Cəlilabadda sabiqlərin vəzifə davası... - İDDİA
Bir müddət bundan öncə Gundemxeber.Az saytı olaraq media üzərindən apardığımız araşdırmalar zamanı bəlli oldu ki, bu ilin aprel ayının 23-də Heydər Əliyev Fondu, ölkəmizin imkanlı şəxsləri və bir çox xeyriyyəçilər tərəfindən koronovirus (COVİD-19) pandemiyasına qarşı aparılan mübarizə tədbirləri çərçivəsində, Cəlilabad rayonunun Şiləvəngə kənd inzibati ərazi dairəsində yaşayan imkansız ailələrə, xəstələrə, əlillərə, yaşlılara göndərilmiş ərzaq yardımlarının, Cəlilabad rayon İcra Hakimiyyəti başçısının Şiləvəngə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Bağır Şirəliyev və onun müavini Rəşad Seyfullayev tərəfindən ələ keçirilib mənimsənilməsi haqda, bir çox media qurumlarda silsilə məlumatlar yayımlandı.
Yəni, yayımlanan məlumatlarda qeyd olunurdu ki, hər iki vəzifə sahibi ölkəmizin belə bir həssas vaxtlarında da, vəzifə səlahiyyətlərindən sui-istifadə edib göndərilmiş ərzaq yardımlarıının paylanması zamanı çoxsaylı qanunsuzluqlara yol verirlər. Belə ki, onlar ərzaq paylarını yaxın qohumlarına, tanışlarına, onlara bu və ya digər yollarla bağlı olan şəxslərə, hətta ayrı-ayrı imkanlı şəxslərə də verirlər.
Elə ki, imkansız ailələr yardım ala bilmədiklərindən aidiyyəti üzrə şikayətlərini təqdim edirlər, o halda rayon prokurorluğunda belə bir olayla bağlı araşdırma işlərinə başlanılır və aparılan araşdırmalar zamanı müəyyən olunur ki, inzibati ərazi nümayəndəliyinə daxil olan Adanalı, Şiləvəngə və Abışabad kəndlərində yaşayan əksər imkansız ailələrə ərzaq yardımları verilməyib. Hətta, Bağır Şirəliyevin mənimsədiyi ərzaq məhsulları, məhz onun yaşadığı evdən maddi sübut olaraq götürülür. Aparılan araşdırmalardan sonra Şiləvəngə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Bağır Şirəliyevin və onun müavini Rəşad Seyfullayevin bu cür qanunsuzluq əməlləri tam şəkildə ifşa olunur və hər iki vəzifə sahibi Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı cənab Namiq Zeynalovun əmri ilə daşıdıqları vəzifələrindən azad olunurlar. Belə bir olayla bağlı Cəlilabad rayon Prokurorluğunda cinayət işinin başlandığı və hər iki şəxsin cinayət məsuliyyətinə cəlb olunduqları da bildirilir. Bir media qurumu olaraq yaşanan bu cür biabırçılıqlar bizim də diqqətimizi cəlb etdiyindən, bəzi mətbu qurumlarda yayımlanan məlumatların varlığını əsas tutaraq, bir müddət bundan öncə Gundemxeber.Az saytında “Görəsən Cəlilabadda “yetim malı”nı ələ keçirənləri hansı cəza gözləyir?” başlıqlı tənqidi açıqlama yayımlamışdıq. Bugünlərdə isə, hər iki şəxsin atdıqları addımlarla bağlı Cəlilabad rayon Prokurorluğunda hansı cəza tədbirlərinin görülməsi və bu haqda müəyyən məlumatların əldə olunması üçün, həm Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri cənab Fuad Ələsgərova, Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə, həm də Cəlilabad rayon prokuroru cənab Taryel Ələkbərova Gundemxeber.Az saytı adından rəsmi qaydada sorğu məktubu da ünvanlamışıq ki, yaxın vaxtlarda müəyyəm mətləblərdən xəbərdar ola bilək.
Son vaxtlar isə əldə etdiyimiz bəzi şifahi məlumatlara görə, Şiləvəngə kənd inzibati ərazi dairəsi üzrə sabiq nümayəndəsi Bağır Şirəliyev və onun müavini Rəşad Seyfullayev bir daha daşıdıqları vəzifələrinə sahiblənmək istəyirlər və belə bir istəklərini həyata keçirmək üçün müxtəlif variantlara da əl atırlar. Amma, onu da unutmaq olmaz ki, onların atdıqları addımlar bir müddət bundan öncə ölkə gündəmini zəbt edən əsas mövzulardan birinə çevrilmişdi. Düşünürük ki, əgər hər iki şəxs belə bir istəklərini reallaşdırarlarsa, o halda Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı cənab Namiq Zeynalov böyük bir məsuliyyəti öz üzərinə götürmüş olur. Hətta, bu azmış kimi RİH başçısının adı və bu yöndə atacağı addım, yəqin ki, həm medianın, həm də geniş ictimaiyyətin ciddi müzakirə mövzusuna çevriləcək. Gundemxeber.Az saytı olaraq belə bir məlumatlar əldə etmişik ki, Cəlilabad RİH-nin bugünkü icra başçısı olduqca müdrik, olduqca hazırlıqlı, atacağı hər bir addımı yüz ölçüb bir biçən, ölkə rəhbəri cənab İlham Əliyevin etimadını doğruldan, yürüdülən dövlət siyasətini lazımınca dəstəkləyən, bir sözlə dövlətini və xalqını sevən, dövlətçiliyimizin varlığını müdafiə edən bir şəxsdir. Ona görə də, RİH-nin başçısı tərəfindən belə bir addımın atılması, yəni hər iki şəxsin daşıdıqları vəzifələrə bir daha təsdiq olunmaları heç də inandırıcı görünmür. Mövzunu diqqətdə saxlayacağıq.
