AQTA-nın Şamaxıdakı rəisi qəssabları necə “cəzalandırır”?
İsmayıllının Kürdmaşı kənd sakini Quliyev Tural Ramiz oğlu və AşıqBayramlı kənd sakini Zülfüqarov Anar Valeh oğlu qəssablıqla ailələrini dolandırırlar.
Reportyor.info-ya gələn xəbərə görə, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları xəbərdarlıq etmədən, heç bir irad bildirmədən dükanı bağlamaq qərarına gəliblər.
Dükan sahibləri AQTA əməkdaşlarına İsmayıllıda eyni şəraitdə olan digər ət dükanlarını misal gətirərək niyə məhz onların dükanın bağlanması səbəbini soruşublar. Lakin cavab ala bilməyiblər.
Hazırda iki ailə yaşamaq üçün vacib olan gəlir yerindən məhrum olub. Onlar bu haqsızlıq barəsində Prezident Admistrasiyasına, Kənd Təsərrüfatı Nazirliyinə, İsmayıllı rayon icra hakimiyyətinə, AQTA-ya şikayət ünvalayıblar.
Şikayətlərinin ünvanına çatması barədə bildiriş gəlməsindən xeyli vaxt keçsə də, cavab gəlməyib. AQTA-nın Şamaxı regional bölməsinin rəisi İrfan İsgəndərov isə şikayətçi vətəndaşlardan heyf çıxır.
Hər şey şikayətçilərin AQTA əməkdaşları tərəfindən sanitar qaydalara əməl etməyən ət dükanlarına rüşvət müqabilində saxta arayış verilməsi şikayətlərindən sonra başlayıb.
Belə ki, AQTA əməkdaşlarının rüşvət alaraq saxta arayışlar verməsi şikayəti Şamaxı regional idarəsinin müdirini “əsəbləşdirib”. O da məhz şikayətçilərin ət dükanının bağlatdırıb.