Qəbələnin SƏSSİZ TALANI... - İDDİA
Qəbələ Rayon İcra Başçısı Səbuhi Abdullayevin adı mətbuatda az hallanır. Ümumiyyətlə Rayon İcra Hakimiyyətinin internet portalı xaric, başçı haqqında kiminsə nəsə yazması mümkün deyil. Ona görə yox ki, başçı neqativ heçnə etmir. Sadəcə Səbuhi Abdullayev o qədər mürəkkəb biznes mexanizmi qurub ki, milyon manatlarla ölçülən biznesinin üzə çıxarılması qeyri mümkündür.
“Rusiyətdən pul göndərən qardaş” “mirası bacı uşaqlarına qalan rusiyadakı xala” FHN-da başçı ilə dost olan qardaş, tenderləri udan çiçəyi burnunda şirkət. “krosnu ustalığı”ndan Bələdiyyə sədirliyinə uzanan yol.
Səbuhi Abdullayev başçı təyin edildikdə Qəbələnin yarı xoş, yarı zor turizimləşmə prosesinə başlanılmasının əvvəlləri idi. Cənab başçı vəzifəsinə təyin olunan kimi ilk iş, FHN-da işləyərkən dostlaşdığı Ramil Əliyevi rayonun MERi təyin etdi. Daha sonra bu MER birdən birə səslərin çox hissəsinin toplayıb Bələdiyyə sədri olacaq. Amma elə həmin dövrdə Qəbələdə birdən-birə varlanan qardaşlarda diqqət cəlb etməyə başladılar. Qəbələ İnşaat qardaşları Cavid və Cəsarət Fizuli oğlu Babayevlər öncə rayonun mərkəzi xəstəxanasının yanında böyük əraziyə malik İnşaat malları satışı mağazası inşa etdirdilər, eyni zamanda qardaşlar bir ucdan Qəbələdən torpaqlar alır və həmin torpaqlarda kirayə verilmə üçün nəzərdə tutulmuş evlər inşa edirdilər. Həmin qardaşlar yaxşı da albi qurraşdırmışdılar. “Rusiyadakı qardaşımız pul göndərir”. Daha sonra qardaşların əlindəki pul dövriyyəsi Rusiyadakı qardaşlarının Forbesdə milyonçular siyahısına düşəcək həddə çatdığından onlar yeni bir mif qurraşdırdılar. “Rusiyada xalamız var, ona miras qalıb, bizdən başqa heç kimi yoxdu o mirasda bizə qalıb”.
Bəs bu qardaşları Başçı Səbuhi Abdullayev ilə bağlayan klik nöqtə nədir? Fövqalada Hallar Nazirliyinin Şimal Qərb Regional Mərkəzinin Rəis Müavini Babayev Ceyhun Fizuli oğlu sözü gedən qardaşların bir tayıdır.
(foto FHN-in saytından ekran görüntüsü kimi götürülmüşdür.)
Səbuhi Abdullayev FHN-da işləyərkən Ceyhun Babayevlə yaxın dost olublar Həmdə bir-birlərinə etibarları o dərəcədə olub ki, başçı milyon manatlarla ölçülən biznesini bu qardaşlara etibar edə bilib.
Qardaşların Rəhbərlik etdiyi təsisçisi Babayev Cavid Fizuli oğlu olan Şirkət “Qəbələ İnşaat” MMC 04.04.2018-ci il tarixində 200 azn nizamnamə kapitalı ilə dövlət qeydiyyatından keçib.
(foto Vergilər Nazirliyinin saytından ekran görüntüsü olaraq götürülmüşdür)
Nə sirr xudadırsa yenicə qeydiyatdan keçən şirkət elə 2018-ci ildə birdən birə Rayon İcra Hakimiyyəti tərəfindən elan edilmiş tenderləri udur. Diqqət etsəz görərsiniz ki, Tenderlərin bir qismi Mer tərəfindən elan edilib.
