İlqar Abbasov saxtakarlıqlara və özbaşınalıqlara ya göz yumur yada...

          
İlqar Abbasov saxtakarlıqlara və özbaşınalıqlara ya göz yumur yada...
Koronavirus infeksiyasının respublika ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə yaradılmış Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan edilən xüsusi karantin rejimi qaydalarının müxtəlif yollarla pozulması, həmin dövrdə işləməyən şəxslərə və az təminatlı ailələrə ayrılmış ərzaq yardımlarının paylanmasında yol verilmiş neqativ hallar bilinməkdədir.

İxa.az-a verilən məlumata görə, Şirvan rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi nümayəndəliklərinin bəzi vəzifəli şəxslərinin bu qəbildən olan qanunazidd hallara yol vermələri barədə hallar üzə çıxıb.


Beləki, daxil olan xəbərdə, Şirvan rayon İcra Hakimiyyəti başçısının kənd və qəsəbə inzibatı ərazi dairəsi üzrə nümayəndələri vəzifə saxtakarlığı edərək aprelin 1-dən 29-dək olan müddətdə xüsusi karantin rejimi qaydalarını pozaraq sərbəst hərəkət etmək istəyən yüzlərlə nəfərə qanunsuz olaraq arayışlar verməsinə dair məlumatlar yer alır.

Bundan başqa Şirvan rayon İcra Hakimiyyəti başçısının kənd İnzibati ərazi dairəsi üzrə nümayəndələri növbəti dəfə saxtakarlıq edərək, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Heydər Əliyev Fondu tərəfindən aprelin 23-də göndərilmiş ərzaq yardımını imkansız ailələrə deyil yaxın qohumları və kəndin imkanlı şəxslərinə paylaması müəyyən edildiyi deyilir..

Qeyd edək ki,Şirvan rayonundada, Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə yaradılmış Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan edilən xüsusi karantin rejimi qaydalarına cavabdeh vəzifə sahibi olan icra başçısı İlqar Abbasov iddia olunan saxtakarlıqlara və özbaşınalıqlara ya göz yumur yada ...

Növbəti yazıda:

Şirvan icra başçısı və yerli məmurların necə rüşvət almasını, koronavirusa görə tətbiq edilmiş xüsusi karantin rejimində aztəminatlı ailələrə yardım adı altında pulları mənimsədiyini, rüşvət və “otkat” haqq-hesabı aparılan dəftərçə və koronavirus adıyla yüzlərlə adama yazılan yardımın mənimsənilməsi planını ilə bağlı daxil olan məlumatlarıda dərc etməyə çalışacağıq...

Mövzu diqqətimizdədir.
Tarix: 3-05-2020, 16:43
Xəbəri paylaş



Xəbər lenti