual meydana çıxır. Tovuz RİH-də“Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının məsələsi üzrə komissiyanın uşaqlarla iş üzrə baş mütəxəsis” vəzifəsində çalışan Sahib Əsgərov hansı səlahiyət sahibidir ki, vərəsəliklə bacıdan qardaşa keçən əmlak onun razılığı ilə olmalıdır. İkinci bir məsələ onun savadsız olmas və bu işlərdə anlayışının olmamasıdır. Sahib Əsgərov məndən tələb edir ki, sən evin altına düşən torpaq sahəsinin sənədini mənə təqdim etməlisən. Mən onu başa salmağa çalışdım ki, həmin ev 1972-ci ildə inşa edilmişdir. Köhnədən qalma və yaxud da inşa edilmiş evlər alqı-satqı, bağışlanma, vərəsəlik vaxtı altının torpağı ilə birlikdə alqı-satqı predmeti olmuşdur. Ona ayrıca torpaq sənədi verilmirdi.
İcra başçısı təyinatının ilk günlərindən bir qədər vaxt keçdikdən sonra, onu rəhbərlik etdiyi qurumda “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının məsələsi üzrə komissiyanın uşaqlarla iş üzrə baş mütəxəssis vəzifəsinə təyin edir. RİH-nin başçısı vəzifəsinin icraasına başldığı ilk günün ilk anlarından “Aptek Sahib”i özünün “sağ əl” hesab edir və bu şəxsə qeyri-adi səlahiyyətlər verir. Sahib Əsgərov ona rayon rəhbərliyi tərəfindən verilmiş qeyri-adi səlahiyyətlərdən mütəmadi yararlanır və heç bir əsas olmadan iş adamlarından, fərdi yaşayış evləri inşa etdirənlərdən, hətta hansısa obyek inşa etdirmək istəyənlərdən və s. zorən rüşvət tələb edir. Belə bir səbəblər üzündən, bu şəxsin atdığı addımlara qarşı rayon sakinləri arasında kəskin narazılıq hissi də baş qaldırır.
Onunla razılaşmayanlar, əks təqdirdə təziqlərə məruz qalacaqdır. Sahib tərəfindən elə təziqlərə məruz qalan insanlardan biri də mənəm. Sahib Əsgərov vəzifəsindən sui-istifadə edərək Ali Məhkəmənin qərarı ilə Oruc Əhmədova məxsus 0.07 ha həyətyanı torpaq sahəsini boşaltmaq niyyəti yoxdur.Sahib,Sahibin bacısı qızı və onun həyat yoldaşı Elfaq həmin torpaq sahəsində oturub oranı boşaltmaq istəmirlər. Sahib Əsgərovun bir yaxın adamı mənə məlumat verdi ki, həmin torpaq sahəsi Bakı-Qazax avtomobil yolunun kənarında yerləşməsi, yaxşı “obyekt” yeri olması Sahibi hərəkətə keçirib,həvəsləndirib. Ona görə də hansı yolla olur-olsun həmin torpaq sahəsini əldə edib “obyekt” tikmək istəyi var. “Obyekt” yeri olduğu üçün hansı vasitə ilə olur olsun həmin torpaq sahəsini boşaltmamaq və əldən verməmək, sahiblənmək. Adı Sahibdi bütün rayonu sahiblənib. Tamahı çox böyükdür...
Ali Məhkəmənin 2 qərarı, Gəncə Apellyasiya Məhkəməsinin 2 qətnaməsi, Gəncə İnzibati İqtisadi Məhkəməsinin 2 qətnaməsi olmasına baxmayaraq Tamamın davamçısı Elfaq və onun “dayı”-sı Sahib yenə də iddia edir ki torpaq ona məxsusdur.
06.02.2020 ci il tarixdə Tovuz İcra və Probasiya Şöbəsinin 2 məmuru, Tovuz Kadastr İdarəsinin 1 məmuru, Qovlar Polis bölməsinin 2 polisinin iştirakı ilə Ali Məhkəmənin qərarı ilə Abbasov Elfaq Bayram oğlu tərəfindən zəbt olunmuş torpaq sahəsi tikinti materiallarından təmizlənmiş və aktla mənə təhvil verilmişdir. 13.02.2020 ci il tarixdə həmin torpaq sahəsinə tikinti materialları apararkən Elfaq və onun qohumları, qadınlar bizə hücum edib, söyüşlərlə təhqir edərək tikinti materiallarını boşaltmamıza mane oldular. Mən 102 xidmətinə məlumat verdim. Qovlar Polis Bölməsinin polisləri hadisə yerinə gəldilər. Elfaq və onun qohumları polisləri də 3 saat həmin sahəyə buraxmadılar. Tovuz RİH də məmur olan Əsgərov Sahib vəzifəsindən sui-istifadə edərək torpağın boşaldılmaması üçün polisə təziq etmişdir. Bundan başqa İcra Başçısının sağ əli olmasından, tutduğu vəzifəsindən sui istifadə edərək RİH nin hüqüqşünası Svetlanadan tələb etmişdir ki, bacısı qızının həyat yoldaşı Elfaqa kömək etsin, torpaq boşaldılmasın. Svetlana da Şəmkirdə vəkil işləyən Xalidədən xahiş etmişdir ki, bu məsələdə onlara kömək etsin, Xalidə də öz növbəsində onlara söz vermişdir ki, kömək edəcək".
