Şəmkirdə Əbülfəs Qarayev ab-havası... - Hələ də davam edir...
Mədəniyyət Nazirliyində aparılan təmizliyin məntiqi sonu Əbülfəz Qarayevin nazir titulunun qarşısına eks nazir sözü əlavə edilməklə bitdi. Hamının ümidlə yeni naziri gözlədiyi bəllidir. Köhnə idaretmədən miras qalan kadrlar bərk təşvişdədirlər.
Yeni nazir də özü ilə yeni qanunlar, yeni idarəetmə sistemi gətirəcək. Prezidentin yeni təyin etdiyi kadrlara tövsiyyəsi hamının yadındadır.
Təmiz işləyin, xalqa yaxın olun!
Yeni Mədəniyyət Naziridə bu tövsiyyələrə əsasən işləyəcəyinə ümid edirik! Köhnə, bulaşmış kadrlar getməlidirlər. Kiminsə qohumu, kiminsə adamı olaraq vəzifəyə gələnlərlə sağollaşmaq vaxtıdır.
Qeyd etmək müavinlərinin həbsindən sonra zatən Əbülfəz Qarayevin gedəcəyi zaman məsələsi idi. Bunlar piramidanın başı idi, indi qalır piramidanın aşağı hissəsi.
Sabiq vergilər naziri Fazil Məmmədovun adamı kimi tanınan Höccət Əsədullayev haqqında ictimai rəy belədir ki, o, çox çevik, gözüaçıq adamdır. Pul haradadırsa, Höccət də oradadır. Tərəddüd etmədən biznesdən QHT-yə, oradan da müsabiqəsiz-filansız dövlət qulluğuna keçid ala bilir.
O vaxt hamıya maraqlı gəlmişdi, görəsən, Şəmkir Regional Mədəniyyət İdarəsinin hansı özəllikləri bu idarənin rəisi vəzifəsini Əsədullayevə cazibədar göstərib. İnandırıcı deyildi ki, indi aldığı maaş keçmiş nazirin ailə holdinqi sayılan “Synergy Group» ASC-nin Biznesin İnkişafı üzrə menecerinin aldığı məvacibdən üstün olsun. Aydın məsələydi ki, ortada başqa faktorlar vardır. Həmin faktorları sadalamağa keçməzdən əvvəl bir tarixçəni yada salmaq istəyirik. Etibarlı mənbədən öyrənmişik ki, H.Əsədullayevin qaynatası vaxtilə Bakının Nərimanov rayon İcraiyyə Komitəsində I katib vəzifəsində işləyəndə Əbülfəs Qarayev də onun rəhbərliyi altında çalışıbmış. «Çörək itirməyən» Ə.Qarayevin gözü daim keçmiş rəhbərinin kürəkəninin üstündə olub. Qarayev bir müddət onu nazir həmkarı F.Məmmədova «əmanət edib». Regional idarələr yarananda isə fürsəti dəyərləndirərək, Höccət Əsədullayevi artıq ona «doğmalaşmış», «cikinə-bikinə» yaxşı bələd olduğu Şəmkir rayonunda «babat» vəzifəyə yerləşdirib. Xatırladaq ki, Şəmkir Regional Mədəniyyət İdarəsinin tərkibinə Şəmkir, Gədəbəy, Daşkəsən, Göygöl rayonlarının mədəniyyət bazalarında olan idarələr daxildir. Rəis vəzifəsinə təyin olunan kimi özünün kadr islahatına başlayan H.Əsədullayev irəli sürdüyü şərtlərə əməl etməyən, «qılıncına boyun əyməyən» mədəniyyət işçilərini vəzifəsindən qovmağa başladı. Onun kadr siyasətindən narazı qalanlarla məhkəmə çəkişməsi uzun sürdü.
Məhz H.Əsədullayevin rəhbər vəzifəyə gəlməsi ilə Şəmkirin və yuxarıda adları çəkilən digər rayonların mədəniyyət müəssisələrinin müdirlərinin qara günləri başladı. Musiqi məktəblərində müəllimlərin dərs bölgüsündə ədalət prinsipləri pozuldu. Məktəblərə tutumlarından artıq sayda şagird qəbulu göstərilməsi, adları kağız üzərində gedən, de-fakto işləməyən mədəniyyət işçilərinin, musiqi müəllimlərinin maaş kartlarının rəislərinin cibində olması, səyyar klublar, mobil kitabxanalar işləməyə-işləməyə onları «daşıyan» nəqliyyat vasitələrinə ehtiyat hissələri, yanacaq və sürtgü materiallarının silinməsi, yumşaq və sərt inventar və avadanlıqların dəyişdirilməsi adı ilə səmərəsiz xərclərə yol verilməsi, mədəniyyət müəssisələrinə gerçək ehtiyacları üzrə deyil, məhz onların rəhbərləri ilə korruptiv sövdələşmələr əsasında maliyyə vəsaitinin ayrılması və sair bu kimi neqativ hallar çoxaldı. Aşkar müşahidə olunur ki, kənd musiqi məktəblərində otaqların məhdud sayı və tutumu ilə şagirdlərin sayı arasında böyük fərq var. Şəraitsizliyə baxmayaraq, hər il məktəbə çoxlu sayda şagird qəbul olunduğu göstərilir. Məqsəd süni surətdə şagird sayının və ona adekvat olaraq dərs yükünün artıq göstərilməsi yolu ilə məktəbə mümkün qədər çox maliyyə vəsaitinin ayrılmasına nail olmaq, sonra da öz aralarında «pay-püşk» etməkdir.