Bu hələ hamısı deyil, birdən birə Tikinti şirkəti olan Qəbələ İnşaat MMC elə birdən birədə işçilərə yumşaq inventar və xüsusi geyimlərin alınması ilə bağlı tenderlərdə udur. Qəbələ Rayon İcra Hakimiyyəti Tərəfindən 2019-cu ildə elan edilmiş Qəbələ Rayon İcra Hakimiyyəti müxtəlif mal və xidmətlərin alışını nəzərdə tutan 4 tenderidə Qəbələ İnşaat MMC udur.
Tenderlərin ümumi məbləği 112 min manat təşkil edib. Şirkətin qazandığı tenderlər və məbləğləri aşağıdakılardır:
Qəbələ Rayon İcra Hakimiyyəti məşğulluq tədbirlərinin həyata keçirilməsi üçün işçilərə yumşaq inventar xüsusi geyim ləvazımatlarının alınması (Mal materialların alınması) – 10490 AZN.
Qəbələ Rayon İcra Hakimiyyəti məşğulluq tədbirlərinin həyata keçirilməsi üçün işçilərə yumşaq inventar xüsusi geyim ləvazımatlarının alınması ( Yumşaq inventar xüsusi geyim ləvazımatlarının alınması) – 12973 AZN.
Qəbələ Rayon İcra Hakimiyyəti məşğulluq tədbirlərinin həyata keçirilməsi üçün işçilərə yumşaq inventar xüsusi geyim ləvazımatlarının alınması (Mal-material alınması) – 39 832 AZN.
Qəbələ Rayon İcra Hakimiyyəti məşğulluq tədbirlərinin həyata keçirilməsi üçün işçilərə yumşaq inventar xüsusi geyim ləvazımatlarının alınması (Yumşaq inventar xüsusi geyim ləvazımatlarının alınması) – 48194.5 AZN.
Və birdən birə yeni yaradılmış bir MMC nin ard-arda müxtəlif təyinatlı tenderləri udamsı mətbuatın diqqətini cəlb edir. 05.09.2019-cu il tarixində www.teref.az saytı məsələni araşdırmaq istəyinə düşür və bununla bağlı İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri Zahir Kərimovla əlaqə saxlayır və Zahir Kərimov bu gülməli açıqlamanı verir.
“Bax, ilk jurnalistsiniz ki, mənə zəng vurursunuz. Ancaq hamı yazır ki, tenderi niyə eyni şirkət qazanıb? Təxəyüllə bu məsələni araşdırmaq olmur axı. Gərək əlaqə saxlayasan, tanış olasan, mövzunun nədən ibarət olduğunu dərindən öyrənəsən. Bilirsiniz ki, tender şəffaf şəkildə həyata keçirilən bir prosesdir. Onun elanı respublika səviyyəli dövlət qəzetlərində dərc edilir. Rayon İcra Hakimiyyəti bu məsələdə sifarişçidir. Bizim üçün fərq eləmir bu işi kim görəcək. Tenderdə hansı şirkət qalib gəlirsə, işi də ona veririk. İndi elə zəmanədir ki, nəyisə gizlətmək mümkün deyil. Bu gün siz istəsəniz, mənim nə qədər əməkhaqqı aldığımı da öyrənə bilərsiniz. Çünki bu məlumatların hamısı mərkəzləşmiş sistemdə oturur. Tenderlə bağlı onu deyim ki, camaatı çaşdıran qalib MMC-nin adının Qəbələ olmasıdır. Yaxşı, həmin şirkətin adı Bakı olsaydı, söz-söhbət bitəcəkdi? Axı bu, doğru yanaşma deyil. Yəqin elandan da görürsünüz ki, hər 4 tender oxşar sahəni əhatə edir, əsasən yumşaq invertarların alınmasını özündə əks etdirir. Əgər biri mebel almaq, digəri yol çəkməklə bağlı olsaydı, hardasa şübhə üçün əsas olardı. İndi bu MMC özünə yaxın rayonun lazımi sifarişini daha səmərəli yerinə yetirməyə hazırdırsa, burada təəccüblü nə ola bilər ki? Tenderdə iştirak edən və uduzan başqa şirkət narazılıq etmirsə, onda jurnalistlər bundan niyə narahatdır? Hər halda, ilkin narazılığı alternativ rəqib şirkətlər ifadə etməli idi. Belə bir reaksiya yoxdursa, deməli, prosesin şəffaflığına şübhə ola bilməz”.
