Beyləqanda həbslər gözlənilir-baş həkimə cinayət işi açıla bilər

 


Beyləqandan Reportyor.tv-yə sensassion məlumat daxil olub.
Daxil olan məlumatlarda bildirilir ki, Beyləqan rayonunda ölkədə tətbiq edilmiş xüsusi karantin qaydalarının pozulması hallara yol verilib. Bu səbəblərdən də Beyləıqan rayonunda bir neçə vəzifəli şəxslər barəsində cinayət işi açılması ehtimalı yaranıb. Əldə etdiyimiz məlumatlarda bildirilir ki, karantin qaydalarının pozulmasına görə Beyləqan Mərkəzi Rayon Xəstəxanasının Poliklinika Şöbəsinin müdiri Fəxrəddin Quliyevin ərizəsi alınaraq işdən çıxarılmış, barəsində araşdırmalara başlanılmışdır.
F.Quliyev karantin rejimində Bakıya gəlmək istəyən vətəndaşlara saxta arayışlar verməkdə ittiham olunur.
Əldə etdiyimiz digər məlumatlara görə şöbə müdiri bu kimi qanunsuz hərəkətlərini -saxta arayışların verilməsini xəstəxananın baş həkimi Əli Məmmədovla birlikdə yazıb verirlərmiş.  
Mənbəmiz iddia edir ki, bunula bağlı rayon prokurorluğunda araşdırmalar aparılır və Əli Məmmədovunda istintiqa cəlb olunması bildirilir. Yaxın günlərdə Əli Məmmədovun da vəzifədən alınacağı həmin məlumatlar içərisindədir.
Qarşı tərəfində söz haqqını tanıyırıq.

Tarix: 17-05-2020, 13:10
Xəbəri paylaş



Xəbər lenti