GundemXeber.Az
Tarix: 13-06-2020, 10:37
-
Bu gün, 11:22
PENSİYALARA DAİR “HUMANİST MİNNƏT”... - Və ya “çox humanist” pensiya sistemimizdən pensiyaçılar niyə narazıdır?
-
Dünən, 22:37
Kəmaləddin Qafarovun şirkəti cərimə edilir
-
Dünən, 22:33
"Dollar Cavid” haqqında yazılan məqalələr saytlardan yoxa çıxır: Tanrının, yoxsa pulun möcüzəsi?
-
Dünən, 12:48
"Azernuts"ı cərimə gözləyir
-
Dünən, 09:11
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
-
20-11-2024, 12:40
Marketin adını “Zəfər” qoyub, su soyuducularına səkidə “düzülüş” verən sahibkar - FOTO
-
20-11-2024, 11:07
NİYƏ 285 MANAT?... - Və ya bir ailənin aylıq minimum yaşam xərci nə qədərdir?
-
20-11-2024, 10:52
COP29 günlərində Bakıda “yaşıl soyqırım” - Nərimanov sakinləri icra hakimiyyətini və tikinti şirkətini ittiham edirlər
-
20-11-2024, 10:51
Məmurlar varlanır, müavinət 1 manat artırılır - Gələcəyin əsgəri üçün...
-
20-11-2024, 10:50
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu
-
19-11-2024, 20:33
Ahıl ana ölkə rəhbərliyindən kömək istəyir: “Mənim oğlumu dələduz məmurlardan qoruyun”
-
19-11-2024, 11:47
Bərdədə QOÇULUQ EDƏN KİMDİR? - GİLEY
-
15-11-2024, 15:00
"Bu binadan ev alan 100 dəfə düşünsün..." “Greenville Residence”
-
15-11-2024, 14:14
Naxçıvanda BALIQ BİZNESİ İNHİSARA ALINDI... - BU NƏDİ BELƏ?..
-
15-11-2024, 14:11
Məhkəmə “Avrora” şirkəti ilə bağlı cərimə qərarı çıxardı
-
15-11-2024, 10:03
“Şaurma N 1″ restoranının şəriki Aqil Babayevin işində DTX araşdırması!
-
11-11-2024, 12:58
Ukrayna orudusu Donetskdə hücuma başlayıb: mövqelərin bəziləri geri qaytarılıb
-
11-11-2024, 11:44
Yoldaş İsayev bununla nə demək istəyir ki?.. - SAĞ OL SƏNİ...
-
6-11-2024, 22:20
Vahid Ələkbərovun "Yelo Bank"ından Bayrağımıza laqeydlik - Görürlər, yerdən götürmürlər...
-
6-11-2024, 22:04
Tərtərdə 1 milyon 700 min manatlıq korrupsiya - 4 icra nümayəndəsinə töhmət verilib
-
6-11-2024, 21:59
"Veysəloğlu" içi qurdlu şokolad satır, müştəri PA-ya müraciət etdi
-
6-11-2024, 14:06
Tramp qələbəsini elan etdi: “Tarix yazdıq”
-
6-11-2024, 14:04
9 saylı xüsusi internat məktəbinə XÜSUSİ qəbul qaydası - İDDİA
-
6-11-2024, 13:53
“Gözü çıxan qardaşından” ibrət – Könüllü müdafiə dəstələri
-
6-11-2024, 13:51
Zabrat qəsəbəsinin bitməyən kanalizasiya problemləri - RƏSMİ QURUMLAR ŞİKAYƏTLƏRƏ ƏHƏMİYYƏT VERMİR
-
6-11-2024, 13:50
“Amnesty İnternational” anti-Azərbaycan “xor”a qoşuldu - NƏ BAŞ VERİR?
-
4-11-2024, 21:42
Emin Əmirullayev “Fərid” firması ilə yenə anlaşdı: bu dəfə 6.6 milyona
-
1-11-2024, 21:39
Sumqayıtı "yaşıllaşdıran" Nuranə Zeynalova kimdir? - Əli Həsənovun qardaşı ilə Fərəcovun "yaşıllıq siyasəti"
-
1-11-2024, 21:38
Səfər Mehdiyevlə bağlı pensiya qalmaqalı böyüyür – Daha üç keçmiş gömrükçü məhkəməyə üz tutdu
-
1-11-2024, 21:35
Nurlan Həsənovun Sloveniya macərası - ŞOK İDDİA