Əgər günü bu gün Hesablama Palatası, Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi və Maliyyə Nazirliyi Şəmkir Regional İdarəsi üzrə Höccət Əsədullayevin hakimiyyəti dövründə büdcə vəsaitlərinin icrasının vəziyyəti ilə bağlı audit yoxlaması aparsa, məlum olar ki, Mədəniyyət və Turizm Nazirliyinin 1993-cü il iyunun 30-da təsdiq etdiyi «7 (8) illik uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin inzibati və xidmətedici heyətinin nümunəvi ştatı»nın tələblərinə əməl edilməyərək artıq ştat vahidləri saxlanılıb. Obyektiv araşdırılsa, aşkarlanar ki, Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli «Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əməkhaqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların)» məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında» Qərarının tələblərinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2011-ci il 17 noyabr tarixli Qərarı ilə təsdiq edilmiş «Mədəni-maarif, turizm müəssisələrində olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası»nın tələblərinə əməl edilməyərək artıq əməkhaqqı ödənilib, «Uşaq musiqi, incəsənət və rəssamlıq məktəbləri üzrə tədris planları»nın tələblərinə əməl edilməyərək artıq dərs saatları tarifləşdirilib, keçirilməyən dərslərə, sanatoriyada və xaricdə olan işçilərə əməkhaqqı ödənilib, yerinə yetirilməyən cari təmir işlərinə görə vəsait xərclənib, «Azərbaycan Respublikası vahid büdcə təsnifatı»nın tələblərinə əməl edilməyərək təyinatdankənar vəsait israf olunub. Dəqiq yoxlanılsa, həmçinin, üzə çıxar ki, «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikası Qanununun, «Kotirovka sorğusu prosedurunun təşkili və keçirilməsinə dair Təlimat»ın tələblərinə riayət edilməyərək məbləğ məhdudiyyətinin aradan qaldırılması məqsədilə vəsait ayrı-ayrı müqavilələrə bölünüb, satınalma keçirilmədən vəsait xərclənib, satınalma prosedurları haqqında məlumatların göstərildiyi hesabat tərtib edilməyib, ehtimal olunan qiymətlər düzgün müəyyənləşdirilmədiyindən alınmış mallara (işlərə və xidmətlərə) görə artıq xərcə, müəssisənin funksional fəaliyyətinə uyğun olmayan mallar alınmaqla səmərəsiz xərcə yol verilib, müqavilə şərtlərinə əməl olunmayaraq müqavilədə nəzərdə tutulmayan mal-material qiymətlilərinin alışı həyata keçirilib, təsdiq olunmuş müqavilə qiymətləri gözlənilməyərək artıq büdcə vəsaiti xərclənib, bağlanmış satınalma müqavilələri barədə məlumatları dövlət satınalmalarının rəsmi internet saytında yerləşdirilməyib. Təftiş keçirilsə, hətta ötəri, vizual müşahidədən bəlli olar ki, İdarənin nəzdində fəaliyyət göstərən bir sıra kənd klublarının, kitabxanaların və kənd mədəniyyət evlərinin fəaliyyət göstərməsi üçün müvafiq şərait yaradılmayıb, maliyyə hesabatları bəzi hallarda «Büdcə təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq mühasibat uçotunun təşkili və aparılmasına dair təlimat»ın tələblərinə uyğun tərtib edilməyib, müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri müvafiq illik maliyyə hesabatlarında düzgün əks etdirilməyib, əvəzsiz olaraq təhvil alınmış inventar, avadanlıqlar və kitabxana fondu uçota alınmayıb və s. Bir sözlə, mənbənin verdiyi məlumatlar əsasında deyə bilərik ki, Höccət müəllimin höccətliyi hesabına onun aylıq gəlirinin miqdarı təqribən 70-80 min manat civarındadır.
