Karantinin ilk “qurbanı”: Ağcabədi başçısı yola salınır - İDDİA

Ölkədə baş verənlər və pandemiyanın yaratdığı gərginlik, habelə, karantin rejimi dövründə kimin özünü necə aparması yeni “qurban”lar yetişdirir.
Koronavirus pandemiyasının bir siyasi sınaq olduğunu nəzərə alsaq, bir neçə iri fiqurun, vəzifəli şəxsin yaxın gələcəkdə başının gedəcəyi istisna deyil.
Reportyor.info-ya sızan xəbərə görə, hazırda çamadan ovqatında olan və vəziyyəti tükdən asılı qalan məmurlardan biri də Ağcabədi rayon icra başçısı Rafil Hüseynovdur.
Onun Masallıda İH başçısı olarkən korrupsiya əməlləri, bələdiyyələrin üzə çıxan mənimsəmələri barəsində təftiş aparılmasına səbəb olub.
Eyni zamanda Ağcabədiyə gəldiyi vaxtdan etimadı doğrultmaması, əhalini razı salan, alqışına səbəb olan bir addım atmaması R.Hüseynovun postundan gedişini şərtləndirib.
Əldə etdiyimiz xəbərlərə görə, bunun üzərinə Yasamal hadisəsində adının keçməsi və oğlu Şəhriyar Hüseynovla bağlı tirajlanan informasiyalar icra başçısının vəzifəsindən azad olunması riskini artırıb.
İddialar səslənir ki, dövlət rəhbərliyi Ağcabədi İH başçısına qəzəblidir və müxtəlif hadisələrdə adının çəkilməsi R.Hüseynovun vəziyyətini qəlizləşdirib.
Xüsusən “Yasamal işi”ndə icra başçısının adının keçməsi onun üçün ən “zəif bənd” kimi qiymətləndirilir. R.Hüseynovun reputasiyası ciddi şəkildə zədələnib və onun vəzifəsində uzun müddət qalacağı gözlənmir.
Həmçinin, icra başçısının Masallıda işlədiyi dövrdə ayağında külli miqdarda yeyinti qaldığı iddia edilir. Hətta xəbərlər gəzir ki, Masallıda bələdiyyə sədrlərindən biri saxlanıb və araşdırmalar zamanı böyük korrupsiya şəbəkəsi üzə çıxıb.
Gələn informasiyada deyilir ki, bu proseslərin başında R.Hüseynovun dayandığı aydınlaşıb. Ardınca, prezidentə onun yaxşı kadr kimi təqdimatının verilməsi və Ağcabədiyə təyinat alması özünü doğrultmadı. Göründü ki, ölkə başçısına öz maraqlarını güdən kuratorlar yanlış təqdimatlar veriblər.
Bunun nəticəsidir ki, R.Hüseynov Ağcabədidə camaatın ürəyincə olan bir addım atmayıb, sakinlərin dərdinə şərik çıxmayıb, hansısa sosial problemin həllinə kömək etməyib.
Qeyd edək ki, bir müddət əvvəl R.Hüseynovun və oğlunun Novxanıdakı villalarının fotoları yayımlanmışdı. İddia edilirdi ki, Masallının icra başçısı bu tikiliyə 5 milyon manat xərc çəkib.
Bundan başqa, Masallı sakini Nəzərova Zəminə Ağabala qızı ölkə başçısına yazmışdı ki, sahibkarlıq fəaliyyətlərini inkişaf etdirmək istəyibr. Ancaq Rafil Hüseynov onlara əngəl yaradıb.
Baş memarı Abbas Mikayılov onunla görüşərək 10 000 manat pul tələb edib. Bu pulun isə Rafil Hüseynova çatacağını bildirib. Z.Nəzərova bu məbləği verməkdən imtina etdiyi üçün icra başçısının göstərişi ilə təzyiqə məruz qaldığını iddia edib.
O bildirirdi ki, bundan sonra icra başçısı obyekti tikməyə icazə verməyib və əraziyə polis dəstəsi göndərib.
Nəzərova icra başçısı tərəfindən verilən göstəriş əsasında döyüldüyünü söyləmişdi. Rayonun Xalıcallı kəndində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Quliyev Vidadi Mahmud oğlu da narazılıq edirdi. Rafil Hüseynov başda olmaqla, qurumda çalışan ayrı-ayrı vəzifə sahibləri yerli sahibkara qarşı qənim kəsilmiş, onu gözümçıxdıya salmışdılar.
Bir qədər əvvəl Hesablama Palatasının rayonda apardığı yoxlamalar nəticəsində 50 milyon manatın təyinatına uyğun olaraq xərclənmədiyi məlum olub. Daha doğrusu 15 milyon manat hansısa yollarla silinsə də, 35 milyon manat pulun hara xərcləndiyi məlum olmayıb.