Bəli Zahir Kərimovunda dediyi kimi heçnə gizli qalmır, Amma Zahir Kərimov bir şeyi unudub ki, elə həmin şirkət bir neçə ay qabaq məhz tikinit və yol çəkməklə bağlı da tenderi udmuşdu.
Yuxarıda göstərilən faktlar kifayət qədər əsas verir ki, ulduzu birdən-birə parıldayan Babayev qardaşları ilə Qəbələ Rayon İcra Hakimiyyəti başçısı Səbuhi Abdullayevin biznes əlaqələrindən şübhələnək. Və bu şübhələrin dahada əsaslı olduğuna bizi inandıran bir neçə xırda nüans. Qəbələ İnşaat MMC tenderlə udaraq gördüyü işləri rayonda Guya bir iş adamı olaraq İcra Hakimiyyətinin təziqi ilə etdiklərini dillərə dolayırlar. Məsələn Qəbələnin Həmzəlli kəndinə gedən yolun üzərində inşa edilmiş “Qəbələ Palac” şadlıq sarayı bu qardaşlara “məxsusdur” və həmin şadlıq sarayının inşası müddətində Qəbələ İnşaat MMC Qəbələ Diaknostika Mərkəzinin yanındakı parkı və Zərifə Əliyeva parkını təmir edirdilər. Sözsüz ki, bu parkların təmir xərcləri Rayonun abadlaşdırılması üçün elan edilmiş tenderlərlə ayrılmışdı. Amma niyəsə qardaşlar guya həmin şadlıq sarayının inaşsına icazə verilməsi qarşılığında bu parkları təmir etdikləri sözünü yaymağı münasib biliblər.
FHN-da işləyən zaman Başçı ilə dostlaşan və bir birlərinə bağlanan Ramil Əliyev Qəbələ Bələdiyyəsi “seçildikdən” sonra ənənəyə sadiq qalaraq Bələdiyyə büdcəsindən ayrılan bütün xərcləri bu və ya digər formada Qardaşlar vasitəsi ilə xərcləyir.
Ümumilikdə Səbuhi Abdullayevə məxsus olduğu ehtimal olunan biznesin bir qismi.
Qəbələ İnşaat Tikinti materiallarının satışı mərkəzi
Rayonun müxtəlif yerlərində mağaza
Əsasən rayonun yuxarı hissəsində yerləşən kirayə məqsədli evlər
Hektarlarla müxtəlif təyinatlı torpaqlar
Qəbələ Palac Şadlıq sarayı
Bizim Qəbələ Restoranı
Göründüyü kimi suyu üfürə-üfürə içməyi yaxşı bacaran Səbuhi Abdullayev öz biznes imperiyasını çox mürəkkəb mexanizmlə qurub. Hətda deyilənə görə son zamanlar artıq maliyyə mexanizmini rahatlaşdırmaq üçün Babayev qardaşları ilə aylıq faizə də razılaşıblar. Belə ki, dövriyyədə olan pulun müəyyən faizi aylıq başçıya çatır. Bununlada Səbuhi Abdullayev ağır Hökumət işinin ortasında day bizneslə maraqlanmaq, nəyin hardan gəlib, hara getdiyi ilə məşqul olmaq zərurətində deyil.
Bütün bunlar xırda bir araşdırma nəticəsində ortaya çıxan nüanslardır. Əgər Başçı və onun biznes ortaqlarının bu faktı təkzib edəcək sübutları varsa məsələn: Rusiyadan pul göndərən qardaşın, pul göndərdiyinə dair qəbzlər və yaxudda külli miqdarda miras buraxan xalanın mirasının vəsiyyəti v.s. hodri meydan. Biz üzr istəyib biznesdə uğurlar diliyərik. //teref.az//
Tarix: 7-05-2020, 10:23
-
Bu gün, 11:34
Azərbaycanın bu şəhəri 1990-cı illərdə qalıb-VİDEO
-
Bu gün, 10:11
MƏMUR YOXSA XULİQAN? — Dövlətin layihəsi vətəndaşın evini yağmalamaq, onu küçələrə atmaq deməkdir?!