Etibarlı mənbədən aldığımız məlumata görə, Fazil Məmmədovun «günəşinin qürub etməsi» səbəbindən Əsədullayev də özünə başqa havadarlar tapıb. Ətəyindən yapışdığı şəxslərdən biri də 2006-2014-cü illər ərzində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyində nazirin köməkçisi, 2014-cü ilin iyul ayından 2018-ci ilin iyun ayınadək Mədəniyyət Nazirliyinin Aparat rəhbəri vəzifəsində işləmiş, 2018-ci ilin iyun ayından Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini vəzifəsində çalışan Rafiq Bayramovdur. Rafiq müəllimin əsas işi regional idarə rəislərinə vaxtaşırı (hər ay) yerinə yetirməli olduqları qeyri-leqal öhdəlikləri xatırlatmaqdan ibarətdir. Onunla ortaq olan bir “vacib” fiqur da Nazirliyin baş mühasibi Sima xanımdır ki, hansı idarəyə nə qədər maliyyə vəsaitinin ayrılmasında söz sahibidir. Prinsip çox sadədir: Hansı idarədən çox “otkat” qayıdırsa, ona da çox pul ayırılır. Təzadlı hal budur ki, bu siyasətlə ayaqlaşmağı bacaran idarələr məhz o idarələrdir ki, tabeçiliyində olan müəssisələrin çoxu işləmirlər. Yəni, yerlərdə klubların, kitabxanaların qapısının bağlı qalması lazımdır ki, onlara ayrılan vəsaitlər (istər pul, istər yanacaq və s.) sərf edilməyə-edilməyə kağız üzərində “təyinatı üzrə istifadə olunmuş” kimi göstərilsin, silinib mənimsənilsin. Məktəblərdə isə dərslərin heç keçilməməsi lazımdır ki, yazılan 24 dərs saatının ən azı 12-sinin pulu “yuxarıya” qaytarılsın, müəllim də işləməyə-işləməyə ona əmək stajı yazılması ilə qane olsun. Boyun əyməyənlərin dərs saatları kəsilir, müvafiq olaraq maliyyə təminatı azaldılır, özü də davamlı şəkildə, bir ildə iki-üç dəfə. Üstəgəl, həmin o az miqdarda dərs saatlarını məhz məktəbdə keçirmələri üçün nəzarət gücləndirilir. Müəllimlər regional idarənin rəisi tərəfindən yürüdülən bu dözülməz korruptiv siyasətdən, rayon nümayəndəlikləri arasında aparılan ayrı-seçkilik münasibətindən narazıdırlar. Haqlı olaraq etiraz edirlər ki, ölkə başçısı cənab İlham Əliyev vaxtaşırı olaraq əmək haqqlarının artırılması ilə qayğılandığı halda, Regional idarə maaşların artmış hissəsinin də xeyli qismini geri tələb edir. Məsələn, əgər maaşda 30 faiz artım olubsa, 10 faizlik hissə geri tələb olunur.
Maliyyə təminatı ən çox “qayçılanmaya” məruz qalan idarə isə Ağstafa Regional Mədəniyyət İdarəsidir. Çünki bu idarənin əhatə etdiyi zonaya aid rayonların mədəniyyət müəssisələrin rəhbərlərindən, məktəb direktorları və müəllimlərdən “otkat” yığmaq çətindir.
Hərçənd, Rafiq Bayramovun idarə rəisləri vasitəsilə ötürülən tələblərini yerinə yetirmək üçün “dünyası dağılan” müəssisə rəhbərləri də az deyil. Yerlərdə, ələlxüsus da Şəmkir Regional İdarəsinin tabeçiliyində olan musiqi məktəblərinin direktorları, klub və kitabxana müdirləri arasında vəzifədə qalmaq, “taqsa”nı ödəmək üçün borca girən, əmlakını banka girov qoyub yuxarı faizlə kredit götürən şəxslər də çoxdur. Hətta müflis olub intihar həddinə çatanların da olduğu deyilir.
Nazir müavini Rafiq Bayramovun gözüaçıqlıqda idarə rəisi Höccət Əsədullayevdən geri qaldığını düşünmək sadəlövhlük olardı. O da zamanın nəbzini tutmağı bacardığından islahatların çağırışına uyğun olaraq Prezident Administrasiyasında özünə havadar tapıb. Həmin şəxs barədə əlahiddə yazımız olacaq.
Deryaz.az
Nazir müavini Rafiq Bayramovun (həbs edilib) gözüaçıqlıqda idarə rəisi Höccət Əsədullayevdən geri qaldığını düşünmək sadəlövhlük olardı
Qeyd etmək istəyirik, MN-də rəhbər kadrların həbslərindən, Nazirin vəzifəsindən alınmasından sonra regionlarda baş verənlərlə məşğul olacaqlar.