Mətbuatda dərc olunan məlumatlarda bildirilir ki, son zamanlar Rafil Hüseynov yeni bizneslə də məşğul olmağa başlayıb.
Belə ki, Masallı rayon Viləş çayının Digah kəndindən qum daşıma biznesi yaradılıb və buradan əldə olunan gəlir bir başa icra başçısına çatdırılır.
Beləliklə gördüyünüz kimi adi bir rayonun icra başçısının nələrə qadir olduğu aydınlaşır.
Tarix: 16-06-2020, 13:48
-
Bu gün, 17:17
Səhiyyədə "tarix" yazan müəllim: Şəki xəstəxanasında qanunsuzluq iddiası VİDEO
-
Bu gün, 17:05
Dövlət xəstəxanalarından gileyləndi: “350-600 manata müayinə“
-
Bu gün, 16:55
Azərbaycanda boşanma çətinləşə bilər – Qaydalar sərtləşir, cərimələr gəlir?
-
Bu gün, 11:34
Azərbaycanın bu şəhəri 1990-cı illərdə qalıb-VİDEO
-
Bu gün, 10:11
MƏMUR YOXSA XULİQAN? — Dövlətin layihəsi vətəndaşın evini yağmalamaq, onu küçələrə atmaq deməkdir?!
-
Bu gün, 10:09
Deputata məxsus olduğu deyilən şirkət 35 milyonluq tenderi ...
-
Dünən, 23:31
Göygöldə Milli Yaylaq Festivalında səhnə uçub, yeddi nəfər xəsarət alıb - YENİLƏNDİ
-
Dünən, 23:20
Yəmən ABŞ-yə İrana müdaxilə zamanı dəstək verəcək ölkələrdən biri ola bilər- POLİTOLOQ
-
Dünən, 15:49
"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Mərkəzi Xəstəxanasından ŞOK İDDİA
-
Dünən, 15:42
Məqsəd kitabxanaçını qiymətləndirmək idi, yoxsa onu işdən çıxarmaq ?
-
Dünən, 13:27
QARABAĞ QAZİLƏRİNİN QAZİ JURNALİST VÜQAR MƏMMƏDOVU MÜDAFİƏ KOMİTƏSİNİN BƏYANATI
-
Dünən, 13:24
Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...
-
Dünən, 12:19
Zakir Quliyev də KOLXOZ yolunu seçib - İTTİHAM VAR...
-
Dünən, 12:17
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq - Milyonlar necə xərclənir?
-
Dünən, 12:17
Elnur Əliyev bütün təhsili nəzarətinə götürür - Narazı müəllim ordusu niyə yaradılır?
-
Dünən, 10:46
Satınalma mütəxəssisinin şirkəti "tenderlər kralı"na çevrilir - 3 milyonluq layihə
-
Dünən, 10:39
Masazırda torpaq qalmaqalı: “Anamın adına olan sahəni başqalarına satıblar“
-
Dünən, 10:31
Dövlət xəstəxanasında 2 MANATLIQ RÜSVAYÇILIQ: İcbari Tibbi Sığorta maklerlərin bazarına çevrildi!
-
Dünən, 10:18
Kamera sındıran "səhiyyə": Bioloji Təbabət Klinikasında baş verən bu özbaşınalığa kim dur deyəcək?
-
Dünən, 10:16
Yeni Azərbaycan Partiyası Tərtər Rayon Təşkilatının yaradılmasının 33-cü ildönümü qeyd olunub
-
24-07-2026, 23:17
"QoçƏt" biabırçılığı – İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!
-
24-07-2026, 23:06
“Dr. Gülü”nün daha bir əməliyyat görüntüsü yayıldı - VİDEO
-
24-07-2026, 23:02
49 mindən çox içkinin tarixinin dəyişdirildiyi aşkarlanıb - AQTA (FOTO)
-
24-07-2026, 22:51
Mədəniyyət Nazirliyi AYB-yə qarşı
-
24-07-2026, 22:49
Sığınacaqdakı peşə məktəbinin tikintisi dayandırıldı
-
24-07-2026, 22:39
Büdcə pullarına QƏNİM KƏSİLƏNLƏR - DƏLİXANADIR, VALLAH...
-
24-07-2026, 17:25
AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü (SİYAHI)
-
24-07-2026, 17:20
Açıq şəkildə görünür ki, dünya sürətlə böyük müharibəyə doğru gedir
-
24-07-2026, 17:17
Vəzifəli şəxslər həbs edildi - Məmməd Musayevlə əlbir olub 100 milyonu talayıblar
-
24-07-2026, 14:38
Alıcılara xəbərdarlıq: Bu kərə yağları SAXTADIR - ONA GÖRƏ DƏ...