Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) bir sıra rayonlarda korrupsiyaya qarşı apardığı mübarizə çərçivəsində İcra hakimiyyətlərinin rəhbər kadrlarını həbs etməsi Şəmkir əhlini də xeyli ümidləndirib. Şəmkirlilər də digər rayon sakinləri kimi DTX-nın yaxın günlərdə onların qapısını döyəcəyinə inanır və bu günü böyük səbrsizliklə gözləyirlər.
Maraqlıdır ki, rayonda bu arzuya qapılanlar təkcə
yetim-yesirlər, aztəminatlı ailərlər də deyil. Şəmkirin ən iri təsərrüfat sahibləri belə, eyni ümidlə yatıb dururlar. Onlardan bəzilər bu ümidlərini ürəklərində gizli saxlasalar da, bəziləri açıq şəkildə dilə gətirməkdən çəkinmirlər.
Şəmkir Şampan Şərabları ASC-nin Müşahidə Şuradının sədri Hafiz İbrahimov da belə azsaylı cəsur iş adamlarındandır.
Xatırlayırsınızsa, bir müddət əvvəl Prezident İlham Əliyevin
Koronavirusla Mübarizə Fonduna birillik maaşını hədiyyə etməsiylə başlayan yardım kampaniyasına
Şəmkir İcra Hakimiyyətindən laqeyd qalması iş adamı Hafiz İbrahimovun diqqətindən yayınmamışdı. O da etməyib tənbəllik, özünün facebook səhifəsindən icra başçısı Alimpaşa Məmmədova “səmərəli təkliflərdə” bulunmuşdu. Status-təklifində icra başçısını digər həmkarlarından geri qalmamağı çağıran iş adamı yardım ediləcək vəsaitin ünvanını da göstərmişdi:
- Şəmkir cayının qarşısında iki milyon manata tikdirdiyi Qızıl Balıq Yetişdirmə Zavodundan;
- Şəmkir bələdiyyələrinin adına götürdüyü 38 milyon kreditdən;
- Rayon Sovetinin dördmərtəbəli binasının yerini satdığı bir milyon manatdan;
- Uşaq xəstəxanasının beş hektara yaxın yerini satdığı 4.5 milyon manadan;
- S. Vurgun kücəsində Prezidentin göstərişi ilə vətəndaşların mənzil şəraitinin yaxşılaşdırlması məqsədi ilə qəzalı olan ikimərtəbəli binanın sakinləri yeni mənzillərə köcürülündən sonra binanın yerini satdığı 230 min manatdan;
- Yenə Cənab Prezidentin Sərəncamıyla vətəndaşların mənzil şəraitini yaxşılaşdırmaq ücün üc qəzalı vəziyyətdə olan binanın sakinləri yeni təmir olunmuş mənzillərlə təmin olunmuşdu. Şəmkir icra başcısı və bandası 60 sota yaxın ərazini sotu 10 mindən satdığı vəsaitdən;
- İcra Hakimiyyətinin həyətinin bir hissəsini yaxınlıqdakı restorana kabinetlər tikilməsi ücün satdığı vəsaitdən;
- Morul arxının kənarını bütövlükdə qanunsuz olaraq-ayrı ayrı iş adamlarına obyekt yeri kimi satdığı vəsaitlərdən”.
Göründüyü kimi, icra başçısına edilən təkliflər arasında açıq şəkildə
rüşvət və korrupsiya faktları barədə ciddi ittihamlar da yer alırdı. Görünür, icra başçısı məhz bu səbəbdən iş adamını məhkəməyə verib. Fəqət bu məsələdə də
qanunun tələblərini pozub. Belə ki, Hafiz İbrahimov Bakı qeydiyyatında qeydiyyatda olduğu və qələmə aldığı statusu öz evində yazdığı halda nədənsə
Şəmkir rayon Məhkəməsinə şikayət edilib. Qanunvericiliyə əsasən isə, hər hansı əməlin
hüquqi qiyməti ya cinayətin baş verdiyi, ya da şikayət edilən tərəfin yaşadığı ərazidəki məhkəmə tərəfindən verilə bilər.
Hafiz İbrahimov əməkdaşımızla söhbətində bildirib ki, Alimpaşa Məmmədovun qanunvericiliyin bu tələbini pozması təsadüfi deyil: “
O, məni özünün hegemoniyası altında əsir vəziyyətə saldığı rayon məhkəməsində udmaq istəyir. Ümid edir ki, rayon məhkəməsi icra başçısının sifarişini yerinə yetirib məni cəzalandıracaq”.
Məhkəmənin
ədaləti təmsil etdiyini, sifarişli hökmlərin artıq keçmişdə qalmalı olduğu düşünən iş adamı ötən gün Prezident İlham Əliyevin yeni
Baş prokuror Kamran Əliyevə tapşırıqlarını xatırladıb. Onun sözlərinə görə, ölkə başçısı həmin videogörüşdə indiyədək məhkəmələrin
ədalətsiz hökmlər çıxardığını, bunun ictimai narazılıqlara yol açdığını etiraf edərək demişdi ki, artıq
o era bitdi: “Bundan sonra
qanunun aliliyi prinsipi əldə rəhbər tutulmalı, sifarişli məhkəmə prosesinə cəhd edənlər
mütləq cəzalandırılmalı, işdən kənarlaşdırılmalıdır”.