İddia olunanlarla bağlı dia.az olaraq bütün tərəfləri dinləməyə hazırıq...
Tarix: 10-07-2020, 08:15
-
Bu gün, 09:45
Abdin Fərzəliyevlə Hacı Məhərrəm “My Beach” restoranının ərazisini genişlədirir - VİDEO
-
Bu gün, 09:39
Deputat Ağalar Vəliyevin oğlunun "Kristal"ında böyük miqdarda borclanma
-
Dünən, 23:17
Peşə Təhsili Agentliyində kadr xaosu - Boş ştatlar, bölüşdürülən maaşlar …
-
Dünən, 23:16
Mossad İranda nə etməyi planlaşdırır: Gizli əməliyyatları genişləndirmək və...
-
Dünən, 22:38
Zakir İbrahimovun oğlunun mediadakı arxivi: "Qızıl Oğlan", Şübhəli Tenderlər və "PP" Seriyalı Lüks Həyat
-
Dünən, 22:27
Bakıda mühüm yenilik: Əliyev məsələ qaldırmışdı, ölkənin rolu dəyişdi
-
Dünən, 22:12
Gigiyena və Epidemiya Mərkəzində DAVA: iş otağında həmkarını döydü
-
Dünən, 22:07
Əli Əsədovun biznes və tikinti imperiyası...-FOTO/ VİDEO
-
Dünən, 22:06
AAYDA-nın İdarə rəisi niyə təşviş içindədir? - Nazim Eynallı dövlətə xidməti reklama çevirib
-
Dünən, 15:53
Kamaləddin Qafarovun şirkətləri 4 ayda 16 milyonluq tender qazanıb?
-
Dünən, 15:44
AAYDA Ağdam-Xankəndi yolunun təmirini yarımçıq qoydu – Video
-
Dünən, 11:34
"DİM dövlətin qurumudur, kiminsə şəxsi müəssisəsi deyil" - İlqar Orucovdan sərt REAKSİYA
-
Dünən, 11:24
13 milyonluq mənfəət, yoxsa 251 milyonluq likvidlik kəsiri? – "AccessBank"-da nə baş verir?
-
Dünən, 11:22
Təhsil sistemində NƏLƏR BAŞ VERİR?.. - İLGİNC İDDİALAR
-
Dünən, 11:12
Şamaxı səhiyyəsində MÖCÜZƏLİ RƏHBƏR - TƏBİB-in köhnə şefi bilirdi... təzə şef də indi BİLDİ!
-
Dünən, 11:08
Tibbi sığorta: KAĞIZ ÜZƏRİNDƏ GÖZƏLDİR... - AMMA REALDA...
-
Dünən, 10:09
“Neqodnı”lar hərbi xidmətə çağırılacaq?
-
Dünən, 10:01
Qərbin sərhədimizdə “yumşaq nəzarət” qərarı - ZİBİLƏ DÜŞMÜŞÜK...
-
Dünən, 08:23
ABŞ ordusu İranla əlaqəli 13 gəminin ələ keçirildiyini açıqlayıb
-
Dünən, 08:21
Bu agentliydə qalmaqallı iclas - Eşqi Bağırovun sərt çıxışı nəyə hesablanıb?
-
Dünən, 08:15
Özünü bank əməkdaşı kimi təqdim edərək kartdan pul oğurlayan şəxs saxlanılıb
-
Dünən, 08:08
Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu bir araşdıran olsa... - İLGİNC FAKTLAR...
-
Dünən, 08:07
"Gold Concept Mobilya"nın külli miqdarda borcu var
-
Dünən, 08:03
Səhiyyə sisteminin YAŞ HƏDDİ BƏLASI - BELƏ DAVAM EDƏRSƏ...
-
16-04-2026, 22:50
İran bu savaşdan nə qazandı? – Müharibənin davam etməsini istəyən QÜVVƏLƏR
-
16-04-2026, 21:57
"Azərbaycanla Ermənistan arasında ticarətin birdən-birə bərpasını gözləmək düzgün deyil, lakin..." - TƏHLİL
-
16-04-2026, 21:31
Rusiyanın Odessaya hücumlarında 9 nəfər ölüb, 23 nəfər xəsarət alıb
-
16-04-2026, 21:27
Elmar Vəliyevin kadrları Gəncədə yeni qarşıdurma riski yaradıb - NARAZILIQ VAR...
-
16-04-2026, 21:25
İTM daha bir milyonluq tenderə hazırlaşır: Bu dəfə kim udacaq?
-
16-04-2026, 18:07
"Mahal MTK"dan şikayət: Çıxarış və lift yox, mansartda qanunsuz mənzillər (VİDEO)