Araşdırmada qeyd olunan faktlarla bağlı adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!
Tarix: 29-05-2020, 12:09
-
Bu gün, 11:22
PENSİYALARA DAİR “HUMANİST MİNNƏT”... - Və ya “çox humanist” pensiya sistemimizdən pensiyaçılar niyə narazıdır?
-
Dünən, 22:37
Kəmaləddin Qafarovun şirkəti cərimə edilir
-
Dünən, 22:33
"Dollar Cavid” haqqında yazılan məqalələr saytlardan yoxa çıxır: Tanrının, yoxsa pulun möcüzəsi?
-
Dünən, 12:48
"Azernuts"ı cərimə gözləyir
-
Dünən, 09:11
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
-
20-11-2024, 12:40
Marketin adını “Zəfər” qoyub, su soyuducularına səkidə “düzülüş” verən sahibkar - FOTO
-
20-11-2024, 11:07
NİYƏ 285 MANAT?... - Və ya bir ailənin aylıq minimum yaşam xərci nə qədərdir?
-
20-11-2024, 10:52
COP29 günlərində Bakıda “yaşıl soyqırım” - Nərimanov sakinləri icra hakimiyyətini və tikinti şirkətini ittiham edirlər
-
20-11-2024, 10:51
Məmurlar varlanır, müavinət 1 manat artırılır - Gələcəyin əsgəri üçün...
-
20-11-2024, 10:50
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu
-
19-11-2024, 20:33
Ahıl ana ölkə rəhbərliyindən kömək istəyir: “Mənim oğlumu dələduz məmurlardan qoruyun”
-
19-11-2024, 11:47
Bərdədə QOÇULUQ EDƏN KİMDİR? - GİLEY
-
15-11-2024, 15:00
"Bu binadan ev alan 100 dəfə düşünsün..." “Greenville Residence”
-
15-11-2024, 14:14
Naxçıvanda BALIQ BİZNESİ İNHİSARA ALINDI... - BU NƏDİ BELƏ?..
-
15-11-2024, 14:11
Məhkəmə “Avrora” şirkəti ilə bağlı cərimə qərarı çıxardı
-
15-11-2024, 10:03
“Şaurma N 1″ restoranının şəriki Aqil Babayevin işində DTX araşdırması!
-
11-11-2024, 12:58
Ukrayna orudusu Donetskdə hücuma başlayıb: mövqelərin bəziləri geri qaytarılıb
-
11-11-2024, 11:44
Yoldaş İsayev bununla nə demək istəyir ki?.. - SAĞ OL SƏNİ...
-
6-11-2024, 22:20
Vahid Ələkbərovun "Yelo Bank"ından Bayrağımıza laqeydlik - Görürlər, yerdən götürmürlər...
-
6-11-2024, 22:04
Tərtərdə 1 milyon 700 min manatlıq korrupsiya - 4 icra nümayəndəsinə töhmət verilib
-
6-11-2024, 21:59
"Veysəloğlu" içi qurdlu şokolad satır, müştəri PA-ya müraciət etdi
-
6-11-2024, 14:06
Tramp qələbəsini elan etdi: “Tarix yazdıq”
-
6-11-2024, 14:04
9 saylı xüsusi internat məktəbinə XÜSUSİ qəbul qaydası - İDDİA
-
6-11-2024, 13:53
“Gözü çıxan qardaşından” ibrət – Könüllü müdafiə dəstələri
-
6-11-2024, 13:51
Zabrat qəsəbəsinin bitməyən kanalizasiya problemləri - RƏSMİ QURUMLAR ŞİKAYƏTLƏRƏ ƏHƏMİYYƏT VERMİR
-
6-11-2024, 13:50
“Amnesty İnternational” anti-Azərbaycan “xor”a qoşuldu - NƏ BAŞ VERİR?
-
4-11-2024, 21:42
Emin Əmirullayev “Fərid” firması ilə yenə anlaşdı: bu dəfə 6.6 milyona
-
1-11-2024, 21:39
Sumqayıtı "yaşıllaşdıran" Nuranə Zeynalova kimdir? - Əli Həsənovun qardaşı ilə Fərəcovun "yaşıllıq siyasəti"
-
1-11-2024, 21:38
Səfər Mehdiyevlə bağlı pensiya qalmaqalı böyüyür – Daha üç keçmiş gömrükçü məhkəməyə üz tutdu
-
1-11-2024, 21:35
Nurlan Həsənovun Sloveniya macərası - ŞOK İDDİA