Qəbələ rayon sakini müxbirimizə, rayon icra hakimiyyəti başçısı Səbuhi Abdullayevin korrupsiya imperiyası
və onun ortaqları barədə önəmli məlumatlar göndərib.
Onları sizə olduğu kimi təqdim edirik.
-Səbuhi Abdullayev 2009-cu ildən Qəbələnin İH başçısıdır, yəni 11 il ;
-1-ci müavin Abil Ağasəfov 2005-ci ildən işləyir, yəni 15 il ;
-Müavin Rahib Əhmədov 1991-cü ildən işləyir , yəni 19 il ;
-Müavin Arif Allahverdiyev 2005-ci ildən işləyir, yəni 15 il ;
-Baş memar Təbriz Abdulxalıqov 2009-cu ildən işlər, yəni 11 il ;
-Baş həkim Sabir Bayramov 1995-ci ildən işləyir , yəni 25 il ;
-Suvarma Sistemləri İdarəsinin rəisi Qudrət Həmidov , 2007-ci ldən işləyir, yəni 18 il ;
-Qəbələ şəhər İcra nümayəndəsi Dəmir Bağırov əvvəllər bələdiyə sədri idi, 1995-ci ildən işləyir, yəni 25 il ;
-Vəndam qəsəbə İcra nümayəndəsi İlham Bağırov , Xalq cəbhəsi dönəmində Meşə idarəsi rəisi idi, sonra şəhər icra nümayəndəsi işləyirdi , 1992-ci ildən işləyir, yəni 28 il ;
-Kommunal Müəssisələri Kombinatı rəisi Rəhman Həsənov , 2009-cu ildən işləyir, yəni 11 il ;
Səbuhi Abdullayev Qəbələdə İcra başçısı işlədiyi müddətdə Qəbələ şəhər və kəndlərinin abadlaşdırılmasına, küçələrin təmir və asfaltlaşdırılmasına , kənd təsərrüfatına , bələdiyyələrin inkişafına ,dövlət tərəfindən imkansız ailələrə ayrılmış vəsaitlərin, rayonda bütün digər sahələrin inkişafına ayrılmış vəsaitlərin 70 % -ni müxtəlif yollarla mənimsəmişdir. Bunu isbat etməkçün bütün aparılmış işlərin dərindən yoxlanılması yetərlidir. Bəzi misallar çəkək:
-Qəbələ şəhər Heydər Əliyev prospektində yağış sularının kənarlaşdırılması üçün yol kənarlarına yerləşdirliməli olan gizlin su arxlarına dövlət büdcəsindən 3000000 (üç milyon ) manat vəsait ayrılmışdır.Layihə yarımçıq icra edilərək pulun yarı qismi mənimsənilmişdir.
-Qəbələ şəhəri akademik Zərifə Əliyeva adına prospektə ayrılmış vəsait tam mənimsənilmişdir, heç bir iş icra edilməmişdir.
-Səbuhi Abdullayev Qəbələdən taladığı vəsaitin bir qismini Bakı şəhərində atası Məhəmməd Abdullayevə məxsus tikinti şirkətinə yatırmış, ayrı-ayrı adamların adına sayısız əmlaklar almışdır;
-Qəbələdə isə tikinti sahəsində Ceyhun, Cavid, Cəsarət adlı qardaşlarla iş ortaqlığı var.Bütün yatrımları onların adından edir. Məsələn, Qəbələ Palas şadlıq evi (dəyəri orta hesabla 3.5 milyon manat) , Qəbələ Ticarət adlı Tikinti materialları satışı bazası , müxtəlif mənzərəli yerlərdə tikilmiş 50-dən artıq kirayəlik evlər ona məxsusdur.
Ilham Əliyev əgər korrupsiyoner icra başçısı, dövlət məmuru "axtarırsa" buyursun burdan davam etsin.
Haqqında bu iddiyaları dərc etdiyimiz həmin məmurların, hökumət nümayəndələrinində arqumentlərinidə dərc etməyə hazırıq.
S. Qiyami
http://tetv.tv/index.php?newsid=9543&fbclid=IwAR24unnCIjhvd6KGWLcukoTb3US1X5C0OFsjHVODLkmHD3KDrXVMWtVW-GU#.XsDBzPZR3De
Tarix: 17-05-2020, 08:57