H.İbrahimov Şəmkir icra başçısının hələ də özünü rayonun “
xanı” kimi gördüyünü, rayonu
Stalinsayağı məhkəmə prosesləri ilə idarə edəcəyinə inandığını düşünür və özünün başına gələnləri bu iddiaların ən bariz nümunəsi hesab edir: “Alimpaşa Məmmədov məni idarə etdiyi rayon məhməməsi vasitəsilə cəzalandırmağa çalışması onu göstərir ki,
paytaxt Bakıda alınan qərarların, Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətlərin Şəmkirə qətiyyən dəxli yoxdur. Şəmkir Alimpaşa Məmmədov həzrətlərinin
şəxsi təsərrüfatıdır, oranı istədiyi kimi idarə edə bilər. Sabir demişkən,
“
Şah bilər, ölkədə hər nə götürər, hər nə qoyar,Gah cibin, gah dərisin hər kimin, istərsə soyar,Baş kəsər, ev dağıdar, can çıxarar, göz də oyar,Çıxsa da göylərə əfqanları Şəmkirlilərin”… Sabirin sözü olmasın, Alimpaşa müəllim
əvvəl yenə “xanlıq” iddiasında idi. İndi o, Prezidentin ölkədə apardığı mütərəqqi hüquqi islahatları öz əbasına yaraşdırmağından
şahlıq eşqinə düşüb”.
İş adamı, icra başçısının bu “şahlıq iddialarının” qarşısını almaq üçün
Şəmkir rayon Məhkəməsinə ərizə ilə müraciət edib. Ərizədə deyilir:
“Yazıb Sizə bildirirəm ki, mən illərdir ki, Bakı şəhəri, Səbail rayonu, T.Elçin küçəsi, ev 6, mənzil 22 ünvanında qeydiyyatdayam və həmin ünvanda yaşayıram və bunu Şəmkir rayon İcra Hakimiyyətinin Başçısı Alimpaşa Məmmədov və onun tabeçiliyində işləyən Şəmkir şəhəri üzrə İcra Nümayəndəsi Pərviz İbrahimov da yaxşı bilirlər. Onlar onu da yaxşı bilirlər ki, yaşayış yeri haqqında Şəmkir rayon Məhkəməsinə təqdim edilməli olan arayışlar İcra Nümayəndəliyindən deyil, Şəmkir rayon Polis Şöbəsinin Şəxsiyyət Vəsiqəsi və Qeydiyyat Bölməsindən alınmalı idi. Lakin İcra Başçısı Alimpaşa Məmmədov öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Şəmkir rayon Məhkəməsinin hakimlərinə təzyiq göstərərək işi udacağı ümidi ilə Şəmkir rayon İcra Hakimiyyəti Başçısının Şəmkir şəhəri üzrə İcra Nümayəndəsi Pərviz İbrahimovu mənim qeydiyyatda olduğum ünvan barədə saxta arayış verməyə vadar vermişdir.
Hörmətli Azər müəllim! Yazdıqlarımı nəzərə alaraq, Şəmkir rayon İcra Hakimiyyəti Başçısının Şəmkir şəhəri üzrə İcra Nümayəndəsi Pərviz İbrahimovun mənim qeydiyyatda olduğum ünvan barədə Şəmkir rayon Məhkəməsinə saxta arayış verməsinin səbəbinin və məqsədinin araşdırılması üçün fakta görə Azərbaycan Respublikası CM-nin müvafiq maddəsi ilə cinayət işinin başlanması və əməlində vəzifə cinayətlərinin tərkibinin olmasını nəzərə alaraq Pərviz İbrahimovun cinayət məsuliyyətinə cəlb edilməsi üçün aidiyyəti istintaq orqanına göstəriş verməyinizi xahiş edirəm.
Hörmətlə, İbrahimov Hafiz Məmməd oğlu.
30 aprel 2020-ci il”.
Hafiz İbrahimov saytımız vasitəsilə
Prezidentə müraciət də ünvanlayıb. Müraciəti olduğu kimi təqdim edirik.
Cənab Prezidentimiz, bizlər sizin yanınızdayıq, apardığınız islahatları alqışlayırıq.
Cənab Baş prokurora işlərində uğurlar arzulayırıq.
Sizin icra strukturlarındakı
korrupsioner məmurlara qarşı aparılan əməli tədbirlər bizlərə cox ümud verir və tam inanırıq ki, bu iş davam etdiriləcəkdir.
Bir
Azərbaycan vətəndaşı kimi deməyə borcluyam;
Şəmkir rayonunda da rüşvətxorluq, özbaşınalıq baş alıb gedir, rəsmi olaraq iki ilə yaxındır ki,
Alimpaşa Məmmədovun qanunsuz əməlləri haqqında həm dövlət strukturlarına ünvanladığım şikayətlərlə, həm də sosial şəbəkələrdə paylaşdığım materiallarla
bu həqiqəti ifşa etmişəm.
Cənab Prezident,
bu haqda araşdırma aparılmasına göstəriş vermənizi xahiş edirəm!Mən -
İbrahimov Hafiz Məmməd oğlu; 2-ci qrup əliləm, hal-hazırda Şəmkir Şampan Şərabları ASC-nin Müşahidə Şuradının sədriyəm.