-
Bu gün, 10:09
Deputata məxsus olduğu deyilən şirkət 35 milyonluq tenderi ...
-
Dünən, 23:31
Göygöldə Milli Yaylaq Festivalında səhnə uçub, yeddi nəfər xəsarət alıb - YENİLƏNDİ
-
Dünən, 23:20
Yəmən ABŞ-yə İrana müdaxilə zamanı dəstək verəcək ölkələrdən biri ola bilər- POLİTOLOQ
-
Dünən, 15:49
"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Mərkəzi Xəstəxanasından ŞOK İDDİA
-
Dünən, 15:42
Məqsəd kitabxanaçını qiymətləndirmək idi, yoxsa onu işdən çıxarmaq ?
-
Dünən, 13:27
QARABAĞ QAZİLƏRİNİN QAZİ JURNALİST VÜQAR MƏMMƏDOVU MÜDAFİƏ KOMİTƏSİNİN BƏYANATI
-
Dünən, 13:24
Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...
-
Dünən, 12:19
Zakir Quliyev də KOLXOZ yolunu seçib - İTTİHAM VAR...
-
Dünən, 12:17
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq - Milyonlar necə xərclənir?
-
Dünən, 12:17
Elnur Əliyev bütün təhsili nəzarətinə götürür - Narazı müəllim ordusu niyə yaradılır?
-
Dünən, 10:46
Satınalma mütəxəssisinin şirkəti "tenderlər kralı"na çevrilir - 3 milyonluq layihə
-
Dünən, 10:39
Masazırda torpaq qalmaqalı: “Anamın adına olan sahəni başqalarına satıblar“
-
Dünən, 10:31
Dövlət xəstəxanasında 2 MANATLIQ RÜSVAYÇILIQ: İcbari Tibbi Sığorta maklerlərin bazarına çevrildi!
-
Dünən, 10:18
Kamera sındıran "səhiyyə": Bioloji Təbabət Klinikasında baş verən bu özbaşınalığa kim dur deyəcək?
-
Dünən, 10:16
Yeni Azərbaycan Partiyası Tərtər Rayon Təşkilatının yaradılmasının 33-cü ildönümü qeyd olunub
-
24-07-2026, 23:17
"QoçƏt" biabırçılığı – İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!
-
24-07-2026, 23:06
“Dr. Gülü”nün daha bir əməliyyat görüntüsü yayıldı - VİDEO
-
24-07-2026, 23:02
49 mindən çox içkinin tarixinin dəyişdirildiyi aşkarlanıb - AQTA (FOTO)
-
24-07-2026, 22:51
Mədəniyyət Nazirliyi AYB-yə qarşı
-
24-07-2026, 22:49
Sığınacaqdakı peşə məktəbinin tikintisi dayandırıldı
-
24-07-2026, 22:39
Büdcə pullarına QƏNİM KƏSİLƏNLƏR - DƏLİXANADIR, VALLAH...
-
24-07-2026, 17:25
AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü (SİYAHI)
-
24-07-2026, 17:20
Açıq şəkildə görünür ki, dünya sürətlə böyük müharibəyə doğru gedir
-
24-07-2026, 17:17
Vəzifəli şəxslər həbs edildi - Məmməd Musayevlə əlbir olub 100 milyonu talayıblar
-
24-07-2026, 14:38
Alıcılara xəbərdarlıq: Bu kərə yağları SAXTADIR - ONA GÖRƏ DƏ...
-
24-07-2026, 11:02
Alıcılara xəbərdarlıq: Bu kərə yağları SAXTADIR - ONA GÖRƏ DƏ...
-
24-07-2026, 10:54
"Yeraltı dünyanın baş naziri"nin inanılmaz həyatı: Ölümün gözünə baxıb geri döndü
-
24-07-2026, 09:20
Kəmaləddin Heydərovun Monteneqro səfəri - Dövlət siyasəti ya şəxsi biznes?